Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əbədi xatirəsinə həsr olunmuş“ Azərbaycan səni daim yaşadacaq” adı altında anım günü

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 12 dekabr 2018-ci il tarixdə Yasamal rayonundakı 21 saylı orta məktəbin şagird və müəllim kollektivi ilə birlikdə Yasamal rayonu Heydər Əliyev Mərkəzində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əbədi xatirəsinə həsr olunmuş “ Azərbaycan səni daim yaşadacaq” adı altında anım günü keçirdi.

Tədbir ümummilli lider, dahi öndər Heydər Əliyevin büstü qarşısına gül dəstələri qoyulandan sonra başladı.

Tədbiri giriş sözü ilə mərkəzin baş fond mühafizi Azər Zeynalzadə açdı. Qeyd etdi ki, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar mərkəzdə təhsil müəssisələri, dövlət, hökumət və qeyri hökumət təşkilatları tədbirlər keçirirlər. Yarandığı ilk gündən Yasamal rayonunun ictimai-siyasi həyatında fəal rolu ilə seçilən mərkəzin əsas məqsəd və vəzifəsi müstəqil Azərbaycanımızın qurucusu olan Heydər Əliyevin siyasi irsini öyrənmək, araşdırmaq, gələcək nəsillərə aşılamaq, dövlətçilik ənənələrini yaşatmaqdır.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva ümummilli lider Heydər Əliyevin həyatı, doğma Azərbaycan naminə fəaliyyəti haqqında geniş məlumat verdi. Dahi rəhbərin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Azərbaycan Respublikasının Prezidenti kimi məsul vəzifələrdə həmişə yalnız xalqını düşünməsini, bütün həyatını məhz dövlətçiliyimizin inkişafına həsr etməsini bildirdi.

21 saylı məktəbin uşaq birliyinin rəhbəri Pərvanə Əliyeva dahi rəhbərin nəsillərə nümunə olan layiqli həyat yolunu dəqiq faktlarla şagirdlərə öyrətmələrindən, onları məhz bu ruhda tərbiyə etmələrindən danışdı.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşı Fəridə Cəfərova Heydər Əliyev dühasının böyüklüyündən, əzəmətindən, təhsilə xüsusi önəm verməsindən, yüzlərlə gəncin Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda ali təhsil almasına köməkliyindən danışdı. Gənc nəsli Heydər Əliyev ideyalarının davamçıları olmağa səslədi.

3-cü sinif şagirdi Mələk Cəbiyeva “Sən elə bir zirvəsən” mahnısını ifa edəndən sonra 1-ci sinif şagirdləri xor şəkildə “Biz Heydər babanın nəvələriyik” mahnısını təqdim etdilər.

Şagirdlərdən Ləman Məmmədli, Vəfa Cavanşirli, Həmid Ağazadə, Zaur Sərxanbəyov, Nuray Mirzəzadə ulu öndərə həsr olunmuş şerlər oxudular.

4-cü sinif şagirdləri “Xalqın xilaskarı” adlı ədəbi kompozisiya ilə çıxış etdilər.

Anım günü kitabxanada “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı kitab sərgisinə baxışla sona çatdı.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.