Alman faşizmi üzərində qələbənin 73-cü ildönümünə həsr olunmuş “Qələbəyə gedən yollar” mövzusunda tədbir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 03 may 2018-ci il tarixdə alman faşizmi üzərində qələbənin 73-cü ildönümünə həsr olunmuş “Qələbəyə gedən yollar” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Sərəncamını bildirəndən sonra qeyd etdi ki, Böyük Vətən Müharibəsi illərində xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdır. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuş, öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışdır. Qüdrətli Azərbaycan ordusu Qarabağ müharibəsinin də qələbə sədasını tezliklə bütün dünyaya yayacaqdır.

“Nərimanov Rayon Veteranlar Şurası”nın sədri, polkovnik Elşad Şabanov Azərbaycan xalqını qarşıdan gələn iki böyük bayram,- Böyük Qələbə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təbrik edəndən sonra Böyük Vətən Müharibəsində əsas məqsədin SSRİ-ni məhv etmək olduğunu bildirdi. 1941-1945-ci illərin qanlı müharibə faktlarından danışdı. Çıxışını özünün yazdığı “Qarabağ qüssəli, Qarabağ qəmli” şeri ilə bitirdi.

Böyük Vətən Müharibəsi veteranı Qara Sarıyev 2-ci Ukrayna, 4-cü Ukrayna, 4-cü Belorusiya döyüşlərində iştirakından xatirələrlə çıxış etdi. Bildirdi ki, alman faşizminə qarşı aparılan müharibə sovet xalqı tərəfindən ədalətli sayılırdı. Qara Sarıyev Böyük Vətən Müharibəsi cəbhələrində döyüşlərdə göstərdiyi igidliyə görə əllidən artıq orden və medallarla təltif olunmasını qürur hissi ilə bildirdi.

Yasamal rayon “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyinin sədri Bəhram Şeydayev alman faşizminin Böyük Vətən Müharibəsində törətdiyi milyonlarla insan tələfatından, dağıntılardan danışandan sonra Əfqanıstan döyüşlərindən də faktlarla çıxış etdi. Bütün dünyaya sülh, əmin-amanlıq, qələbə arzuladı.

Tədbirdə həmçinin, Yasamal rayon “Qarabağ Veteranları Birliyi” nin üzvləri Saleh Hacıyev, Valeh Babayev, Yasamal rayon “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyinin üzvü Hüseyn Əliyev, Qarabağ müharibəsi əlili Ələsgər Orucəliyev, əmək veteranı Aydın Musayev, Respublika Ağsaqqallar Şurasının üzvü Sevil İsrafilova, Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, şair Şahlar Baba, Bakı Dövlət Universitetinin tələbələri iştirak edirdilər.

Tədbir boyu Böyük Vətən Müharibəsinə, Böyük Qələbəyə həsr olunmuş slaydlar nümayiş olundu.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.