2017-ci ildə kitabxana keçirilən tədbirlər

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 07 fevral 2018-ci il tarixdə görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq Artisti, Stalin mükafatı laureatı, Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenləri laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki, müharibədən sonrakı dövr Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə “Ölməz bəstəkar Qara Qarayev-100” adlı ədəbi-bədii gecə keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir SadıqovaçıbAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 oktyabr 2017-ci il tarixdə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi haqqında Sərəncam imzaladığını bildirdi. Həmçinin, dedi ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2018-ci ilin birinci yarımili üçün iş planında da görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi qeyd olunmuşdur. Tahir Sadıqov Qara Qarayevin bəstəkarlıq sənətinin nəinki Azərbaycan Respublikasında, hətta bütün dünya miqyasında sevilməsini, məşhurluğunu, əvəzolunmazlığını xüsusi vurğuladı.

Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə professor Elnarə Dadaşova çıxışında bildirdi ki, Qara Qarayevin sinfində 48 nəfər dərs alırdı. Onlardan biri də mən olmuşam. Ömür vəfa etsəydi onun tələbələri daha çox olardı. Lakin bu insan hər bir məsələyə o qədər çılğınlıqla yanaşırdı ki, ürək telləri buna dözə bilmirdi. Xoşbəxtəm ki, belə bir dahidən dərs almışam.

Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi,bəstəkar, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov Qara Qarayevin tələbəsi kimi ondan dərs almaq arzusundan, bu dahi bəstəkarın gənclərin idealı sayılmasından danışdı. Cəmi 64 il ömür sürən Qara Qarayevin timsalında əsl ziyalı obrazını görməsini, dahi bəstəkarın qiymətli musiqi əsərlərinin əsrlərin yaddaşından silinməyəcəyini qürurla söylədi.

AZƏR TAC-ın xüsusi müxbiri Zərəngiz Dəmirçiqayalı qeyd etdi ki, Qara Qarayev Müsəlman Şərqində ən böyük bəstəkar olub. Bu gün bütün dünya bu dahi bəstəkarın xatirəsini anır. Çünki, onun əsərləri bütün dünyaya nümunə, əsl musiqinin təzahürü olan bir məktəbdir. Əfsus ki, belə sənətkarlar tarixdə təkrar doğulmurlar.

“Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə bu gün respublikamızın hər yerində Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə tədbirlərin keçirilməsini, onun musiqi xəzinəmizə qoyub getdiyi əsərlərin ölməzliyini bildirdi.

Respublika Ağsaqqallar Şurasının üzvü Sevil İsrafilova ölməz bəstəkarla ailə dostları olmasından, onunla bağlı xatirələrdən, hətta xəstə yatağında yatarkən də həmişə həkim kimi onun ailəsinə müraciət etməsindən söhbət açdı.

Müğənni, bəstəkar Elxan Rəsuloğlu musiqi nömrəsi ilə çıxış etdi.

Tədbir boyu Qara Qarayevin əsərlərindən parçalar səsləndirildi, yaradıcılığına həsr olunmuş slaydlar nümayiş olundu.

Tədbirdə həmçinin tarixçi-tədqiqatçı, BDU-nin müəllimi Nazim Tapdıqoğlu, Krım Radiosunun aparıcısı Həbib Əliyev, Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva, Yasamal rayonu MKS-nin böyük metodisti İradə Hüseynova, “Peşə Yönümlü Təhsilin İnkişafına Yardım” birliyinin sədri, BDU-nun müəllimi İradə Əlili, “Qlobal Dünya Müasir Azərbaycan” birliyinin təsisçisi Səbinə Babayeva, şair-publisist Rauf İlyasoğlu,yazıçı-publisist Şahlar Baba, həkim, şair Zakir Ağdamlı da iştirak edirdilər.

Tədbirin sonunda “Ölməz bəstəkar Qara Qarayev-100” adlı kitab sərgisinə baxış keçirildi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 02 fevral 2018-ci il tarixdə “Azərbaycan gəncliyi - Şərəfli adımız” mövzusunda dəyirmi masa keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra başladı.

Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb qeyd etdi ki, 2 fevral Azərbaycanda Gənclər günüdür. 1997-ci ildə ulu öndər Heydər Əliyevin verdiyi sərəncama əsasən 2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Ulu öndər həmişə gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirmiş, bunu müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də uzun illərdir ki, dahi rəhbərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait, imkan böyük diqqətin nəticəsidir.

Kitabxanaçı Sona Yaqubova çıxış edərək bildirdi ki, bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər. Bu, ulu öndər Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının ən bariz nümunəsidir. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.

Kitabxanaçı Şəlalə Cəfərli bildirdi ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlanmışdır. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir

Böyük kitabxanaçı Sədaqət Kazımova qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ardıcıl səyləri nəticəsində gənclərin fəallığı artırılır, onların Azərbaycanın dövlət idarəetmə strukturlarına cəlb edilməsi işi daha da genişlənir. Həmçinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr Azərbaycan gəncliyinin dünyadakı maraqlarını layiqincə təmsil edir.

Tədbir boyu respublikamızın idman şərəfini dünya miqyasında təmsil edən gənclərimizə həsr olunmuş slaydlar nümayiş edildi.

Tədbirin sonunda “Vətənə qürur verən gənclər” adlı kitab sərgisinə baxış keçirildi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 16 yanvar 2018-ci il tarixdə 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Qanlı yanvar” mövzusunda tədbir keçirildi.

Tədbir Azərbaycanın suverenliyi, ərazisinin toxunulmazlığı uğrunda şəhid olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb bildirdi ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. Sərəncama əsasən respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarında, mədəniyyət ocaqlarında 20 yanvar hadisələri ilə bağlı tədbirlərin təşkili nəzərdə tutulur. Həmçinin, dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndələri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi barədə tapşırıqlar verilib. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da 1990-cı ildən bu günədək hər il 20 yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirir. Çünki, bu bizim müqəddəs vətəndaşlıq borcumuzdur.

Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva çıxışında qeyd etdi ki, biz həmişə şəhid ailələrinin dərdinə şərik olmalı, onların problemlərini həll etməliyik. 20 yanvar faciəsinə həsr olunan tədbirlər mütləq Şəhidlər Xiyabanında şəhidlərin müqəddəs ruhları yad edildikdən sonra başlamalıdır.

