“Gənclərdə təfəkkür və nitq mədəniyyətinin inkişafında mütaliənin rolu” mövzusunda dəyirmi masa

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 27 mart 2019-cu il tarixdə “Gənclərdə təfəkkür və nitq mədəniyyətinin inkişafında mütaliənin rolu” mövzusunda dəyirmi masa keçirildi.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva tədbiri ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir” sözləri ilə açdı. Bildirdi ki, başqa idrak proseslərindən fərqli olaraq cisim və hadisələrin daxili əlaqələrini, mahiyyətini əks etdirən təfəkkürü nitqlə eyniləşdirmək və bir-birindən ayırmaq olmaz. Həmçinin, mütaliənin də insan həyatında böyük rolu, insanlar üçün fasiləsiz artmaqda olan sosial tələbat olması haqqında məlumat verdi.

Bakı İslam Universitetinin kafedra müdiri, “Milli Mənəvi Dəyərlərimizə Dəstək” ictimai birliyinin sədri, Beynəlxalq Təhsil Akademiyasının müxbir üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski mütaliənin önəmli amillərdən biri olması, müasir gəncliyin Azərbaycan elmini inkişaf etdirmələri, dünyaya yaymaları mövzusunda ətraflı çıxış etdi. Həmçinin, gənclərə verilən dəyərin, dəstəyin, qayğının həmişə mühüm vəzifə olduğunu xüsusi vurğuladı.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, Cənubi Rusiya Humanitar İnstitutunun fəxri professoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Nəbioğlu insanın mənəvi gözəlliyi sayılan nitq mədəniyyəti, təfəkkürün nitqdə öz təzahürünü tapması mövzusunda çıxışından sonra mütaliənin insanı mənəvi cəhətdən zənginləşdirməsində xüsusi rolunu qeyd etdi.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin, “Psixoloji xidmət və tədqiqatlar” ictimai birliyinin psixoloqu İlqar Kərtimov təfəkkürün insanda necə formalaşmasından, insanın yaradıcı fəaliyyətinin əsasını təşkil edən təfəkkür modelindən, intellektin mərhələlərindən, gənclərdə şüurun inkişafından və formalaşmasından danışdı.

“Milli Mənəvi Dəyərlərimizə Dəstək” ictimai birliyinin sədr müavini Qorxmaz Paşayev, həmin birliyin ictimai əlaqələr deportamentinin sədri Ziya Yaqubzadə, Bakı Dövlət Universitetinin tələbəsi Aysel Bayramovanın “İrfani yanaşma nədir”, “Psixologiya ilə fəlsəfə arasında hansı əlaqələr var”, “Müasir ədəbiyyatın insan psixologiyasına təsiri” və sair sulları cavablandırıldı.

Tədbirdə həmçinin, Bakı İslam Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirdilər.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.