Azərbaycanlıların milli həmrəylik günü.

28 dekabr 2018-ci il tarixdə Yasamal rayonundakı 176 saylı tam orta məktəbin təşəbbüsü ilə həmin məktəbdə 31 dekabr Dünya azərbycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə ədəbi-bədii gecə keçirildi.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsindən sonra başladı.

Məktəbin direktoru Məhəbbət Əsgərova çıxışında bildirdi ki, 31 dekabr gününü xalqımız həm Dünya azərbycanlılarının həmrəylik günü, həm də yeni il bayramı kimi qeyd edir. Dünya azərbycanlılarının həmrəylik günüAzərbaycan diasporu üçün ən mühüm bayramdır. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də bayram kimi tanıyırlar.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktormüavini Xalidə Musayeva çıxışında bildirdi ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasıı Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdir. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya azərbaycanlılarının həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur.Xalidə Musayeva çıxışının sonunda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının adından məktəb kitabxanasının fonduna “Humanizm və xeyrxahlıq missiyası” və iki cilddən ibarət “Prezident İlham Əliyev və mədəniyyət” adlı kitabları hədiyyə verdi.

Məktəbin şagirdləri Dünya azərbaycanlılarının həmrəylik gününə, Azərbaycana, yeni ilə həsr olunmuş şerlər söylədilər. Şagirdlər dünya xalqlarının rəqslərini hər bir xalqın öz milli geyimlərində təqdim etdilər. Yeni ilin dünya ölkələri tərəfindən nə cür qarşılanması, hər bir xalqın adət-ənənəsi şagirdlər tərəfindən tədbir iştirakçılarına təqdim olundu.

Məktəbin müəllimi Aygün Əzimova şagirdlərin fəaliyyəti, təhsili, ictimai işlərə sonsuz həvəsləri haqqında məlumat verdi.

Ədəbi-bədii gecə tədbirə Şaxta Babanın gəlişi, şagirdlərin ifasında Azərbaycan milli rəqs havası ilə başa çatdı.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.