Şair Şahlar Baba 20 yanvar faciəsinin tarixindən, əsas səbəbkarlarından danışandan sonra o qanlı günə həsr etdiyi şerlərini oxudu.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Aqşin Babayev yanvar ayının19-dan 20-nə keçən gecə baş verən faciənin canlı şahidi olmasından, faciə törədilməzdən qabaq dəfələrlə o vaxt Azərbaycana rəhbərlik edən Əbdürrəhman Vəzirovla görüşməsindən, Azərbaycan Televiziyasının enerji blokunun partladılmasından danışdı. Bildirdi ki, 20 yanvar faciəsinə “Dünyanın axırı” adlı kitab həsr etmişdir.

Tədbirdə həmçinin, Azərbaycan-İraq Mədəni Əlaqələr ictimai birliyinin sədri Tahirə Məmmədova, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva, “Respublika Veteranlar və Ağsaqqallar Şurası”nın üzvü Sevil İsrafilova, “Ziya” İnsan Hüquqlarının Müdafiə Mərkəzinin sədri Səyyad Bayramov, Respublika Ağsaqqallar Şurasının üzvü, “Ağrı Dağ” cəmiyyətinin sədri Kamil Babayev, Azərbaycan-Ukrayna diplomatik korpusunun Krım bölgüsü üzrə poçt müxbiri Fərid Əliyev, iki şəhid atası Ənvər Rüstəmov, şairlər Zaməddin Ziyadoğlu, Məhərrəm Şəmkirli, Ağdam rayonunun məcburi köçkünü Fəxrəddin Rəcəbov, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə də iştirak edirdilər.

Tədbir boyu 20 yanvar faciəsini əks etdirən slaydlar nümayiş olundu.

Tədbirin sonunda “20 yanvar- Qəhrəmanlıq tarixi” adlı kitab sərgisinə baxış keçirildi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 29 dekabr 2017-ci il tarixdə 31 dekabr Dünya Azərbycanlılarının Həmrəyliyi gününə həsr olunmuş “Həmrəy, həmfikir olaq” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, 31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan etmişdir. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər. Böyük kitabxanaçı Almaz Əhmədova bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün əsası 1989-cu il dekabrın axırlarında Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərinin dağıdılması zamanı qoyulmuşdur. Bu vaxt İstanbulda türk dilli xalqların konfransı keçirilirdi. Həmin konfrans dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar vermişdir. Şöbə müdiri Xəyalə Məmmədova çıxışında bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayramdır. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü Azərbaycan millətinin birlik şüarının simvolik rəmzidir. Şöbə müdiri Səadət Şəfiyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün qeyd edilməsini bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və ehtiyaca çevrildiyini bildirdi. Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. İndi həmrəylik gününü milliyyətcə azərbaycanlı olmayıb lakin, Azərbaycanda doğulub Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.176 saylı orta məktəbin yeddinci sinif şagirdləri Dünya Azərbycanlılarının Həmrəyliyi gününə həsr olunmuş ədəbi kompozisiya ilə çıxış etdilər.Tədbir boyu 31 dekabr Dünya Azərbycanlılarının Həmrəyliyi gününə həsr olunmuş qısa metrajlı film nümayiş olundu.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 27 dekabr 2017-ci il tarixdə “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkilatçıllığı ilə Xocalı soyqırımı zamanı şəhid olmuş Vasif və Rasif Məmmədov qardaşları, Zahir Məmmədov, Səlim Həşimovun xatirəsinə həsr olumuş tədbir keçirildi.

Tədbir Xocalı faciəsində həlak olanların xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.

Milli Məclisin deputatı Elman Məmmədov 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalı tarixindən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdan danışdı.

Şəhid Vasif Məmmədovun həyat yoldaşı, hüquqşünas Ceyran Əzizova qanlı Xocalı faciəsində Azərbaycan oğullarının şücaətini qüsusi vurğuladı. Milli Qəhrəman Tofiq Hüseynovun 817 nömrəli batalyonunda Vasif Məmmədovun keçdiyi döyüş yolundan söhbət açdı.

Xocalı şəhər 2 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri Zəhra Mustafayeva, Aydan Hüseynova, Zəhra Ələkbərzadə Xocalı şəhidlərinə həsr olunmuş ədəbi kompozisiya ilə çıxış etdilər.

Tədbirdə həmçinin, “Yeni Yurd” təşkilatının sədri Mahirə Əsədova, “Yeni tərəqqi naminə” qəzetinin baş redaktoru Aygün Həsənli, Azərbaycanın Milli Qəhrəmanı, Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, istefada olan polis polkovnik-leytenantı, Xocalı rayon polis şöbəsinin sabiq rəis müavini Hafiz Əbilov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin qadınlar şurasının sədri Ayna Allahyarqızı,Tümen vilayətinin Radujnıy diasporasının nümayəndəsi Sara Soltan, jurnalist Elmira Mürsəlqızı, polkovnik İsmayıl Qarayev, şairə Solmaz Şirvanlı, şəhid anası Fitat Məmmədova iştirak edirdilər.

Tədbirin sonunda “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi adından Ceyran Əzizova və Solmaz Şirvanlıya diplomlar təqdim olundu.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 25 dekabr 2017-ci il tarixdə Təbib Əli Həsənoğlunun “Ata yurdum Sədərək” kitabının təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb fəxri doktor, professor Təbib Əli Həsənoğlunun həyatı, fəaliyyəti haqqında danışdı. Qeyd etdi ki, əvvəl Moskva Tibb İnstitutunda, sonra isə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirən Təbib Əli Həsənoğlu yeddi kəşfin müəllifidir. Bunlardan ikincisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Diplomuna layiq görülmüşdür. Ədəbi yaradıcılığına isə qiymət olaraq Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Doktoru, professor və “Türk ədəbiyyatına Xidmət” Beynəlxalq Mükafatı Laureatı adına layiq görülmüşdür.

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva Təbib Əli Həsənoğlunun “Şərq qapısı”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Ədalət” qəzetlərində, “Elm və həyat”, “Azərbaycan təbiəti” jurnallarında ədəbi yaradıcılığının əks olunmasından danışdı.

