Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Milli gənclər siyasəti” mövzusunda dəyirmi masa.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 30 oktyabr 2018-ci il tarixdə “Milli gənclər siyasəti” mövzusunda dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb bildirdi ki, ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir və onlara yüksək şərait yaradılması istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Çünki, gənclik daim axtarışda olan, yeniliyi sevən, yalnız irəliyə doğru can atan cəmiyyətin novator aparıcı qüvvəsidir. Hazırda Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunan Azərbaycan gəncliyinin ölkəmizdə xeyli sayda gənclər təşkilatı fəaliyyət göstərir. Məhz xalqımızın qəhrəmanlıq tarixini yazanlar da gənclərdir.

Kitabxananın direktoru Oruc Quliyev çıxışında bildirdi ki, Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olmuşdur və bu istiqamətdə də davam edəcəkdir. Oruc Quliyev həmçinin, gənclərə elmə, təhsilə dərindən yiyələnməyi, ədəbiyyatla, qiraətlə həyatı dərindən görməyi, inkişafımızın hər bir sahəsində fəallığa, geniş dünyagörüşünə malik olmağı tövsiyə etdi.

Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin kitabxana müdiri Validə Hacıyeva çıxışında respublika rəhbərliyinin gənclərin təhsilinə yüksək önəm verməsindən, xarici ölkələrdə təhsillərini davam etdirmələri üçün qayğı və köməkliyindən danışdı.

Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin baş metodisti Samirə Cəlilovanın çıxışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan gəncliyi 2017- 2021-ci illərdə” Dövlət Proqramı haqqında Sərəncamı və bu Sərəncamdan irəli gələn vəzifələr haqqında oldu.

Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsinin gənclər təşkilatının sədri Sənan İmanov bu gün dünyanın bir çox ölkələrində öz sözünü deyə bilən gənclərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sonsuz qayğısı, Azərbaycan Gənclərinin Forumları ətrafında çıxış etdi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illiyi münasibəti ilə gənc yazıçı və şairlərin virtual məkanda müsabiqələrinin iştirakçıları Esmira Günəş, Savalan Abbasoğlu, Xəyal Zeynal, Mənsur Həsənzadə Azərbaycanda milli gənclər siyasəti haqqında fikirlərini bildirəndən sonra öz şerlərini oxudular.

Tədbirdə həmçinin, gənc yazar Çinarə Köçərli, Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin baş metodisti Kəmalə Şahverdiyeva, Nərimanov rayon Gənclər Birliyi ilə əməkdaşlıq edən İradə Omarova, Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsinin gənclər təşkilatının sədrinin müavini Sevinc Alışova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də iştirak edirdilər.

Tədbirdə Azərbaycan milli gənclər siyasətinə həsr olunmuş video-rolik nümayiş edildi.

Tədbirin sonunda “Milli gənclər siyasəti” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.