“Kitab ətri” layihəsinin açılış mərasimi

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 25 aprel 2019-cu il tarixdə “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin təşkilatçılığı ilə 2019-cu il üçün nəzərdə tutulmuş “Kitab ətri” layihəsinin açılış mərasimi keçirildi.

Tədbiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev açıb “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin fəaliyyəti ilə 2018-ci ildən tanış olmasından, mahiyyətinin çox böyük və dərin məna kəsb etməsindən, müxtəlif təşkilatlarda, kitabxanalarda bu layihənin fəaliyyətinin uğurla davam etdirilməsinin təqdirəlayiqliyindən danışdı.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin əsas məqsədini, fəliyyət istiqamətlərini, uşaqlara mənəvi və maddi dəstəyini, dünyagörüşlərinin artmasında, formalaşmasında rolunu xüsusi qeyd etdi.

“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin sədri , filologiya elmləri üzrə fəlsəfə doktoru Yeganə Mirzəyeva mənəvi dəyərlərimizdən danışandan sonra birliyin üzvlərinin əksəriyyətini kitabsevərlər təşkil etməsini, məhz elə bu səbəbdən də kitabxanalarla müntəzəm əməkdaşlıqlarını, ən böyük xeyirli cığırın kitabxanalara gedən yol olmasını vurğuladı.

"Kiçik Dünya" uşaqların maariflənməsinə kömək ictimai birliyinin sədri, yazıçı Gülzar İbrahimova “Kitab ətri” layihəsinin mahiyyəti və əhəmiyyətini qeyd edəndən sonra “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin üzvlərinə və kitabxanaya “Sehrli dünya” jurnalı, müəllifi olduğu “Ciddi ol” kitabı, “Vətən və mən” diskindən bir neçə nüsxə hədiyyə verdi.

“Verbal” Uşaq Mərkəzinin psixoloqu Lalə Məhərrəmli “Kitab ətri” layihəsinin əsas məqsədinin “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin üzvləri olan uşaqlarda diqqətin mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafına, kitaba marağın artırılmasına yönəldildiyini bildirdi.

Azərbaycan Dillər Universitetinin müəllimi Günel Ələkbərli “Kitab ətri” layihəsinin “Bu günün həqiqi universitetləri kitabxanalardır” devizi altında fəaliyyət göstərməsi, məqsədin kitabxanalarla yaxından tanışlıq daşımasını bildirdi.

“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin üzvləri olan məktəblilər “Kitab ətri” pantomim tamaşa, şair İmadəddin Nəsiminin qəzəllərinin ifası, “Xeyir toxumu” adlı səhnəcik, tarda “Qarabağ şikəstəsi” ilə çıxışlar etdilər. “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin fəaliyyətini əks etdirən slayd nümayiş olundu.

Tədbirdə həmçinin, “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin könüllüləri Türkan Məhərrəmova, Nərminə Abbasova, “Hədəf” nəşriyyatının direktor müavini Səbuhi Şahmursoy, Multimedia Mərkəzinin əməkdaşı, yazıçı Rövşən Dan Yeri, Sabunçu rayonu Mərkəzi Kitabxananın əməkdaşı Təhminə Qasımova, “Salam yurdu” adlı təlim-tədris mərkəzində “Mərifət” dərnəyi və “Nağıl saatı”nın təsisçisi Arzu Qafarova, Bakı Dövlət Universitetinin tələbələri iştirak edirdilər.

Açılış mərasiminin sonunda “Kitab Ətri” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.