“Kreativ Gənclər” ictimai birliyinin idarə heyətinin üzvü Səidə Allahverdizadə bildirdi ki, Təbib Əli Həsənoğlu XX-XXI əsrin görkəmli ziyalısıdır. Onun kitablarında məhsuldar yaradıcılığının fərqli dövrlərini əhatə edən şerləri toplanmışdır.Yüksək mənəvi- əxlaqi dəyərlər, vətən məhəbbəti, yurd sevgisi şerlərinin əsas ideyasını təşkil edir. “Salsaldan Bozdağa” kitabı 2005-ci ildə, “Sədərək şəhidləri”, “Yad qızı” kitabları 2007-ci ildə, “Həyat qismətin nübarıdır” kitabı 2008-ci ildə çap olunmuşdur.

Tədbirdə həmçinin, “Kreativ Gənclər” ictimai birliyinin sədri Fərhad Allahverdizadə, Zəngilan rayonunun keçmiş icra başçısı Ələkbər Həşimov, sosioloq Zəminə Səfərova, “Azərbaycan Xalq Cümhuriyyətini Yaradanların Varisləri” cəmiyyətinin baş katibi Saleh Salehzadə, “Dəqiq Xəbər” informasiya saytının baş redaktoru Nəzər Pələngov, AMEA-nın fəxri işçisi Nailə Əliyeva, “Ədalət” partirasının Laçın rayon təşkilatının sədri Nəsimi Məmmədov, şairə Xuraman Camalqızı, şairlər Məhəmməd Abdullayev, Şahlar Baba və “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə də iştirak edirdilər.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 dekabr 2017-ci il tarixdə görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb bildirdi ki, 12 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunub ki, adının YUNESKO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür. Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir.

Şair Şahlar Baba Vaqif yaradıcılığının əsas xüsusiyyətləri ətrafında çıxış etdi. Bildirdi ki, Vaqif qəzəl, təcnis, müxəmməs, müstəzad, müəşşərə, məsnəvi və mərsiyələr yazmaqla bərabər yaradıcılığının böyük bir qismini də aşıq poeziyasından götürülmüş qoşma növündə şerlər təşkil etmişdir. Çıxışını Vaqifin bir neçə qoşmasının oxumaqla bitirdi.

Bəstəkar, müğənni Elxan Rəsuloğlu bildirdi ki, Vaqif öz əsərlərində həyat eşqini, gözəli və gözəllikləri vəsf etmişdir. Onun şerləri oxucuda obrazın həm xarici görünüşünün, həm də daxili dünyasının canlı təsəvvürünü yaradır. Molla Pənah Vaqifin yaradıcılığı Azərbaycan poeziyası tarixində mühüm mərhələlərdən birini təşkil edir. Bu yaradıcılıqla Azərbaycan şeri tarixində yeni bir dövr başlanır. E.Rəsuloğlu çıxışını Vaqifin sözlərinə bəstələnmiş mahnıların ifası ilə bitirdi.

Şöbə müdiri Səadət Şəfiyeva, baş kitabxanaçı İradə Kərimova, böyük kitabxanaçı Almaz Əhmədova kitabxanada Vaqif yaradıcılığının təbliğindən, oxucuların bu zəngin irsə maraq və tələbatından danışdılar.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Səməd Vurğunun “Vaqif” dramından kiçik səhnəciklə çıxış etdilər.

Tədbirin sonunda “Azərbaycan şairi, dövlət xadimi Molla Pənah Vaqif -300” adlı kitab sərgisinə baxış keçirildi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 30 noyabr 2017-ci il tarixdə füzulişünas, qəzəlxan-şair Həkim Qəniyə həsr olunmuş Cavid Qənioğlunun “Qəlbimizdə yaşayan Həkim Qəni” kitabının təqdimatı keçirildi.

Tədbir gənc xanəndə Zülfiyyə Məmmədovanın muğam ifası ilə başladı. Akademik, millət vəkili Rafael Hüseynov çıxışında bildirdi ki, kitab təqdimatı biliyin, zəkanın bayramı deməkdir. Çünki, hər bir kitabdan hamımız nə isə öyrənirik. Qəni müəllimin özünün qələmə aldığı və onun haqqında yazılan hər bir kitab çox dəyərli və qiymətlidir. Həkim Qəninin qeyri-adiliyi onda idi ki, insanların içindəki ilhamı coşdura bilirdi.

Xanəndə, bəstəkar, Azərbaycan Respublikasının xalq artisti Əlibaba Məmmədov qeyd etdi ki, Həkim Qəni gözəl şair, əsl insan idi. Həkim Qəninin dahi Məhəmməd Füzuliyə yazdığı təxmislərindən danışandan sonra uzun illər davam edən dostluqdan, birlikdə iştirak etdikləri məcləslərdən söhbət açdı.

Filologiya və fəlsəfə doktoru Tahir Şirvanlı Həkim Qəni ilə görüşlərindən, onunla bağlı xatirələrindən danışıb şairin məzmunca çox dəyərli qəzəllər ustası olduğunu xüsusi vurğuladı.

Həkim Qəninin oğlu Cavid Qənioğlu füzulişünas, qəzəlxan-şair Həkim Qəninin şerləri və qəzəllərinin bir qismi, eyni zamanda onu tanıyan ziyalıların xatirələrindən ibarət olan “Qəlbimizdə yaşayan Həkim Qəni” kitabı və atası ilə bağlı xatirələrindən danışdı.

Tədbir boyu tarzən Fərhad Paşayev, kamançada Mərkəz Şuşalı və qarmonda Aslan Aslanovun müşayiəti ilə xanəndələr Eyyub Aslanov, Tofoq Qurbanoğlu muğamlar ifa etdilər.

Tədbirdə həmçinin, bəstəkar, Azərbaycan Respublikasının xalq artisti Tofiq Bakıxanov, şair-publisist Rauf İlyasoğlu, qəzəlxan-şair Arif Buzovnalı, Mədəniyyət Mərkəzinin sədri Arif Mədətov, şair, rəssam Bəxtiyar Məmmədov, pedaqoq Məhəmməd Hüseynov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solosti Balakişi Vəliyev, Azərbaycan Dövlət Dəniz Akademiyasının əməkdaşı Səidə Babanlı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Əhsən Rəhmanlı, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fərhad Quliyev, Surxay Atakişiyev, Tariyel Abbaslı, şairə Simuzər Nüsrətbəyli, “Kredo” qəzetinin baş redaktoru Əliriza Xələfli, Həkim Qəninin qohumları, ailə üzvləri də iştirak edirdilər.

