Xaçmaz rayonunda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illiyi ilə əlaqədar kitabxana ictimaiyyəti və ziyalılar ilə görüş

6 noyabr 2018-ci il tarixində Xaçmaz Tarix Diyarşünaslıq muzeyində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illiyi ilə əlaqədar kitabxana ictimaiyyəti və ziyalılar ilə görüş keçirilmişdir. Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, Bakı Dövlət Unversitetinin Kitabxana-informasiya fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımı, Azərbaycan Yazıçılar İttifaqının üzvləri, şairə İradə Əlili və Fərqanə Mehdiyeva, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları Vüsalə Yusifova və Almaz Əhmədova, Azərbaycan Yazıçılar İttifaqının üzvlü Ramiz Qusarçaylı, “Ulduzlar ədəbi məclisinin sədri Fərazlı Ziyanur, həmçinin region ziyalıları, kitabxanaçılar və digər mədəniyyət işçiləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Regional İdarənin rəisi N.Ağayev dövlətimiz tərəfindən kitaba, kitabxana işinə, eləcə də ziyalılara göstərilən diqqət və qayğıdan danışaraq belə tədbirlərin regionlarda keçirilməsinin əhəmiyyətindən danışdı. Daha sonra çıxış edən C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev kitabxana sahəsində görülən işlərdən, yeniliklərdən danışdı. Bakı Dövlət Unversitetinin Kitabxana-informasiya fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımı öz çıxışında Kitabxanaların işi, elektron kitabxana, sosial şəbəkələrdə kitabxanaların fəaliyyəti haqqında danışdı, “Mütaliə mədəniyyəti” mövzusunda fikirlərini bölüşdü. Azərbaycan Yazıçılar İttifaqının üzvləri, şairə İradə Əlili və Fərqanə Mehdiyeva çıxışlarında kitabxanaların fəaliyyətində sosial həyatımızı narahat edən bir sıra vacib məsələlərə - narkomaniya, erkən nikah və s. yönəltməyin vacibliyini vurğuladı, kitabxanaların bu işdə maarifləndirici kimi çıxış etməklə ictimaiyyətlə kitabxanaların əlaqələndirilməsinin əhəmiyyətini qeyd etdi.

Daha sonra digər iştirakçılar mövzu ətrafında fikirlərini bildirdilər.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.