Yazıçı, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150-ci ildönümünə həsr olunmuş silsilə tədbirləri

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 yanvar 2019-cu il tarixdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə imzaladığı Sərəncamla bağlı silsilə tədbirlər planı hazırlamışdır.

Tədbirlər planının icrası ilə əlaqədar 28 mart 2019-cu il tarixdə Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş “Cəlil Məmmədquluzadə və Molla Nəsrəddin ədəbi məktəbi” mövzusunda elmi-nəzəri konfrans keçirildi.

Konfransı Bakı Xoreoqrafiya Akademiyasının kafedra müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev açandan sonra əməkdar incəsənət xadimi Maral Manafova Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında geniş məlumatla məruzə etdi.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıqov Cəlil Məmmədquluzadənin publisistikası haqqında ətraflı məlumat verdi.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aygül Hüseynova çıxışını “Cəhalət və savadsızlığın ifşasında “Molla Nəsrəddin karikaturalarının rolu” mövzusu əsasında etdi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının şöbə müdiri Qənirə Mustafayeva kitabxanada görkəmli ədibin bütün yaradıcılığını əhatə edən Azərbaycan və rus dillərində ədəbiyyatlara oxucu tələbatı, təşkil olunan “Cəlil Məmmədquluzadə-150” adlı kitab sərgisi, “Nasir, publisist, dramaturq Cəlil Məmmədquluzadə” adlı biblioqrafik siyahı haqqında məlumat verdi.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Məmmədova “Cəlil Məmmədquluzadə Molla Nəsrəddin ədəbi məktəbinin banisi kimi” adlı məruzəsində yazıçı-dramaturqun “Molla Nəsrəddin” yurnalındakı fəaliyyətini əhatə etdi.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhunə Atakişiyeva “Molla Nəsrəddin ədəbi məktəbində dil məsələləri” adlı məruzəsində çap olunan materialların üslub, dil xüsusiyyətləri haqqında danışdı.

Dinarə Əliyevanın “Cəlil Məmmədquluzadə yaradıcılığı və XIX-XX əsr rus tənqidi realizmi” mövzusunda məruzəsindən sonra Bakı Xoreoqrafiya Akademiyasının ikinci kurs tələbələrindən Həcər Hacızadə və Sərxan Əlizadə Cəlil Məmmədquluzadə əsərlərindən nümunələrlə çıxış etdilər.

Tədbirin sonunda “Cəlil Məmmədquluzadə-150” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.