Xocalı faciəsinin 27-ci ildönümü gününə həsr olunmuş “Unudulmayan faciə, sağalmaz yara” adı altında musiqili ədəbi-bədii gecə.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 22 fevral 2019-cu il tarixdə Xocalı faciəsinin 27-ci ildönümü gününə həsr olunmuş “Unudulmayan faciə, sağalmaz yara” adı altında musiqili ədəbi-bədii gecə keçirildi.

Tədbir Azərbaycanın suverenliyi, ərazisinin toxunulmazlığı uğrunda şəhid olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.

Kitabxananın direktoru Oruc Quliyev tədbiri giriş sözü ilə ümummilli lider Heydər Əliyevin "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" sözləri ilə açdı. Əminliklə qeyd etdi ki, bu cinayəti törədənlərin cəzasını tarix özü verəcəkdir.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva çıxışında bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Bir gecədə qədim Xocalı darmadağın edildi. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi", digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır.

“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyin sədri, Qarabağ və Əfqanıstan müharibələri veteranı Bəhram Şeydayev XX əsrin görünməmiş faciəsi olan Xocalı soyqırımına rusların himayədarlığı, respublikamızın prezidenti İlham Əliyevin zərərçəkənlərə göstərdiyi qayğı və diqqət mövzusunda çıxış etdi.

Yasamal rayonu Polis İdarəsi Veteranlar Şurasının sədr müavini Xanlar Ağayev Xocalı soyqırımının əsas səbəbkarları, törədilən faciənin nəticələri haqqında çıxışından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində torpaqlarımızın geri alınacağına əminliyini bildirdi.

176 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Palmira Nəbiyeva o qanlı faciənin canlı şahidi kimi acı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Çıxışını “Birləşək, torpaqlarımızı azad edək” cümləsi ilə bitirdi.

Azərbaycan Atatürk Mərkəzində ictimai-siyasi şöbənin müdiri, ehtiyatda olan zabit Əkbər Qoşalı çıxışında qeyd etdi ki, Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq. Xocalı faciəsinin səbəbkarlarının cəzalandırılmamasını tarix üçün bir ləkə adlandırdı .

Azərbaycan Universitetinin tələbə-gənclər təşkilatı kitab klubunun sədri Kərimova Aytəkin Xocalı faciəsində silahsız insanların ermənilərə qarşı müqaviməti, verilən qurbanlar haqqında çıxış etdi.

176 saylı orta məktəbin şagirdləri “Xocalı harayı” kompozisiyası, “Layla, Xocalım layla”, “Xocalı yası”, “Xocalı, ay Xocalı”, “Ay bəlalı Xocalım”, “Xocalı” şerləri ilə çıxış etdilər.

Xocalı faciəsini əks etdirən video çarx nümayiş olundu, Şəmistan Əlizamanlının ifasında bu mövzuda mahnı səsləndirildi.

Musiqili ədəbi-bədii gecədə həmçinin, şairə Mərcan Şahbuzlu, 175 saylı orta məktəbin psixoloqu Qəmər Bünyatova, uşaq birliyinin rəhbəri Gülsüm Hüseynova, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyin üzvləri Valeh Babayev, Kəmaləddin Hüseynov, Saleh Hacıyev, Vəli Əliyev, Asif Aslanov, Hafiz Məmmədov, “Azərbaycan” Universitetinin tələbə-gənclər təşkilatı kitab klubunun üzvləri Əmirli Zəhra və Xəlili Gülsüm, Humanitar fakültə sədri Günel Əfəndiyeva və BDU-nun tələbələri də iştirak edirdilər.

Tədbirin sonunda “Xocalı həqiqətləri” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.