Novruz Bəkirovun “Azərbaycan-Gürcü ədəbi əlaqələri və Molla Cümə yaradıcılığı” kitabının təqdimatı

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 20 oktyabr 2018-ci il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin müəllimi, ehtiyatda olan polkovnik-leytenant Novruz Bəkirovun “Azərbaycan-Gürcü ədəbi əlaqələri və Molla Cümə yaradıcılığı” kitabının təqdimatı keçirildi.

Təqdimat mərasimini kitabxananın direktoru Oruc Quliyev açdı.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Azərbaycan-Gürcü ədəbi əlaqələri və Molla Cümə yaradıcılığı” kitabının əsas mövzu və ideyası haqqında geniş məlumat verdi.

Novruz Bəkirovun həyatını, hərbi və ədəbi fəaliyyətini əks etdirən video-rolik nümayiş etdirildi.

AMEA-nın Tarix İnstitutunun direktoru, Akademiyanın Rəyasət Heyətinin həqiqi üzvü, akademik, millət vəkili Yaqub Mahmudov çıxış edərək bildirdi ki, tarixi şəxsiyyətlər xalqın adını yaşadırlar. Biz o şəxsiyyətlərə sahib durmalıyıq. Tariximizə Krım tayfasının böyük oğlu kimi daxil olan, gürcü ədəbi əlaqələrinin inkişafında böyük xidmətlər göstərən aşıq Molla Cümə də belə şəxsiyyətlərdəndir. Adı Əhməd Cavadın yanında duran aşıq Molla Cümə Azərbaycan xalqının əsl ləyaqətli şəxsiyyəti, çox dərin filosofu və şəhid istiqlal şairidir.

AMEA-nın Rəyasət Heyəti Humanitar şöbəsinin rəisi, icraçı direktor, professor Asif Rüstəmli qeyd etdi ki, “Azərbaycan-Gürcü ədəbi əlaqələri və Molla Cümə yaradıcılığı” kitabı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdur. Çünki, bu kitab istiqlal, müstəqillik, şəhidlik ruhunda yazılmışdır. Aşıq Molla Cümənin 1928-ci ildə ərəb dilində köçürülmüş 256 səhifəlik əlyazması kitab şəklində Əlyazmalar İnstitutunda saxlanılır. Bu qiymətli əlyazma molla cüməşünaslıq üçün çox böyük töhfə, əvəzsiz sənət əsəridir.

Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin rəisi, birinci dərəcəli ədliyyə müşaviri Abdulla Yusifli aşıq Molla Cümənin anadan olmasının 160 illiyi münasibəti ilə “İsmi Pünhan” kitabının çap olunmasından danışandan sonra bildirdi ki, çoxşaxəli yaradıcılığı ilə ədəbiyyatımızda xüsusi yer tutan aşıq-şairin irsinə dövlət qayğısı həmişə olub və bu gün də var. Abdulla Yusifli həmçinin, klassik şerimizin görkəmli nümayəndəsi olan aşıq Molla Cümənin şerlərinə mahnılar bəstələnməsini, yaddaşlarda daim yaşadığını da vurğuladı.

Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı şair Yəhya Paşazadəni Azərbaycan Yazıçılar Birliyi Cəfər Cabbarlı Komissiyasının təşkilatçılığı ilə “Facebook” sosial şəbəkəsində açıq səsvermə yolu ilə keçirilən II Beynəlxalq Misra yarışının qalibi olduğuna görə “Qızıl Misra” fəxri diplomu ilə təltif etdi.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin dosenti Ramid Hüseynov, həmin məktəbin müəllimi Mədət Quliyev çıxışlarında qeyd etdilər ki, Novruz Bəkirov bu kitabı ilə millətinin tarixinə, keçmişinə böyük diqqət yetirdiyini, Azərbaycan-gürcü mədəni və ədəbi əlaqələrinin uzunömürlüyünü bir daha sübut etmiş, aşıq Molla Cümə yaradıcılığını xalqa dərindən sevdirmişdir.

Aşıq Əşrəf Qəriboğlu, aşıq Murad saz musiqisi ilə çıxış etdilər.

Aşıq Molla Cümənin nəticəsi, filoloq Elman Əzizov təəssüflə bildirdi ki, Molla Cümənin özünün yaratdığı yeni şer növləri tam şəkildə araşdırılmayıb. Molla Cümə qəlblərə sığmayan əvəzsiz şairdir.

Novruz Bəkirov “Azərbaycan-Gürcü ədəbi əlaqələri və Molla Cümə yaradıcılığı” kitabının ərsəyə gəlməsində Asif Rüstəmli, Abdulla Yusifli, Mədət Quliyevin də xüsusi əməkləri olduğunu, kitabda dəqiq faktlara əsaslandığını söylədi. Tədbir iştirakçılarına və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına “Azərbaycan-Gürcü ədəbi əlaqələri və Molla Cümə yaradıcılığı” kitabından hədiyyə verdi.

Tədbirdə həmçinin, əməkdar mədəniyyət işçisi Zəminə Xınalı, filolofiya elmləri doktoru Qiymət Məhərrəmli, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin müəllimləri Nurlana Məmmədova, Elman Səfərəliyev, Arif Əliyev, Arif Ağarzayev, aşıq Əşrəf, aşıq İskəndər, Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, polis mayoru Aida Şirinova və başqaları da iştirak edirdilər.

Təqdimat mərasiminin sonunda “Aşıq Molla Cümə” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.