Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivinə Fəxri Fərmanları

1928-ci ildə yaranan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının bu il fəaliyyətinin 90 ili tamam oldu. Bu münasibətlə 05 dekabr 2018-ci il tarixdə “Kitabxanalar- ənənələr, innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans və Azərbaycan Dövlət Musiqili Teatrda təntənəli yubiley tədbiri keçirildi.

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova yubiley tədbirində 90 illiyi münasibəti ilə kitabxana kollektivini təbrik etdi. Həmçinin, Cəmilə Səttarova kollektiv üzvlərindən on yeddi nəfəri Fəxri Fərman və pul vəsaiti ilə mükafatlandırdı.

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinində mədəni-kütləvi işlər üzrə şöbənin müdiri Əfsanə Gülməmmədova 11 dekabr 2018-ci il tarixdə Fəxri Fərman və pul mükafatının təqdim edilməsi üçün Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında oldu. Əfsanə xanım Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəaliyyəti, bu fəaliyyətin əsas məqsədinin insanpərvərlik, humanizm, insanların bir-birinə qarşı hörmət bəsləməsi, qayğıkeş, yardımçı və sair olması haqqında geniş məlumat verdi. Kollektiv üzvləri, HİK-in fəaliyyəti, kitabxana, şöbələri, iş prinsipi ilə yaxından tanış oldu. Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin adından Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına ünvanlanan təbrikin mətnini oxudu. Mehribanlıq və səmimiyyət şərçivəsində mükafatları kollektiv üzvlərinə təqdim etdi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev bu mükafatlara, sayqı və hörmətə görə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarovaya və Əfsanə xanıma öz təşəkkürünü bildirdi. Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin bütün əməkdaşlarına fəaliyyətlərində yüksək zirvələr, nailiyyətlər arzuladı. Oruc Quliyev həmçinin, beş nəfər əməkdaşı kitabxananın Fəxri Fərmanı və pul ilə mükafatlandırdı.

Kitabxana HİK-in sədri Xalidə Musayeva və kitabxananın digər əməkdaşlarından Qənirə Mustafayeva, Yeganə Sadıqlı, Rəvanə Məlikova Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə kollektivimizə qarşı olan bu xoş münasibətə, mükafatlara görə öz təşəkkürlərini bildirdilər.

Kollektiv üzvləri Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzuladılar.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.