“101 yaşlı Azərbaycan Xalq Cümhuriyyəti” adlı dəyirmi masa

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 27 may 2019-cu il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü münasibəti ilə “101 yaşlı Azərbaycan Xalq Cümhuriyyəti” adlı dəyirmi masa keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra başladı. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva tədbiri açaraq Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu bildirdi. Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Aşur Əliyev Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxması mövzusunda çıxış etdi. Bakı Dövlət Universitetinin kitabxanaçılıq və informasiya fakülkəsinin “Kitabxana fondu və kataloqlar” laboratoriyasının müdiri Səfurə Hacıyeva Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi olmaından danışdı. Kitabxananın şöbə müdirləri Qənirə Mustafayeva və Nübar Cəlilova “Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olması” mövzusunda çıxışlarının sonunda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyevin yaratdığını xüsusi vurğuladılar. Bakı Dövlət Universitetinin tələbələri Leyla Zərbəliyeva, Mirramil Qasımlı, Çingiz Abdullayev, Aysel Bayramova xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə həkk olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, cümhuriyyətə rəhbərlik edən şəxslər, mübarizə yolları haqqında geniş məlumatlı çıxışlarından sonra beynəlxalq aləmdə Azərbaycana qarşı inam və marağın artdığını, respublikamızın nüfuzunun sürətlə yüksəldiyini də fəxrlə qeyd etdilər. Tədbirin sonunda “Azad Azərbaycanım” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.