Ümummilli lideri, dövlət qurucusu Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə “Azərbaycanı sevən, dünyaya tanıdan dahi” mövzusunda anım günü

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 08 may 2018-ci il tarixdə Azərbaycanın ümummilli lideri, dövlət qurucusu Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə “Azərbaycanı sevən, dünyaya tanıdan dahi” mövzusunda anım günü keçirildi. Tədbir dahi öndər Heydər Əliyevin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb bildirdi ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev öz məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Azərbaycan çox xoşbəxt ölkədir ki, ona Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik etmişdir.

“YAP Yasamal rayonu Qadınlar Şurasının və Ağbirçəklər birliyi”nin sədri Tamilla Şahbazova Heydər Əliyevin rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardığını bildirdi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Aqşin Babayev çıxışında qeyd etdi ki, məhz Heydər Əliyev kimi bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi liderin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoymuşdur. Aqşin Babayev dahi öndərlə bağlı söhbətlərindən, görüşlərindən xatirələrini danışdı.

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva Heydər Əliyev dühasının Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, Azərbaycanın iqtisadiyyatını yüksəltməsindən, bütün dünyaya tanıtmasından danışdı.

Şair Oqtay Rza ümummilli liderimizin Azərbaycan xalqının rifahı, xilası, dirçəlişi naminə xidmətlərini faktlarla qeyd edəndən sonra “Ulu öndər” şerini oxudu.

Tədbirdə həmçinin, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, “Qlobal Dünya Müasir Azərbaycan” birliyinin təsisçisi Səbinə Babayeva, polkovnik Sabir Məmmədov, “Azərbaycan Respublikası Qadınlar Cəmiyyəti”nin sədri Bahar Qasımova, Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva, AMEA-nın əməkdaşı, “Ziya İnsan Hüquqlarının Müdafiə Mərkəzi”nin sədri Səyyad Bayramov, “Ekspress” qəzetinin jurnalisti Elman Malıyev, BDU-nun tələbələri də iştirak edirdilər.

Tədbirin sonunda “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.