“Narkomaniya, dünyanın ən böyük bəlası” adlı dəyirmi masa.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 16 may 2019-cu il tarixdə “Narkomaniya, dünyanın ən böyük bəlası” adlı dəyirmi masa keçirildi.

Tədbiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev açıb narkomaniya və narkobiznesin müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəb və faciəvi nəticələrə gətirib çıxaran bəla olmasından danışdı. Həmçinin qeyd etdi ki, ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab etmişdir.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva bildirdi ki, hazırda bütün dünyanı ciddi şəkildə narahat edən narkomaniya ağrılı bir problem olmaqla yanaşı, əhatə dairəsini getdikcə genişləndirərək ümumbəşəri bəlaya çevrilmişdir.

Anonim Narkoloji Müalicə-Məsləhət Kabinetinin həkim-narkoloqu Asif Kəngərli narkomaniyada hər şeyin sadədən mürəkkəbə doğru irəliləməsindən, yəni bu vasitələri qəbul edənlərin bədənin tələbi ilə dozanı artıra-artıra məhvə doğru getmələrindən çox dəqiq faktlarla çıxış etdi. Çıxışının sonunda “Alkaqol-sağlamlığın və sağlam həyat tərzinin düşməni”, “Bir ömür hekayəsi”, “Tütünçəkmə barədə hər şey”, Azərbaycan və rus dillərində çap olunan “Bəla”, “Beda” kitablarını, həmçinin, “Bəla” əsərinin audio diskini kitabxanaya hədiyyə verdi, çoxsaylı sualları cavablandırdı.

İctimai xadim Əli Qafarov bu gün orqanizmində narkotik daşıyıcılarının əksəriyyətinin yeniyetmə və gənc olması, bunun sonunda dayanan faciələr mövzusunda çıxışının sonunda gələcəyimizi sağlam ruhlu, sağlam əqidəli gənclərimizlə görmək istədiyini bildirdi. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur.

Yasamal rayon Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov narkotikin təsiri altında olanların ailə üzvləri, ətrafındakılar ilə problemlər yaratmaları, onların psixoloji sarsıntılar keçirərək insanlara zərər vermələri, həmçinin, gələcək həyatlarını məhv etmələri mövzusunda çıxış etdi.

Tədbirdə həmçinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirdilər.

Tədbir boyu həkim-narkoloq Asif Kəngərlinin narkomaniya, onun törətdiyi acı fəsadlara həsr olunmuş “Bəla” əsəri əsasında çəkilmiş film nümayiş edildi.

Tədbirin sonunda “Gəncliyimizi narkotikdən qoruyaq” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.