C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları "Xızıda Cəfər Cabbarlı günü" adlı tədbirdə iştirak etdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 dekabr 2018-ci il tarixdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə Sərəncam imzalamışdır. 08 iyun 2019-cu il tarixdə Xızı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” ictimai birliyinin "Müasir cəmiyyətdə maarifçiliyin və milli mədəniyyətin inkişaf etdirilməsi məqsədilə Cəfər Cabbarlının yaradıcılığının təbliği” layihəsi çərçivəsində "Xızıda Cəfər Cabbarlı günü" adlı musiqili ədəbi-bədii tədbir keçirildi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev və bir qrup əməkdaşı tədbirin keçirilməsində yaxından iştirak və yardım etmək məqsədi ilə Xızı şəhərinə, görkəmli dramaturqun ev-muzeyinə ezam olundular.

Tədbirdə iştirak edən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı,

Bakı şəhər Mədəniyyət və Sumqayıt regional Mədəniyyət İdarəsinin nümayəndələri, Cəfər Cabbarlının Bakıdakı və Xızıdakı ev-muzeylərinin, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Füzuli adına Əlyazmaları İnstitutunun əməkdaşları, müxtəlif ali məktəb və digər təhsil ocaqlarının müəllim və tələbələri, muzey, kitabxana işçiləri, teatr, kino xadimləri ölməz dramaturqun əsrlərə qiymətli sənət nümunələri kimi yadigar qalan zəngin ədəbi irsi ətrafında çıxışlar etdilər, dramaturqun müxtəlif janrlarda yazdığı bədii nümunələrdən parçalar ifa etdilər, şerlərinə yazılan mahnılar oxudular. “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” ictimai birliyinin hazırladığı böyük dramaturqun zəngin həyat və yaradıcılığını əks etdirən səyyar sərgiyə baxış keçirildi.

Tədbir iştirakçıları həmçinin, Cəfər Cabbarlı adına parkda görkəmli ədibin abidəsi önünə gül dəstələri qoydular, ev-muzeyini ziyarət etdilər.

Tədbirin sonunda iştirakçılara Cəfər Cabbarlının həyat və yaradıcılığından bəhs edən bukletlər paylandı.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.