Beynəlxalq Sülh Günü münasibəti ilə “Dünyanı sülhə səsləyək” adı altında dəyirmi masa.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 20 sentyabr 2018-ci il tarixdə Beynəlxalq Sülh Günü münasibəti ilə “Dünyanı sülhə səsləyək” adı altında dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Oruc Quliyev açıb bildirdii ki, BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə 21 sentyabr bütün dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs vermişdir. 1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində "Peace one day"i yaratmışdı. Onun əsas məqsədi heç olmasa ildə bircə gün atəşkəs, bütün dünyada insan zorakılığının baş verməsinin qarşısının alınması idi. 21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə edilməsinə nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 sentyabr bütün bəşəriyyət üçün çox vacibdir.

Yasamal rayonu Ağsaqqallar Şurasının üzvü, fəxri müəllim Rafiq Cavadov çıxışında qeyd etdi ki, əbədi mövzu olan sülh mövzusu bu gün torpaqlarının iyirmi faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Uzun illər ərzində Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atmasına baxmayaraq Ermənistanın ölkəmizə qarşı təcavüzü hələ də davam edir. Rafiq Cavadov çıxışını dahi Azərbaycan şairi Nizami Gəncəvinin ibrətamiz misraları ilə bitirdi.

Kitabxananın əməkdaşları Pərvin Mehdiyeva, Nübar Cəlilova, Sona Yaqubova, Fəridə Quluzadə çıxışlarında bildirdilər ki, Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır – Sülh! Bu sözün böyük mənası qanlı müharibələrin bütün iztirab və ağırlıqlarını görmüş insanlar üçün əzizdir, qiymətlidir. Dərisinin rəngindən, dini etiqadlarından asılı olmayaraq, yüz milyonlarla insan sülhü qorumaq, yeni qanlı müharibələrin qabağını almaq üçün birləşməlidir.

Tədbir boyu Beynəlxalq Sülh Gününə həsr olunmuş video çarx nümayiş etdirildi.

Tədbirin sonunda “Biz sülh istəyirik” adlı kitab sərgisinə baxış keçirildi.

21 sentyabr 2018-ci il tarixdə Yasamal rayonu Mikayıl Müşfiq adına bağda Beynəlxalq Sülh Günü münasibəti ilə “Dünyaya sülh” adlı kitab sərgisi təşkil olundu. Açıq havada təşkil olunan səyyar sərgi oxucuların böyük marağına və diqqətinə səbəb oldu.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.