“Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 20-22 may 2019-cu il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ”Qloballaşan Dünyaya İnteqrasiya” ictimaibirliyinin həyata keçirdiyi “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirildi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev tədbiri açaraq turizmin Azərbaycanda iqtisadiyyatın ayrıca sektoru kimi mövcudluğundan, inkişafına ciddi diqqət göstərilməsindən, rəqabət imkanlarının yüksəkliyindən, bu sahənin davamlı inkişafının nəticəsi kimi, peşəkar kadrlara olan ehtiyacın sürətlə artmasından danışdı.

“Yeni Media Jurnalistləri” ictimai birliyinin sədri, jurnalist Xaqani Səfəroğlu təlim iştirakçılarına “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği yolları. Texniki vərdişlər, statuslar (Facebook), videoçarxlar (Youtube) twitlər (Twitter)”, “Sosial şəbəkələrdə təbliğat vasitələri kimi internet resurslar, saytlar, online məqalələr, GPS barədə təqdimatlar”, ”Peşəkar turizm fəaliyyətində Azərbaycan turizminin təbliği zamanı texniki vərdişlərin artırılması”, “Azərbaycan turizminin təbliğində ideoloji hazırlıq” və sair mövzularda məruzələr oxudu.

Hər bir mövzu ətrafında məruzələrdən sonra təlim iştirakçılarının çoxsaylı sualları cavablandırıldı.

Təlimdə Bakı İslam Universitetinin kafedra müdiri, “Milli Mənəvi Dəyərlərimizə Dəstək” ictimai birliyinin sədri, Beynəlxalq Təhsil Akademiyasının müxbir üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski, “Qloballaşan dünyaya İnteqrasiya” ictimai birliyinin sədri İlkin Ağayev, QHT nümayəndələri, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirdilər.

Təlimin sonuncu günü iştirakçılara sertifikatlar verildi. .

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.