“Tarixi abidələrimizi qoruyaq” adı altında dəyirmi masa.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 17 aprel 2019-cu il tarixdə Beynəlxalq Abidələr və Tarixi Yerlər günü münasibəti ilə dəyirmi masa keçirildi.

Tədbiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb əsas məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdən ibarət olan Beynəlxalq Abidələr və Tarixi Yerlər gününün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunmasını bildirdi. Respublikamızın müxtəlif bölgələrində əsrlərlə mühafizə olunub bu günümüzün qiymətli incilərindən sayılan tarixi abidələr haqqında məlumat verdi.

Şöbə müdiri Qənirə Mustafayeva “Tarixi abidələr bizim milli sərvətimizdir” adlı məruzə ilə çıxış etdi.

Şöbə müdiri Yeganə Qarayeva Gəncə şəhəri, Ağdaş, Şuşa rayonlarının tarixi abidələri, qorunması, bərpası, turistlər tərəfindən böyük maraqla ziyarət edilməsi mövzusunda danışdı.

Bakı Dövlət Universitetinin tələbəsi Leyla Zərbəliyeva XIII əsrdə inşa edilmiş Şəki Xan sarayının dünya əhəmiyyətli memarlıq abidəsi olması, hal-hazırda muzey kimi fəaliyyət göstərməsi mövzusunda çıxışından sonra bütün gəncləri tarixi abidələrimizi qorumağa səslədi.

Mülki müdafiə üzrə mühəndis Xatirə Muxtarova Bakı şəhəri və Bakı şəhərinin müxtəlif rayonlarındakı Qız qalası, Şirvanşahlar sarayı, Mərdəkan Qalası, Atəşgah, Qobustan abidələrinin tarixi və tarixi əhəmiyyəti mövzusunda çıxış etdi.

Şöbə müdiri Tamella Məmmədova “Bizim tarixi abidələr” mövzusunda çıxışından sonra kitabxanada təşkil olunan “Tarixi abidələr” kartotekasına oxucu tələbatı, oxucu marağını da xüsusi qeyd etdi.

Tədbirdə həmçinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirdilər.

Tədbirin sonunda “Tarixi abidələr, milli mədəniyyət” adlı kitab sərgisinə baxış keçirildi.

Kitabxana kollektivi bir qrup oxucularla 18 aprel 2019-cu il tarixdə Bakının qədim tarixi abidələrindən olan İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalasıına gedib eksponatlara baxmaqla bərabər onlar haqqında geniş məlumat aldılar.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.