Təqdimat mərasiminin sonunda tədbir iştirakçılarına müəllif tərəfindən “Qəlbimizdə yaşayan Həkim Qəni” kitabından bir neçə nüsxə hədiyyə verildi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 29 noyabr 2017-ci il tarixdə şair, tərcüməçi İlyas Tapdığın yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, şair İlyas Tapdıq ədəbi yaradıcılığa tələbə ikən “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şeri ilə başlamış, “Kəndimizin çobanı” adlı ilk şer kitabı 1955-ci ildə dərc olunmuşdur. İlyas Tapdıq müasir uşaq ədəbiyyatının tanınmış nümayəndələrindəndir. Şairin yaradıcılığının bir qismini vətənə, yurdumuzun təbiətinə, gözəlliklərinə, bir qismini körpə balaların xarakterik xüsusiyyətlərinə həsr olunmuş əsərlər təşkil edir. Tahir Sadıqov həmçinin bildirdi ki, İlyas Tapdıq illər boyu dəfələrlə kitabxanada təşkil olunan tədbirlərin ən sevimli qonaqlarından olub və yaradıcılığından nümunələrlə çıxışlar edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Aqşin Babayev əlliyə yaxın kitabın müəllifi, qəlbindən öz poeziyasına nur paylayan şair İlyas Tapdığın ədəbi yaradıcılığı haqqında geniş məlumat verdi. AZƏR TAC-ın xüsusi müxbiri Zərəngiz Dəmirçiqayalı qeyd etdi ki, mindən yuxarı kitabın redaktoru İlyas Tapdıq mənim yaradıcılığımda sanki mayak olmuşdur. Həmiçinin, iki kitabımın təqdimat mərasimini o aparmışdır. Şair, tərcüməçi İlyas Tapdığın qızı Şəbnəm Tapdıq atası ilə bağlı xatirələrindən danışandan sonra onun yaradıcılığının Azərbaycan oxucuları, xüsusən də azyaşlılar tərəfindən həmişə sevilərək mütaliə olunmasını, həmçinin, bir çox xarici dillərə tərcümə edildiyini bildirdi. Tədbir boyu iştirakçılar tərəfindən İlyas Tapdıq yaradıcılığından bir neçə uşaq şerləri oxundu.

Tədbirdə həmçinin, “AYMƏB”-nin sədri, sülh səfiri Tahirə Məmmədova, “Respublika Veteranlar və Ağsaqqallar Şurası”nın üzvü Sevil İsrafilova, publisist Cəmil Hüseynov, şairə Mərcan Şahbuzlu, şairə-jurnalist Solmaz Kürçaylı, şair Şahlar Baba, 263 saylı orta məktəbin müəllimi Xatirə Kərimova, “Sahibkarlıq və hüriyyət” qəzetinin redaktoru Məhərrəm Şəmkirli, “Neftçi” ədəbi məclisinin rəhbəri Zaməddin Ziyadoğlu, Yasamal rayonu 15-ci seçki dairəsinin sədri Sədaqət Seyidzadə, tarixçi-tədqiqatçı Nazim Tapdıqoğlu, “Peşə Yönümlü Təhsilin İnkişafına Yardım” birliyinin sədri İradə Əlili, iki şəhid anası Dürnisə Əliyeva, DAK Qadınlar Təşkilatının sədri Dünyaxanım Əliyeva, Nərimanov rayon Ağsaqqallar Şurasının üzvləri Nuriyyə Mərdan, Kamil Babayev, Arif Mustafayev, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə də iştirak edirdilər.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 17 noyabr 2017-ci il tarixdə Milli Dirçəliş gününə həsr olunmuş “Milli Dirçəlişə gedən yol” mövzusunda tədbir keçirildi.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsindən sonra başladı.

Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb bildirdi ki, Azərbaycanın Milli Dirçəliş günü 17 noyabr, 1992-ci ildə elan olunmuşdur. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan milli azadlıq hadisələriylə bağlıdır. Öz haqqına, azadlığına və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi. 1988-ci il noyabr ayının 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Tarixinə hər bir mübarizənin zəfərli sonluğu yazılan ölkəmiz ümummilli lider Heydər Əliyevin və onun layıqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti sayəsində gün-gündən inkişaf edir və daha da böyük uğurlara imza atacaqdır.

Baş kitabxanaçı İradə Kərimova çıxışında bildirdi ki, xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr - Milli Dirçəliş günü Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynamışdır. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

Kitabxanaçı İlhamə Təhməzova çıxışında bir daha qeyd etdi ki,17 Noyabr Azərbaycanda Milli Dirçəliş günüdür. 1988-ci ilin noyabrında yüz minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi. Xaıqımızın azadlıq səsini ucaldaraq imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi.

Baş kitabxanaçı Vüsalə Yusifova bildirdi ki, 1988-ci ilin noyabr-dekabr hadisələri

Azərbaycan xalqını daha da birliyə, düşmən qarşısında əyilməzliyə, həmrəyliyə səslədi. Məhz bu birliyin, əsl xalq hərəkatının, azadlıq hərəkatının nəticəsi idi ki, Azərbaycan milli dirçəlişə, müstəqilliyə nail oldu.

Tədbirdə həmçinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Dövlət Universitetinin tələbələri iştirak edirdilər.

Tədbir boyu Milli Dirçəliş gününə həsr olunmuş qısa metrajlı film nümayiş olundu.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin II yarısı üçün iş planının 3.10 bəndinin icrası ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 14-16 noyabr 2017-ci il tarixlərdə “Azərbaycan ədəbiyyatının virtual kitabxanasının oxucular arasında tətbiqi”, “Kitabsevər uşaqlar layihəsinin inkişafı” mövzularında treninq keçirildi.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Kitab dövriyyəsi” sektorunun müdiri Lətifə Məmmədova iştirakçılara treninqin təşkil olunmasında əsas məqsədin informasiya cəmiyyətində kitabxanaların qarşısında duran yeni vəzifələr və bu vəzifələrin icrası haqqında ətraflı məlumat verdi. Üç gün davam edən treninqdə “Kitabsevər uşaqlar” layihəsi, “Corel Draw”proqramı, “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” və sair mövzular haqqında məruzələr edildi. Treninqdə Mingəçevir, Şəki, Şirvan şəhər, Astara, Ağdaş, Ağcabədi, Bərdə, Binəqədi, Qax, Tovuz, Xaçmaz, Zərdab rayon Mərkəzi Kitabxanalarının əməkdaşları iştirak etdilər. Treninqin sonunda iştirakçılara sertifikatlar verildi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 28 oktyabr 2017-ci il tarixdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən oğullarının əbədi xatirəsinə həsr olunmuş “Qəhrəmanlar heç vaxt unudulmur” mövzusunda anım günü keçirildi.

