Misirin böyük alimi, uşaq yazarı, 400-dən çox kitabın müəllifi, professor Yaqub Əl Şaruni ilə görüş

17 may 2018 – ci ildə Misirin böyük alimi, uşaq yazarı, 400-dən çox kitabın müəllifi, professor Yaqub Əl Şaruni ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görüş keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açaraq qonaqları salamladı və bu görüşdən məmnunluq duyduğunu vurğuladı. Tədbirdə iştirak edən Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova qonaq haqqında geniş məlumat verdi. Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydibu görüşün Misir Azərbaycan əlaqələrinin önəmindən danışaraq qeyd etdi ki, iki ölkə arasında dostluq və mədəni əlaqələri möhkəmləndirmək üçün qarşılıqlı tədbirlərin keçirilməsi çox önəmlidir. Görüş Bakı Dövlət Univerisitetinin tələbələrinin və kitabxananın əməkdaşlarının müəlliflə diskussiya şəraitində davam etdi. Sonda kitabxananın direktoru T. Sadıqov qonağa kitabxana haqqında ətraflı məlumat verdi. Qonaqlar kitabxana ilə yaxından tanış oldu, kitabxanada fəaliyyət göstərən bütün şöbələrin işi ilə maraqlandılar. Professor Yaqub Əl Saruni bu görüşdən məmnunluq duyduğunu xüsusi qeyd etdi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.