“Azərbaycan mədəniyyətində Dağlıq Qarabağın mədəni irsi” mövzusunda dəyirmi masa

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 23 may 2019-cu il tarixdə “Azərbaycan mədəniyyətində Dağlıq Qarabağın mədəni irsi” mövzusunda dəyirmi masa keçirildi.

Tədbiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev açıb bildirdi ki, əsrlər boyu öz zənginliyinə və unikallığına görə Dağlıq Qarabağ mədəniyyəti Azərbaycan mədəniyyətinin aparıcı və ayrılmaz tərkib hissəsi olmuş, Azərbaycan mədəniyyətinin güzgüsü sayılmışdır. Dünya ölkələrinin bir çox bölgələrindən fərqli olaraq daha qədim tarixə və mədəniyyətə malik olan Dağlıq Qarabağda bədii təfəkkür və yaradıcılığın yüksək inkişafına gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir.

Mülki müdafiə üzrə mühəndis Xatirə Muxtarova Dağlıq Qarabağın maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zənginliyindən, xalçaçılıq məktəbində toxunmuş xalçaların bir çoxunun dünyanın məşhur muzeylərində mühafizə olunmasından danışdı.

Böyük kitabxanaçı Fəridə Cəfərova “Dağlıq Qarabağ Azərbaycanın mədəniyyətinin beşiyidir” mövzusunda çıxışının sonunda qeyd etdi ki, Dağlıq Qarabağdakı Azərbaycan mədəni irsinin dünyada daha geniş şəkildə tanıdılması, Ermənistanın işğalçı siyasətinin mədəniyyətimizə vurduğu zərərin miqyasını beynəlxalq birliyə çatdırılması hər bir azərbaycanlının qarşısında duran başlıca vəzifələrdəndir.

Bakı Dövlət Universitetinin tələbəsi Züleyxa Seyidova Ermənistanın Dağlıq Qarabağın mədəni irsinin məhvinə yönələn siyasəti, muzeylərdə saxlanılan tarixi eksponatları, qiymətli incəsənət və mədəniyyət nümunələrinin talan edilməsi mövzusunda çıxış etdi.

Tədbir iştirakçıları həmçinin, Azərbaycan mədəniyyətində Dağlıq Qarabağ mədəni irsinin, ədəbi mühitin böyük rola malik olması, öz nəfisliyi və zərifliyi ilə seçilən memarlıq abidələri, mətbəxi, musiqi tarixi haqqında da geniş məlumatla çıxış etdilər.

Tədbirdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirdilər.

Tədbirin sonunda “Qarabağın mədəni irsi” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.