Şair, nasir, dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibəti ilə “Mən bir susmaz duyğuyam ki...” adlı ədəbi-bədii gecə

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 17 may 2019-cu il tarixdə şair, nasir, dramaturq, teatrşünas, tərcüməçi Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibəti ilə “Mən bir susmaz duyğuyam ki...” adlı ədəbi-bədii gecə keçirildi.

Ədəbi-bədii gecəni Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev açıb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 dekabr 2018-ci il tarixdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə imzaladığı Sərəncamla əlaqədar kitabxanada tədbirlər planı hazırlanmasından və icrasından danışdı.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva “Cəfər Cabbarlı irsinin zənginliyi” mövzusunda çıxışından sonra kitabxananın 1937-ci ildən fəxrlə görkəmli dramaturqun adını daşımasını bildirdi.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd əsərlərində insanın xarakterini, psixologiyasını formalaşdıran sənətkar kimi Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatı tarixində ölməzlik qazandığını xüsusi vurğuladı.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, Cənubi Rusiya Humanitar İnstitutunun fəxri professoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Nəbioğlu “Cəfər Cabbarlının dramaturgiyası” mövzusunda çıxışını bu irsin mütləq bir çox xarici dillərə tərcümə edilib dünyaya yayılma zəruriliyini qeyd etməklə bitirdi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sənan Talıbov “Cəfər Cabbarlı yaradıcılığının dərin məna daşıması və təbliği” mövzusunda çıxış etdi.

AMEA-nın aparıcı elmi işçisi Xədicə İsgəndərli Cəfər Cabbarlı poeziyasından danışarkən onun “Ana” şerinin əzəmətini xüsusi qeyd etdi. Çıxışının sonunda kitabxanaya bir neçə qiymətli kitab hədiyyə verdi.

Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı Cəfər Cabbarlı yaradıcılığına xalqımız tərəfindən verilən yüksək qiymətə və adını yaşatdığına görə təşəkkür etdi.

Azərbaycan Dövlət Milli Konservatoriyanın müəllimi, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə, “Manera az” sytının baş redaktoru, yazıçı, jurnalist Şəhla Aslan, Cabir Novruz Mədəniyyət Fondunun üzvü, mədəniyyət işçisi Kəmaləddin Məmmədov şair, dramaturq Cəfər Cabbarlının yenilik və müasirlik uğrunda mübarizəni bütün yaradıcılığının əsas qayəsinə çevirməsindən, qadın azadlığını dramaturgiyasının əsas mövzusu seçməsindən, teatra böyük qiymət verməsindən danışdılar.

İncəsənət Gimnaziyasının, Yasamal rayonu 176 saylı orta məktəbin şagirdləri “Azərbaycan oğluyam”, “Anam Azərbaycan”, “Xatırlayarsan məni” mahnılarını ifa etdilər, Cəfər Cabbarlının “Ölkəm”, “Mənim tanrım”, “Həyat, söylə sən kiminsən” şerlərini söylədilər.

Ədəbi-bədii gecədə həmçinin, Bakı İslam Universitetinin kafedra müdiri, “Milli Mənəvi Dəyərlərimizə Dəstək” ictimai birliyinin sədri, Beynəlxalq Təhsil Akademiyasının müxbir üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski, “Milli Mənəvi Dəyərlərimizə Dəstək” ictimai birliyinin sədr müavini Qorxmaz Paşayev, iqtisadçı Xeyransa Hüseynova, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirdilər.

Tədbirin sonunda İncəsənət Gimnaziyasının, Yasamal rayonu 176 saylı orta məktəbin şagirdləri kitabxana tərəfindən Fəxri Fərmanlarla mükafatlandırıldı, “Azərbaycan dramaturgiyasının korifeyi“ adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.