Şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibəti ilə musiqili ədəbi-bədii gecə

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 28 sentyabr 2018-ci il tarixdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan çağdaş ədəbiyyatının görkəmli nümayəndəsi, milli poeziyamızın parlaq ulduzlarından olan şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr edilmiş “Yenə o bağ olaydı” adı altında musiqili ədəbi-bədii gecə keçirildi.

Tədbirdə ziyalılar, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, muzey, kitabxana işçiləri, məktəblilər iştirak etdilər.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Oruc Quliyev açıb bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 may 2018-ci il tarixdə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin respublikada qeyd edilməsi haqqında Sərəncamı imzalamışdır.

Tədbirdə Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Safura Quliyeva, əməkdar jurnalist Qafar Əsgərzadə, şair Qardaşxan Əzizxanlı Mikayıl Müşfiq poeziyasının zənginliyindən, şairin lirikasından, onun yaradıcılığında mühüm yer tutan milli azadlıq mövzusunun əhəmiyyətindən danışdılar.

Respublikanın əməkdar artistləri Hüsniyyə Mürvətova, Əli Nur, Azərbaycan Milli

Konservatoriyasnın tərkibində İncəsənət Gimnaziyasının şagirdləri və Nizami rayonu “Uşaq və Gənclər İnkişaf Mərkəzi “Gənc aktyorlar” dərnəyinin üzvləri Mikayıl Müşfiqin müxtəlif mövzulu şeirlərini söylədilər.

Tədbir boyu Mikayıl Müşfiqin həyatından bəhs edən film- rolik nümayiş etdirildi və şairin şeirlərinə yazılmış musiqilər səsləndirildi. Sonda “Mikayıl Müşfiq-110” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.