“Şanlı Azərbaycan Ordusu” adlı dəyirmi masa

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 25 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə “Şanlı Azərbaycan Ordusu” adlı dəyirmi masa keçirildi.Tədbir vətən uğrunda həlak olan əsgər, zabit və şəhidlərimizin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının mədəni – kütləvi tədbirlər şöbəsinin müdiri Qənirə Mustafayeva tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Bununla əlaqədar bu günün qeyd olunmasının vacibliyi və əhəmiyyətindən danışdı, ölkədə aparılan geniş miqyaslı ordu quruculuğu haqqında məlumat verdi.

Yasamal rayon Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov öz çıxışında bildirdi ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan ordu quruculuğu bu gün ölkəmizin dinamik inkişafına uyğun olaraq özünün yeni keyfiyyət mərhələsinə qədəm qoyub. İndi hər kəs əmindir ki, Azərbaycanın hər an düşmənə layiqli cavab verməyə qadir olan güclü, qüdrətli və modern ordusu var.

Tədbirdə Azərbaycan Rəssamlıq İnstitutunun fəxri üzvü Elnurə İsgəndərli, layihə rəhbəri, təşkilatçı Aygün İsgəndərli, kitabxananın əməkdaşları Nübar Cəlilova, Sona Yaqublu, İradə Əmrahova ordunun yaranma və inkişaf tarixi ilə əlaqədar çıxışlar etdilər.

Tədbirdə Silahlı Qüvvələr Gününə həsr olunmuş video-çarx nümayiş olundu.

Tədbirin sonunda “Qüdrətli Azərbaycan Ordusu” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.