Xalq yazıçısı, publisist, pedaqoq, ədəbiyyatşünas İsmayıl Şıxlının anadan olmasının 100 illiyi münasibəti ilə “Ədəbiyyata bağlı ömür yolu” adlı ədəbi gecə.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 23 aprel 2019-cu il tarixdə Azərbaycanın xalq yazıçısı, publisist, pedaqoq, ədəbiyyatşünas İsmayıl Şıxlının anadan olmasının 100 illiyi münasibəti ilə “Ədəbiyyata bağlı ömür yolu” adlı ədəbi gecə keçirildi.

Tədbiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev açıb qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 yanvar 2019-cu il tarixdə Azərbaycan ədəbiyyatının inkişafı naminə təqdirəlayiq xidmətlər göstərmiş xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə Sərəncam imzalamışdır. İsmayıl Şıxlı yaradıcılığı Azərbaycan ədəbiyyatında özünəməxsus xüsusiyyətləri ilə həmişə oxucuların maraq və tələbatına səbəb olmuşdur.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva Ismayil Şıxlının bütün əsərlərində insanı uca tutmasından, böyük xarakterlər yaradıb xeyirin, ədalətin qələbəsinə çalışmasından, həyati mövzular yazaraq zamanın nəbzini tutmasından, günün mühüm məsələlərinə toxunmasından danışdı.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Rüstəmzadə İsmayıl Şıxlının ömrünün əlli ildən çoxunu pedaqoji fəaliyyətə həsr etməsi, əsl əqidə sahibi olması, Azərbaycan ədəbiyyatının inkişafında əvəzsiz xidmətlər göstərməsi, əsərlərinin əsas mövzu və ideyası ətrafında çıxış etdi.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, Cənubi Rusiya Humanitar İnstitutunun fəxri professoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Nəbuoğlu çıxışına “Rus ədəbiyyatında Mixail Şoloxov zirvəsi vardırsa bizim ədəbiyyatda da İsmayıl Şıxlı zirvəsi var” cümləsi ilə başladı. İsmayıl Şıxlının ədəbi yaradıcılığından danışandan sonra ədibin haqqında yazdığı resenziyanı oxudu.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Fuad ədbin “Dəli Kür” romanını əsl Azərbaycan mentalitetinin güzgüsü adlandırdı. “Dəli Kür” və “Ölən dünyam” əsərlərinin əsas ideyasını və yazıçının qələmə aldığı obrazların xarakterlərini açdı.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş eimi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yadigar Əsgərova çıxışında İsmayıl Şıxlının “Dəli Kür” romanının audio kitab halında çıxarmağı təklif etdi.

ADU-nun müəllimi, İsmayıl Şıxlının gəlini Reyhan Yusifqızı ədibin yaradıcılığına verilən qiymətdən danışandan sonra xatirələrini söylədi.

Jurnalist, rəssam, “Ayna”, “Zerkalo” qəzetlərinin məsul katibi, İsmayıl Şıxlının oğlu Fərrux Şıxlı “Dəli Kür” romanı əsasında filmin çəkiliş tarixindən, atasının sağlığında heç kimə göstərmədiyi pyesin ölümündən sonra tamaşaya qoyulmasından, atası ilə bağlı xatirələrindən danışdı.

Reyhan Yusifqızı və Fərrux Şıxlı tədbir iştirakçıları tərəfindən İsmayıl Şıxlı yaradıcılığı ətrafında verilən çox sayda sualları cavablandırdılar.

Tədbirdə həmçinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri iştirak edirdilər.

Tədbir boyu İsmayıl Şıxlıya həsr olunmuş video çarx nümayiş olundu. “Dəli Kür” əsərinin motivləri əsasında çəkilən filmdən fraqmentlər göstərildi.

Ədəbi gecənin sonunda “Yazıçı, ədəbiyyatşünas, publisist İsmayıl Şixlı-100“ adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.