Tədbirdə 25 oktyabr 1992-ci il Əsgəran uğrunda döyüşlərdə əsl qəhrəmanlıq göstərərək torpağının bir qarışına düşmən ayağı dəyməsini istəməyən, ölümü, şəhidliyi doğma vətəninin ərazi bütövlüyü uğrunda ləyaqətlə seçən Asif Məhərrəmovun (Fred Asif) batalyonunun döyüşçüləri Cavad Mikayılov, Əkrəm İsmayılov, Rafiq Quliyev, Rövşən Ağayev, Nizami Nərimanov, Taleh Məmmədov, Ramiz Bəkdəmirov, Vidadi Kərimov, Zaur Məhərrəmov, Yaqub Əhmədov və başqalarının sücaətlərindən, qəhrəmanlıqlarından danışıldı. Anım günündə Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondunun sədri, Qarabağ qazisi Ədalət Məhərrəmov , “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu, “Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, şairlər Şahlar Baba, Zakir Ağdamlı, şair-publisist Rauf İlyasoğlu, Qarabağ müharibəsi qaziləri Hacı Əkbər Rüstəmov, Familə xanım, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə iştirak edirdilər. Tədbir boyu Əsgəran döyüşlərinə həsr olunmuş qısa metrajlı film nümayiş olundu.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin II yarısı üçün iş planının 3.10 bəndinin icrası ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 25-27 oktyabr 2017-ci il tarixlərdə “İnformasiya cəmiyyətində kitabxanaların qarşısında duran yeni vəzifələr: İnformasiya texnologiyalarından istifadənin genişləndirilməsi” və “Azərbaycan ədəbiyyatının virtual kitabxanasının oxucular arasında təbliği” mövzularında treninq keçirildi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Kitab dövriyyəsi” sektorunun müdiri Lətifə Məmmədova iştirakçılara informasiya cəmiyyətində kitabxanaların qarşısında duran yeni vəzifələrin icrası haqqında ətraflı məlumat verdi. Üç gün davam edən treninqdə “Mobil kitabxana layihəsi”, Nazirliyin “Kitabsevər uşaqlar” layihəsi, “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” və “Amerika Guşələri”nin təcrübəsi və sair mövzular haqqında məruzələr edildi. Treninqdə Gəncə, Sumqayıt şəhər, Qusar, Quba, Xaçmaz, Göyçay, Qax, Astara rayon Mərkəzi Kitabxanalarının əməkdaşları iştirak etdilər. Treninqin sonunda iştirakçılara sertifikatlar verildi.

30-cu Beynəlxalq Kitab Sərgi-Yarmarkası.

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 06 -10 sentyabr 2017-ci il tarixlərdə 30-cu Beynəlxalq Kitab Sərgi-yarmarkası keçirildi. Tədbirdə Azərbaycandan dəvət olunan nümayəndə heyəti ilə birlikdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov da iştirak etdi. Sərgi-yarmarkada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə qurulan stenddə ölkəmizin kitabları da nümayiş edildi. Azərbaycan stendində ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, elm və turizm imkanlarını əks etdirən nəşrlər,- ümumilikdə yüz əlli adda kitab və çap məhsulları nümayiş olundu. Sərgidə Qarabağ həqiqətlərini əks etdirən ədəbiyyatlara da xüsusi yer ayrıldı. Sərgi-yarmarka başa çatdıqdan sonra bütün kitablar ölkəmizin Rusiyadakı səfirliyinə təqdim edildi.

Kitabxana işi üzrə Xəzərətrafı ölkələrin Assambleyasının 5-ci konfransı.

