“Azərbaycan ədəbi dilinin qorunmasında mətbuatın rolu” mövzusunda dəyirmi masa

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 20 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində “Media və Mülki Cəmiyyət” ictimai birliyinin təşkilatçılığı ilə “Azərbaycan ədəbi dilinin qorunmasında mətbuatın rolu” mövzusunda dəyirmi masa keçirildi.

“Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkili” adlı layihənin rəhbəri, “Media və Mülki Cəmiyyət” ictimai birliyinin sədri Xanoğlan Əhmədov həyata keçirdikləri bu layihənin əsas məqsədi, ədəbi dilin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsinin böyük əhəmiyyəti mövzusunda məruzə etdi.

Filoloq Vasif Sadıqlı kütləvi informasiya vasitələrində, reklam lövhələrində, televiziya kanallarında müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməsi mövzusunda ətraflı çıxış etdi.

Filologiya elmləri doktoru, professor İdris Abbasov bildirdi ki, dövlətimizin əsas atributlarından biri olan ana dilimizin saflığı və zənginliyi mükəmməl mənəvi varlığımızın, sarsılmaz milli birliyimizin təcəssümüdür. Dövlət dili azərbaycançılıq məfkurəsinin başlıca hədəflərinə çatmağa imkan verir. Bu faktorlar qloballaşma şəraitində dövlət dilinin istifadəsinə, inkişafına yüksək həssaslıq və diqqətlə yanaşmağı tələb edir.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva qeyd etdi ki, xalqın ən böyük sərvəti onun dilidir. Azərbaycan dili dünyanın ən zəngin və inkişaf etmiş dillərindən biridir. Hamımız doğma dilimizin saflığını qorumalı, doğma dilimizi sevməliyik. Xalidə Musayeva həmçinin, il ərzində kitabxanada bir neçə dəfə bu mövzuda tədbirlər keçirilməsini də xasusi vurğuladı.

Şöbə müdiri Qənirə Mustafayeva çıxışında mənəvi varlığımız olan doğma Azərbaycan dilini təbliğ etmək, qorumaq, inkişaf etdirmək və yaşatmağın hər birimizin mənəvi borcu olması və dilin insanın intellektual inkişafında və mənəvi potensialının böyüməsində və qiymətləndirilməsində mühüm rolunu bildirdi.

Digər çıxışçılarda Azərbacan ədəbi dil normalarının qorunması, oxucu və tamaşaçıların ədəbi-bədii zövqünün formalaşması istiqamətində mətbuatın mühüm rolu xüsusi qeyd olundu.

Tədbirdə həmçinin, Bakı Dövlət Universitetinin tələbələri də iştirak edirdilər.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.