Mehdi Hüseynzadə- 100.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 iyun 2018-ci il tarixdə Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya Müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 05 noyabr 2018-ci il tarixdə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin heykəli qarşısında anım günü təşkil etdi. Ölməz qəhrəmanın heykəli önünə gül dəstələri qoydu.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva Mehdi Hüseynzadənin "Mixaylo" ləqəbi ilə partizan hərəkatında şücaətindən, İtaliyanın Vitovlye kəndində həlak olmasından, SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 aprel 1957-ci il tarixli əmri ilə ona Sovet İttifaqı Qəhrəmanı adı verilməsindən danışdı.

İqtisadçı Tariyel Əliyev Mehdi Hüseynzadənin Bakının Novxanı kəndində anadan olması, təhsilini Bakı Rəssamlıq məktəbində, Leninqrad Xarici Dillər İnstitutunda, Azərbaycan Pedoqoji İnstitutunda alması, müharibə illərindəki döyüş yolları haqqında geniş məlumat verdi.

Azərbaycan Dövlət Texniki Universitetin tələbələri Mehdi Hüseynzadənin fəaliyyətində sovet kəşfiyyatının rolundan danışandan sonra bildirdilər ki, onun iki böyük diversiya aktı haqqında məlumatlar “1941-1945-ci illərin xalq azadlıq müharibəsi xronologiyası”na daxil edilmişdir.

Mehdi Hüseynzadənin adını daşıyan Yasamal rayonu 60 saylı orta məktəbin şagirdləri qəhrəmanın döyüş yollarına aid suallar verdilər. Şagirdlər həmçinin, Mehdi Hüseynzadənin öz şerlərini və ona həsr olumuş şerləri söylədilər.

Anım gününün sonunda kitabxanada təşkil olunmuş “Mehdi Hüseynzadənin-100” adlı foto-stendə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.