Kəlbəcər rayonunun işğal gününə həsr olunmuş tədbir

Azərbaycanın ən qədim insan məskənlərindən biri sayılan Kəlbəcər rayonu 02 aprel 1993-cü ildə erməni qəsbkarları tərəfindən işğal olunmuşdur.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 01 aprel 2019-cu il tarixdə Kəlbəcər rayonunun işğalının iyirmi altı illiyinə həsr olunmuş “İşğala məruz Kəlbəcər” adlı söhbət-mühazirə təşkil olundu.

“Azərbaycanın qüruru Kəlbəcər” adlı mühazirəni kitabxananın mədəni-kütləvi tədbirlər şöbəsinin müdiri Qənirə Mustafayeva, “Azərbaycanın Kəlbəcər həsrəti” adlı mühazirəni kitabxanaçı Şəbnəm Hüseynzadə oxudu. Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də mövzu ətrafında çıxışlar etdilər. Məruzə və çıxışlarda Kəlbəcər rayonunun toponimi, coğrafiyası, əhalisi, tarixi abidələri, xüsusilə də milli qəhrəmanları Şahlar Şükürov, Sərdar Səfərov, Yunis Nəcəfov haqqında geniş məlumatlar verildi.

Söhbət-mühazirədən sonra “Kəlbəcərsiz 26 il” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.