Həştərxan Vilayətində 25 avqust 2017 - ci il tarixdə “Kitabxana işinin gənc peşəkarlığı” mövzusuna həsr olunmuş “Kitabxana işi üzrə Xəzərətrafı ölkələrin Assambleyasının 5-ci konfrans”ı keçirilmişdir. Konfransda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov “Azərbaycanda Azərbaycan Respublikası Gənclər Kitabxanasının İnformasiyalaşdırması ” mövzusunda çıxış etmişdir. Tahir Sadıqov öz çıxışında Azərbaycanda Gənclər Kitabxanasının müasir fəaliyyətinin əsas parametrlərindən biri olan daxili iş proseslərinin informasiyalaşdırılması sahəsində yeni informasiya – kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsini konfrans iştrakçılarının nəzərinə çatdırdışdır. Həmçinin, cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında kitabxanaların əvəzsiz rolundan, bu sahədə əsaslı islahatların aparılmasından, 06 oktyabr 2008-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasında kitabxana- informasiya sahəsinin 2008-2013 -cü illərdə inkişafı üzrə dövlət proqramının əhəmiyyəti haqqında geniş məlumat vermişdir. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarının Beynəlxalq əlaqələrini, Soçi-Adler, Anapa, Moskvada keçirilən beynəlxalq konfranslarda iştraklarını, eləcə də Azərbaycanın Gəncə şəhərində keçirilən “Gənclər – innovasiyalar Kitabxanalar” Azərbaycan-Rusiya elmi- praktiki konfransını xüsusi qeyd etmişdir. Əldə edilmiş şifahi razılığa əsasən çox qısa zamanda Həştərxan Vilayəti Gənclər Kitabxanası və digər kitabxanalarla əməkdaşlığa dair müqavilələrin imzalanması nəzərdə tutulur. Konfrans materialları 2017-ci ilin axırına kimi çap ediləcək və bir nüsxə kitabxanamıza göndəriləcək.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 23 avqust 2017-ci il tarixdə Füzuli və Cəbrayıl rayonlarının işğalının 24 illiyi münasibəti ilə “Faciəli tarix” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb qeyd etdi ki, 1988-ci ildən başlayan Ermənistan silahlı birləşmələrinin təzavüzü nəticəsində 1993-cü ilin avqust ayının 23-də mühüm coğrafi mövqeyə, təbii sərvətlərə, çoxəsrlik tarixə malik olan Füzuli və Cəbrayıl rayonları da işğala məruz qaldılar. Hər iki rayon darmadağın edildi, ərazisi zəbt olundu, nahaq qanlar töküldi. Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu BMT də təsdiq etmişdir. BMT Təhlükəsizlik Şurası 1993-cü il oktyabrın 14-də Füzuli, Cəbrayıl rayonlarının işğalını pisləyən və həmin ərazilərin tərk edilməsini tələb edən 874 və 884 №-li qətnamələr qəbul etsə də əvvəlki qətnamələr kimi, bu qətnamələr də yerinə yetirilməmişdir. Tarixçi-tədqiqatçı Nazim Tapdıqoğlu Füzuli və Cəbrayıl rayonlarının işğal tarixi, bu işğalın nəticəsi kimi itirilən ərazilərimiz, maddi sərvətlərimiz, həmçinin, şəhidlərimiz haqqında geniş məlumat verdi. Müəllifi olduğu “Cəbrayıl rayonu və onun toponimiyası”, “Füzuli rayonu və onun toponimiyası”, “Azərbaycan faciələrinin təqvimi” kitablarını kitabxanaya hədiyyə verdi. “Ərgünəş” mətbəəsinin direktoru Oqtay Əliyev Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsindən, zəngin Qarabağ torpaqlarının zəbt olunmasından, maddi-mədəni sərvətlərimizin məhv edilməsindən faktlarla çıxış etdi. “Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları. Müqəddəs amal”, iki cildlik “Seçilmiş əsərləri”, “Çinarlaşan ömür” kitablarını kitabxanaya hədiyyə verdi. Füzuli rayonunun sakinləri Xanlar Qasımov, Rasim Hüseynov, Cəbrayıl rayonunun sakini Vaqif Rüstəmov hər iki rayonun erməni qəsbkarları ilə müharibədə şəhid olan qəhrəmanlarından, itirilən ərazilərimizdən danışdılar. Tədbirdə həmçinin, BMT-nin Miqrant Qaçqınlar Mərkəzinin rəhbəri Zəminə Səfərova, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Elmi Tədqiqat İnstitutunun baş eimi işçisi, polkovnik-leytenant Nərgiz Abdullayeva, Füzuli rayonunun sabiq icra başçısı Şakir Abbasov, “Azərbaycan tribunası” qəzetinin baş redaktoru Səbuhi Mehdiyev, iqtisadçı İftixar Zeynalov, “Klassik Xalq Cəbhəsi” partiyasının təmsilçiləri İman İmanov, Mayis Muradov, jurnalist Mehbalı Alışoğlu, şəhid atası Tahir Axundov, ADR hərəkatının üzvləri Asif İsmayılov, Zakir Hüseynov, Teymur Məmmədov, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, Füzuli və Cəbrayıl rayonlarının sakinləri də iştirak edirdilər. Tədbir “Milli qəhrəmanlar” adlı foto-stendə baxışla sona çatdı.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 19 iyul 2017-ci il tarixdə “Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” və “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin xətti ilə “Unudulmaz incəsənət və kino xadimlərimiz” silsiləsindən xalq artisti, “Şöhrət” ordenli Canəli Əkbərovla görüş keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb Canəli Əkbərovun həyatı, Azərbaycan muğam sənətinin inkişafında, təbliğində fəaliyyəti haqqında geniş məlumat verərək qeyd etdi ki, görkəmli sənətkar muğamın sirrlərini atasından öyrənmiş, müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəmiş, öz ifaçılıq qabiliyyətini təkmilləşdirmişdir. Musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində almış, Dövlət Filarmoniyasında, Dövlət Opera və Balet Teatrında solist kimi uğurlar qazanmışdır. Xanəndə teatr səhnəsində uzun illər Məcnun, İbn Səlam, Şah İsmayıl, Aşıq Qərib kimi obrazlar yaratmışdır. Canəli Əkbərov hal-hazırda muğam müəllimi kimi gənc xanəndələr nəslini yetişdirir. “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə Canəli Əkbərovun vətənini, xalqını sevən və onun dəyərlərinə dəyər qatan bir insan olduğunu bildirdi. Respublikanın xalq artisti Simarə İmanova ifaçılıq sənətində qazandığı uğurlara görə Canəli Əkbərovun dəstəyini xüsusi vurğuladı. Çıxışını muğam ifası ilə bitirdi. Respublikanın əməkdar artisti Nuriyyə Hüseynova, görkəmli xanəndə Canəli Əkbərovun tələbələri bir neçə musiqi nömrəsi ilə çıxış etdilər. Respublikanın xalq artisti, “Şöhrət” ordenli Canəli Əkbərov Azərbaycan muğam sənətindəki çoxillik fəaliyyətindən, yaradıcılıq uğurlarında müəllimilərinin, xüsusilə, Xan Şuşinskinin böyük dayağından danışdı. Tədbirdə həmçinin, “Xəbər Press az.” saytının jurnalisti Esmira Mirzəyeva, “Bütöv Azərbaycan” qəzetinin redaktor müavini Azadə Bayramova, həkim Elxan Babayev, Azərbaycan Texniki Universitetinin müəllimləri Nailə Mirzəyeva, Rəhilə Teymurova, “İlham çeşməsi” qəzetinin şöbə müdiri, şairə, publisist Mahirə Zahidli, həkim, şair Şahlar Baba, şair Nadir Qədimli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də iştirak edirdilər.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 iyul 2017-ci il tarixdə “Ağdam rayonunun işğalı. Qarabağ mövzusu şair və yazıçılarımızın yaradıcılığında” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən Qarabağın mübarizlik istinadgahı olan Ağdam rayonu işğal edilmişdir. Artıq o qanlı tarixdən düz 24 il ötür. İşğaldan əvvəl Ağdamda yüzlərlə sosial-iqtisadi tikinti obyekti, sənaye, ticarət, ictimai iaşə, məişət müəssisəsi, sosial bina, həmçinin, məktəbəqədər uşaq, ümumtəhsil müəssisələri, bir neçə ali məktəb filialı, mədəniyyət evi, muzeylər, klublar, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan “Çörək muzeyi” var idi. İndi onların hamısı dağıdılaraq məhv edilmişdir. Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri–qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir. Biz əminik ki, tezliklə bu haqsızlığa mütləq son qoyulacaq, məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar. Veteran jurnalist Rey Kərimoğu Qarabağın işğal tarixindən danışandan sonra Qarabağ müharibəsinin qazısı, şair, publisist Rafael Tağızadənin yaradıcılığı, bu yaradıcılığın əsas xüsusiyyətləri ətrafında öz fikirlərini söylədi. Azərbaycanın əməkdar artisti Azad Şükürov şair, publisist Rafael Tağızadənin Qarabağ mövzusunda yazdığı bir neçə şerini söylədi. “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs Qarabağ müharibəsində hadisələrin ilk günlərindən ən böyük ağırlıqların məhz Ağdamın üzərinə düşməsindən danışdı. Asif Məhərrəmovun (Fred Asif) qardaşı Ədalət Məhərrəmov Ağdamsız ötən illərin ağrı-acısından danışaraq Qarabağ döyüş məktəbini kişilik məktəbi adlandırdı. Tədbirdə həmçinin, şair Nadir Qədimli, politoloq Taleh Əliyev, “Qarabağ azadlıq təşkilatı”nın üzvü Rəsmiyyə Qarayeva, “Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, müğənni, bəstəkar Elxan Rəsuloğlu, “Respublika veteranlar təşkilatının üzvü Vəfa Həbibzadə, şair-publisist Şahlar Baba, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva, yazıçı Eyvaz Zeynalov, məcburi köçkünlər Fəxrəddin Rəcəbov, Nadir Qədirli, Vasif Qurbanzadə də iştirak edirdilər. Tədbirin sonunda “Ağdamsız 24 il” adlı kitab sərgisinə baxış keçirildi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 23 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü manasibəti ilə “Qüdrətli Azərbaycan ordusu” mövzusunda tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra başladı. