Kitabxananın 90 illiyi münasibəti ilə “Kitabxanalar- ənənələr, innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 05 dekabr 2018-ci il tarixdə kitabxananın 90 illiyi münasibəti ilə “Kitabxanalar- ənənələr, innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi.

Konfransı göriş sözü ilə kitabxananın direktoru Oruc Quliyev açıb bildirdi ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası fəaliyyət göstərdiyi 90 il ərzində məqsəd və vəzifələrini zamanın tələblərinə uyğun formalaşdırmış, xidmət dairəsini genişləndirmiş, həmçinin, potensialını gücləndirmişdir. Kitabxana qarşıdakı illər ərzində respublika rəhbərliyinin sərəncamlarını, Mədəniyyət Nazirliyinin tədbirlər planını əsas tutaraq öz işini daha da mükəmməl və uğurlu şəkildə davam etdirəcəkdir.

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev “XXI əsr kitabxanaları- ənənələr və innovasiyalar” mövzusunda məruzə etdi. Nazir müavini kitabxana kollektivini 90 illik yubileyi və dörd nəfər əməkdaşı Prezident İlham Əliyevin 04 dekabr 2018-ci il Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə təbrik etdi. Vaqif Əliyev Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsindən danışdı və bu sahədə müəyyən qədər xidmətləri olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının da rolunu xüsusi vurğuladı.

Konfransda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Cəfərov Aslan, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova “Müasir dövrdə akademik informasiya xidmətinin xüsusiyyətləri”, BDU-nun biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent, BMT Yanında Beynəlxalq İnformasiya Akademiyasının Həqiqi Üzvü Nadir İsmayılov “Gənclərin informasiya təminatı və biblioqrafik fəaliyyətdə innomativ meyllər”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov “Azərbaycan Respublikasının Prezident Kitabxanası və gənclərə müasir kitabxana xidməti” mövzularında məruzələr etdilər. Həmçinin, ADA Universitetinin əməkdaşı Müşfiq İmamverdiyev, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Aybəniz Əliyeva (Kəngərli), AMEA-nın kitabxana və informasiya şöbəsinin müdiri Qutiyera Cəfərova, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektorunun humanitar işlər üzrə müavini Aqşin Babayev, BDU-nun kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müdiri, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor, BMT yanında Beynəlxalq İnformasiya Akademiyasının Həqiqi Üzvü Xəlil İsmayılov, fizika-riyaziyyat elmləri doktoru, dosent, BDU-nun kitabxana-informasiya fakültəsinin dekanı Azad Qurbanov, BDU-nun kitabşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov, kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan, UNEC Kitabxanasının icraçı direktoru Arzu Məmmədova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan Hüquqları Kitabxanasının əməkdaşı Azadə Novruzova, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazimi də müxtəlif mövzularda çıxışlar etdilər.

Sosial şəbəkələrdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illiyi münasibəti ilə gənc şair və yazıçıların virtual məkanda keçirilən müsabiqələrinin üç nəfər qalibi Fəxri Fərmanla mükafatlandırıldı.

Konfrans başa çatdıqdan sonra Azərbaycan Dövlət Musiqili Teatrda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fəaliyyətinin 90 illiyi münasibəti ilə təntənəli yubiley tədbiri keçirildi. Təntənəli yubiley tədbirinin rəsmi hissəsində Azərbaycan Respublikası Mədəniyyət Naziri Əbülfəs Qarayev kitabxananın fəaliyyəti, layihələri haqqında məlumat verəndən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 04 dekabr 2018-ci il tarixli Sərəncamını oxudu. Sərəncam Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fəaliyyətinin 90 illiyi münasibəti ilə Azərbaycanda kitabxanaçılıq işinin təkmilləşdirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə dörd nəfər əməkdaşın “Tərəqqi” medalı ilə təltif olunması haqqında verilmişdi.

Kitabxananın beş nəfər əməkdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, dörd nəfər Bilik Fondunun, dörd nəfər Yunis Əmrə İnstitutunun, on yeddi nəfər Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanları ilə mükafatlandırıldılar.

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Milli Məclisin deputatı Fazil Mustafa və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyevin çıxışlarından sonra bədii hissə oldu. Bədii hissədə “Onu demə zalım yar”, “Şur” kompozisiyası, Fikrət Əmirovun “Sevil” operasından Balaşın ariyası, Həsən Rzayevin “Çahargah” rapsodiyası, Frederik Şopenin “Ekspromt-fantaziya”, Niyazinin “Rast”, Qara Qarayevin “Prelüd” № 3 və “Azərbaycan” rəqsi ifa edildi.

Tədbir boyu kitabxananın tarixini əks etdirən foto-slaydlar nümayiş olundu. Tədbirin həm əvvəlində, həm də sonunda teatrın foyesində təşkil olunan “Heydər Əliyev və müstəqil Azərbaycan”, “Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası- 90”, “Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elektron resursları” adlı kitab sərgilərinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.