“Gəncliyimizi qoruyaq, narkomaniyaya “yox” deyək” mövzusunda tədbir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 mart 2018-ci il tarixdə “Gəncliyimizi qoruyaq, narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar müntəzəm olaraq tədbirlər keçirilir.

“Narkotik vasitələrsiz sağlam həyat” devizi altında təşkil edilən bütün tədbirlərin də əsas məqsədi gələcəyimiz olan gənc nəslin narkotik vasitələrin istifadəsindən, qanunsuz dövriyyəsindən uzaq olması və həmçinin, hamını bu mübarizəyə cəlb etməkdən ibarətdir.

Yasamal rayonu Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov çıxışına dahi Azərbaycan şairi Nizami Gəncəvinin ibrətamiz kəlamları ilə başladı. Çıxışında bəzi gənclərin səmərəli işdən yayınıb pis vərdişlərə aludə olmasını, narkotik vasitələrə əvvəl cüzi maraq göstərib sonra asılılığına çevrilməsini, bununla da öz məhvinə yol açmasını bildirdi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Rəsul Balakişiyev narkotik maddələr qəbul edən insanların hissiyyatının dağılmasından, onların cəmiyyətdən də təcrid olunmasından, ətrafındakılar tərəfindən qəbul olunmamasından faktlarla danışdı.

Yasamal rayonu 31 saylı orta məktəbin müəlliməsi Fəziylə Cəfərova bildirdi ki, statistikaya görə dünyada 65-75 faiz insanlar narkomaniyadan əziyyət çəkirlər. Cəmiyyətə yararsız sayılan əsasən 18-35 yaş həddindəki bu insanlar “ağ ölüm”lə mübarizədə acizdirlər. Narkomanlara düzgün həyat tərzini anlatmaq, narkotik vasitələrdən uzaqlaşdırmaq hamımızın borcumuzdur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Mələk Abbasova bildirdi ki, narkomaniya ilə mübarizə bu günün problemi deyildir. Uzun illərdir ki, bu problem tam şəkildə öz həllini hələ də tapa bilməyib. Əfsuslar olsun ki, bəzi insanlar pul qazanmaq üçün bu zərərli maddənin satışı ilə də məşğul olurlar.

Kitabxanaçı Fəridə Cəfərova həyatda rastlaşdığı konkret faktlar əsasında çıxış etdi. Narkotik vasitə aludəçisi olan bir gəncin həyat faciəsini danışdı. Qeyd etdi ki, narkomaniya ilə mübarizə haqqında həm ailədə, həm də məktəblərdə mütləq maarifləndirici söhbətlər aparılmalıdır.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Ümid Musayev çıxış edərək bildirdi ki, əsrin ağ ölümü olan narkomaniya ilə mübarizə hamımızın insanlıq borcumuzdur. İnsanları, xüsusilə də bu bəlaya düçar olan gəncləri narkotik vasitələrin qəbulundan uzaqlaşdırmaq bu günümüzün ən vacib məsələlərindən biridir.

Tədbir boyu “Ampula” adlı qısa metrajlı film nümayiş edildi.

Tədbirin sonunda “Narkomaniya,- ağ bəla” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.