“O günü unutmayaq” - Qanlı yanvar faciəsində şəhid olanların ailə üzvləri ilə Şəhidlər Xiyabanında görüş.

Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi sayılan 1990-cı ilin qanlı 20 yanvar faciəsindən 29 il ötür. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası hər il olduğu kimi bu il də xalqımıza, torpaqlarımıza qarşı törədilən təcavüzlə əlaqədar silsilə tədbirlər təşkil etmişdir. Faciə ilə əlaqədar “Qanlı 20 yanvar tarixi” adlı kitab sərgisinə baxış ayın sonunadək davam edəcəkdir. “20 yanvar- şərəf və qürur günümüz” adlı biblioqrafik icmal hazırlanıb kitabxananın ryl.az saytında yerləşdirilmişdir. Oxucularla “20 yanvar faciəsi” adı altında söhbət-mühazirə aparılmış, Azərbaycanın Milli Qəhrəmanları Gültəkin Əsgərova və Şirin Mirzəyevə həsr olunmuş filmlərə baxış keçirilmişdir.

16 yanvar 2019 -cu il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “O günü unutmayaq” adı altında qanlı yanvar faciəsində şəhid olanların ailə üzvləri ilə Şəhidlər Xiyabanında görüş təşkil etdi.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva çıxışında qeyd etdi ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürləridir. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

20 yanvar şəhidlərindən olan İlham Allahverdiyevin yaxın qohumu və dostu, faciə baş verəndən bu günədək Şəhidlər Xiyabanında mühafizəçi işləyən Füzuli Quliyev o qanlı günün canlı şahidi kimi təəssüratlarını bildirdi. İlhamın necə vətənpərvər, xalqını, millətini sevən mübariz Azərbaycan oğlu olması, vaxtsız həyatını itirməsi haqda ürək ağrısı ilə danışdı.

20 yanvar şəhidi Səxavət Məmmədovun qohumu Ehtiram Məmmədov o qanlı gecəni göz yaşları ilə xatırladı. Səxavətin yaralıları öz maşını ilə xəstəxanalara apararkən başından güllə ilə vurulmasından, həm özünün, həm də yaralıların ertəsi günədək küçədə qalması səbəbindən həyatlarının xilas edilə bilməməsindən, şəhid olmalarından danışdı.

20 yanvar şəhidi Vəfadar Səfərovun qohumu Narınc Səfərova bəşəriyyəti sülhə, haqqa səslədi. Ürəyi həyat eşqi, övladlarını, bütün Azərbaycan xalqını xoşbəxt görmək arzusu ilə döyünən Vəfadarın o qanlı gecədə şəhid olması xəbərinin ağrı-acısından danışdı.

Bakı Dövlət Sosial İqtisad Kollejinin müəllimi Zülfiyyə Zeynalova, birinci kurs tələbələri İlahə Heydərova, Əhməd Allahverdiyev 20 yanvar faciəsinin tarixi, baş vermə səbəbləri haqqında geniş məlumatla çıxış etdilər.

2-ci Zabrat qəsəbəsi 75 saylı tam orta məktəbin müəllimi Gülanə Əliyeva bildirdi ki, o zaman yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir.

Tədbir Azərbaycanın şərəf və qəhrəmanlıq salnaməsini yazan şəhidlərin məzarları üstünə gül dəstələri qoymaqla başa çatdı.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.