Azərbaycan kinorejissoru, aktyor Tofiq Tağızadənin anadan olmasının 100 illiyinə həsr olumuş “Sənətə bağlı ömür” adlı anım günü.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 07 mart 2019-cu il tarixdə Azərbaycanın xalq artisti, kinorejissor, ssenarist Tofiq Tağızadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sənətə bağlı ömür” adlı anım günü keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 yanvar 2019-cu il tarixdə görkəmli kinorejissor, xalq artisti Tofiq Tağızadənin 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, “Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik rejissor kimi özünəməxsus dəstxətti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirib və mədəniyyət tariximizdə dərin iz qoyub”. Həqiqətən də Tofiq Tağızadə o sənətkarlardandır ki, yaradıcılığı həmişə xalqın taleyi ilə sıx surətdə bağlı olmuşdur. Onun filmlərindəki ən kiçik detallarda belə milli-mənəvi dəyərlərimizin görüntüləri hiss olunur. O, "Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan 40 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, yenə də ona tamaşaçı marağı yüksək səviyyədədir.

Bakı Dövlət Universitetinin tələbəsi Leyla Zərbəliyeva müasir Azərbaycan kino sənəti, problemləri haqqında çıxış etdi. Müasir Azərbaycan kinosu ilə uzun illər əvvəl çəkilən filmlər arasındakı fərqli xüsusiyyətlər, keyfiyyət baxımı, nə dərəcədə tamaşaçı marağı kəsb etməsi mövzusunda danışdı.

Şöbə müdiri Qənirə Mustafayeva çıxışında qeyd etdi ki, Tofiq Tağızadə bir rejissor kimi zamanın problemlərini ekrana gətirmiş və insanları bu problemlər ətrafında düşünməyə sövq etmişdir. Onun çəkdiyi "Görüş", "Uzaq sahillərdə", "Əsil dost", "Mateo Falkone", "Mən rəqs edəcəyəm", "Arşın mal alan", "Mən ki gözəl deyildim", "Yeddi oğul istərəm", "Flaminqo - qızıl qazdır", "Dədə-Qorqud", "Narlıq","Babamın babasının babası","Bağ mövsümü" və s. kinofilmləri sənət biblioqrafiyasında əsas yer tutur.

Baş kitabxanaçı İradə Kərimova çıxışında bir daha xatırlatdı ki, Tofiq Tağızadənin yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərinin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, həmçinin, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm” və “Dədə Qorqud” filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir.

Anım günündə iştirak edən Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də Tofiq Tağızadənin çəkdiyi filmlərdə özünü peşəkar kimi təsdiq etməsi, bu filmlərdə Azərbaycanın tarixi, mədəniyyəti, məişətinin çox sənətkarcasına öz həllini tapması mövzusunda çıxış etdilər.

Tədbir boyu Tofiq Tağızadənin filmlərindən fraqmentlər nümayiş olundu.

Anım gününün sonunda “Filmlərdə yaşayan ömür” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.