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, 1918-ci il iyun ayının 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə korpus yaranmışdır. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin milli ordusunu yaratmasına hüquqi əsas vermişdir. 1991-ci il oktyabr ayının 9-da Milli Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun – Silahlı Qüvvələr Günü elan olunmuş və hər il Azərbaycan xalqı bu günü bayram kimi qeyd edir. Bu gün mübariz ruhda köklənən, tarixi təməl üzərində sürətlə inkişaf edən Azərbaycan ordusu tezliklə Qarabağı da düşmən əsarətindən xilas edəcəkdir. Qarabağ müharibəsi veteranı Rafael Tağızadə çıxışında bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq ulu öndər Heydər Əliyev ideyalarının davam etdirilməsi deməkdir. Qarabağ müharibəsi veteranı Ədalət Məhərrəmov qeyd etdi ki, bizim hamımızın əsas məqsədimiz vətənə, dövlətə, millətə, bayrağımıza sadiqliyi, milli-mənəvi dəyərlərimizi, dövlətçiliyimizi qorumaq, müasir gənc nəsli də bu istiqamətdə tərbiyə etməkdir. Şairə Şərafət Dağıstanlı, şair Zakir Ağdamlı, şair-publisist Şahlar Baba qüdrətli Azərbaycan ordusunun yaranması, mübarizəsi haqqında danışandan sonra müəllifləri olduqları şerlər söylədilər. Tədbirdə həmçinin, şair-publisist Rauf İlyasoğlu, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, “Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, Qarabağ müharibəsi veteranları Fəxrəddin Rüstəmov, Salman Xudaverdiyev, ictimaiyyətçi Xalidə Dəmirəl də iştirak edirdilər. Tədbir boyu Azərbaycan ordusunun sücaətini əks etdirən slaydlar nümayiş olundu.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 14 iyun 2017-ci il tarixdə 15 iyun Milli Qurtuluş gününün 20-ci ildönümünə həsr olunmuş “Azad Azərbaycanım” mövzusunda tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra başladı. Tədbiri kitabxananın direktoru Tahir Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi “Bu gün Heydər Əliyev bizimlə deyil. Ancaq o, ürəyimizdə yaşayır, qəlbimizdə yaşayır, onun əməlləri, ideyaları yaşayır, onun siyasəti yaşayır və əbədi yaşayacaqdır" sözləri ilə açdı. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı tariximizə Milli Qurtuluş günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu ildən-ilə daha da artır. Şairə Şərafət Dağıstanlı çıxışında bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumuş, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırmış və inkişafın təməlini qoymuşdur. Şərafət Dağıstanlı çıxışını müəllifi olduğu “Müstəqil Azərbaycan” şeri ilə bitirdi. Şair-publisist Şahlar Baba bildirdi ki, dahi öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinin başlanmasına səbəb olmuşdur. Heydər Əliyevin zəhməti və siyasəti nəticəsində hazırda Azərbaycan güclü inkişaf dövrünü yaşamaqdadır. Şahlar Baba çıxışınının sonunda “Dünyamız” şerini söylədi. Gənc şairə Ülkər Piriyeva “Bu aprel ayında” şeri, müğənni, bəstəkar Elxan Rəsuloğlu “Ey vətən” mahnısı ilə çıxış etdilər. Tədbirdə həmçinin, “Ana və uşaq” ictimai birliyinin mətbuat katibi Şeyla Nəsirova, “Məktəb” qəzetinin redaktoru Xuraman Əzizova, 7 saylı Bakı Peşə Liseyinin müəllimi Əkbər Rüstəmov, məcburi köçkün Fəxrəddin Rəcəbov, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə də iştirak edirdilər. Tədbir boyu ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı, Milli Qurtuluş gününə həsr olunmuş qısa metrajlı film nümayiş olundu. Tədbirin sonunda “Milli Qurtuluş” adlı kitab sərgisinə baxış keçirildi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 25 may 2017-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünə həsr olunmuş “Azərbaycanım mənim” mövzusunda tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra başladı. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, 28 may 1918-ci il tarixi müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Keçmiş Sovetlər İttifaqı dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan etmiş və ölkənin müstəqilliyi yenidən bərpa olunmuşdur. Xalqımız ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq müstəqil Azərbaycan dövlətini yaratmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Prezident İlham Əliyevin 06 may 2017-ci il tarixdə verdiyi Sərəncama əsasən isə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaqdır. “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə üçrəngli bayrağımızın yaranmasından danışandan sonra bildirdi ki, xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Şair-publisist Şahlar Baba çıxışında bildirdi ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz ulu öndər Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən bu dahi rəhbərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcəkdir. Şahlar Baba çıxışını Respublika gününə həsr etdiyi şerlə bitirdi. Müğənni, bəstəkar Elxan Rəsuloğlu iki musiqi nömrəsi ilə çıxış etdi. Tədbirdə həmçinin, Azərbaycan EA Memarlıq İnstitutunun dosenti Səyyad Bayramov, “Respublika Veteranlar və Ağsaqqallar Şurası”nın üzvü Sevil İsrafilova, N.Nərimanov rayonu “Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin sədri Salman Xudaverdiyev, “Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, “Respublika Veteranlar Təşkilatı”nda təşkilatçı Vəfa Həbibzadə, “Ana və Uşaq” ictimai birliyinin mətbuat katibi Şölə Nəsirova, şairə Şərafət Dağıstanlı da iştirak edirdilər. Tədbir boyu Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına həsr olunmuş qısa metrajlı film nümayiş olundu. Tədbirin sonunda “Yaşa Azərbaycan” adlı kitab sərgisinə baxış keçirildi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 22 may 2017-ci il tarixdə “Gənclər narkomaniyaya “yox” deyirlər” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” ilə əlaqədar Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2017-ci il üçün iş Planı ilə əlaqədar kitabxanada təşkil edilən bir sıra tədbirlər haqda danışandan sonra bütün gəncləri narkotiksiz sağlam həyata, sağlam gələcəyə səslədi. Kompüter üzrə operator Emil Əliyev narkomaniyanın dərəcələrindən, simptomlarından danışandan sonra hər bir ailədə böyüyən gənc nəslin hansı mühitdə əylənmələrinə, dostlarının pis vərdişlərinə qoşulmamalarına xüsusi nəzarət edilməsinin zəruriliyini vurğuladı. Qeyd etdi ki, narkomanlıq cəmiyyətin özəyi olan ailəni dağıdır, qeyri stabil şəraitin yaranmasına səbəb olur. Əsrin bəlası sayılan narkomaniya ilə mübarizə aparmaq hər bir kəsin borcudur. Kitabxanaçı Rəvanə Məlikova narkotik vasitələr, onların qanunsuz dövriyyəsi, narkomanlığa qarşı mübarizəyə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları haqqında məlumat verdikdən sonra bildirdi ki, gələcəyi məhvə sürükləyən narkomaniya Azərbaycan gəncləri arasında da geniş yayılıb. Çox çətin də olsa həm ailədə, həm də cəmiyyətdə bu istiqamətdə ən güclü mübarizə aparılmalıdır. Böyük kitabxanaçı Tamilla Məmmədova hazırladığı “Gələcəyimizi birlikdə qoruyaq, narkomaniyaya “yox” deyək” adlı otuz səhifədən ibarət biblioqrafik göstəricinin oxucuların istifadəsinə verildiyini bildirdi. Tədbirdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirdilər. Tədbir boyu “Ölümü sifariş edənlər” adlı qısa metrajlı film nümayiş olundu. Tədbirin sonunda “Narkomaniya,- ağ ölüm” adlı kitab sərgisinə baxış keçirildi

