Ulu öndər Heydər Əliyevin Fəxri Xiyabandakı məzarının Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektiv üzvləri tərəfindən ziyarət edilməsi. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Yasamal rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həmin mərkəzdə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə anım günü.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Yasamal rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həmin mərkəzdə 06 may 2019-cu il tarixdə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə anım günü keçirildi.

Tədbir öncəsi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektiv üzvləri ulu öndər Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib gül dəstələri qoydular.

Anım günü Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və bir dəqiqəlik sükutla ulu öndər Heydər Əliyevin əbədi xatirəsinin yad edilməsindən sonra başladı.

Tədbiri giriş sözü ilə Yasamal rayonu Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova açıb Azərbaycanı zamanın çətin sınaqlarından çıxarmış dahi şəxsiyyət Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında məlumat verdi.

Yasamal Rayon İcra Başçısının müavini Təravət Muradova Yasamal rayonu ərazisində dahi rəhbərin anadan olmasının 96 illiyi ilə bağlı keçirilən tədbirlərdən danışdı.

AMEA-nın şöbə müdiri, professor Mahirə Quliyeva “Ulu öndər Heydər Əliyevin ədəbiyyatımıza, ana dilimizin inkişafına böyük hörmət və ehtiramı” mövzusunda çıxış etdi.

AMEA-nın Azərbaycan Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətindən danışandan sonra neft sənayesinin inkişafında xidmətlərini də xüsusi vurğuladı.

AMEA-nın şöbə müdiri, professor Füzuli Qurbanov ulu öndər Heydər Əliyevin yüksək zəka, hərtərəfli dərin bilik, nümunəvi ictimai-siyasi fəaliyyət sahib olması ətrafında çıxış etdi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva Azərbaycanın 1960-cı illərin sonundan XXI əsrin əvvəllərinədək böyük bir dövrün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi.

AMEA-nın aparıcı elmi işçisi Xədicə İsgəndərli zəngin dühaya malik Heydər Əliyevin layiqli ömür yolunu nəsillərə nümunə adlandırdı.

Anım günündə ümummilli lider Heydər Əliyevin həyatı və Azərbaycan naminə fəaliyyətinə həsr olunmuş film nümayiş edildi.

Tədbirdə həmçinin, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, kitabxananın kollektivi, ziyalılar, məktəblilər iştirak edirdilər.

Məktəblilərin ifasında Azərbaycan, ulu öndər Heydər Əliyevə həsr olunmuş şerlər söyləndi, mahnı oxundu.

Tədbirin sonunda məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şer müsabiqəsinin qalibləri Fəxri Fərmanlarla mükafatlandırıldı.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.