Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 20 aprel tarixli sərəncamı ilə yaradılmış “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nda, habelə Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə Facebook səhifəsi və Youtube kanalında fəaliyyət göstərən “Kitabsevər uşaqlar” layihələrinə dair təşkil olunan növbəti treninq.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 13-17 noyabr 2018-ci il tarixdə Şəki, Gəncə şəhər, Qax, Ağcabədi, Göyçay, Səbail, Zərdab, Quba, Ucar, Astara, Ağdaş, Nəsimi, Qusar, Binəqədi, Nərimanov, Yasamal, Xətai rayon MKS- lərinin əməkdaşları üçün Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 20 aprel tarixli sərəncamı ilə yaradılmış “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nda, habelə Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə Facebook səhifəsi və Youtube kanalında fəaliyyət göstərən “Kitabsevər uşaqlar” layihələrinə dair təşkil olunan növbəti treninq keçirildi. Treninqdə “Corel Draw” proqramı ilə tanışlıq, alətlər paketi, maketin ölçülərinin təyini”, “Kitabxanalarda tətbiq olunan müasir innovativ layihələr”, “AZLİBNET-ə düzgün ədəbiyyatın seçilməsi , təhlükəsizlik məsələləri, müəllif hüquqları”, “Corel Draw” proqramında növbəti əməliyyatlar, bukletin hazırlanması”, “ALİSA proqramı, kitab və mətbuatın proqrama daxil edilməsi, oxucuların qeydiyyatı”, “Türkdilli dövlətlərdə müasir kitabxana xidməti”, “Corel Draw” proqramında hazır şablonlar üzərində iş”, “Elektron kitablar, audio kitablar, onların seçilməsi, onlar üzərində əməliyyatların aparılması” mövzularında məruzələr edildi.

Treninqin sonuncu günü iştirakçılara sertifikatlar təqdim olundu.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.