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 10 may 2017-ci il tarixdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Xalqın yaşadacaq, tarix unutmayacaq” mövzusunda anım günü keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, ümummilli lider Heydər Əliyev 1923-cü il may ayının 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. O, Naxçıvan MSSR-da Xalq Daxili İşlər Komissarlığında, Xalq Komissarları Sovetində xidmət edəndən sonra Leninqrad və Moskva şəhərlərində xüsusi ali təhsil almış və həmçinin, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1969-cu ildə dahi rəhbər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilmişdir. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilmiş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. 1990-cı ildə yenidən Azərbaycana qayıtmış, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva çıxışında bildirdi ki, ümümmilli lider Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. BDU-nun tələbəsi Jalə Mustafazadə dahi rəhbərin Azərbaycanın daxili və xarici siyasətindəki xidmətlərindən danışıb bütün gəncləri dahi rəhbər Heydər Əliyev dühasından bəhrələnməyə səslədi. Tədbirdə Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” fakültəsinin tələbələri iştirak edirdilər. Tədbir boyu ümummilli lider, dahi öndər Heydər Əliyevin Azərbaycanın rifahı, daxili və xarici siyasəti sahəsində fəaliyyətini əks etdirən kadrlar nümayiş olundu. Anım gününün sonunda “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda kitab sərgisinə baxış keçirildi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 08 may 2017-ci il tarixdə Şuşanın işğalının 25 illiyi münasibəti ilə “Şuşa həsrəti” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, 1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilmişdi. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyətimizin və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəyovun, Xurşidbanu Natəvanın və Bülbülün ev muzeyləri yaradılmış, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılmışdı. 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. Nəticədə minlərlə eksponatın olduğu muzeylər talan edildi, yüzlərlə tarix-mədəniyyət abidələri dağıdıldı, çox sayda nadir əlyazma nümunələri məhv edildi, təhsil və səhiyyə ocaqları xarabazara döndərildi, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrildi. Tarixçi-tədqiqatçı, BDU-nin müəllimi Nazim Tapdıqoğlu çıxışında bildirdi ki, bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri Qarabağın konservatoriyası adlandırıln, vaxtilə iyirmi üç min əhaliyə, iki yüz səksən doqquz kvadrat kilometr əraziyə malik, otuz yeddi kənddən ibarət, Qarabağın üzük qaşı, gözəl havası, ecazkar memarlığı, təkrarsız gözəlliyi ilə öyündüyümüz Şuşa şəhərində Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Şair-publisist Şahlar Baba qeyd etdi ki, Şuşanın inzibati mərkəz olması onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsi, həm də şəhərin füsunkar coğrafi mövqeyi buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə də musiqi mədəniyyəti mərkəzi olmasına böyük təsir göstərmişdir. Lakin çox ağır olsa da həqiqət budur ki, Şuşa kimi tarixi diyarımız, gözəl yurdumuz artıq iyirmi beş ildir ki, erməni qəsbkarları tərəfindən tamamilə məhv edilmişdir. Şahlar Baba çıxışını uşaqlıq illərinin xatirələri ilə yaddaşına həkk olunan Şuşaya həsr etdiyi “Şuşa”, “Şuşanın” şerlərini söyləməklə bitirdi. Tədbirdə həmçinin, “Sahibkarlıq və hüquq” qəzetinin redaktoru Məhərrəm Şəmkirli, “İlham çeşməsi” qəzetinin şöbə müdiri Mahirə Zahidli, Laçın rayonu sakini Sücaət Hüseynova, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, BDU-nun tələbələri də iştirak edirdilər. Tədbir boyu Şuşaya həsr olunmuş mahnılar səsləndirildi, işğaldan əvvəlki və sonrakı görünüşünü əks etdirən süjetlər nümayiş olundu. Tədbirin sonunda “Şuşa- İtirilmiş cənnət” adlı kitab sərgisinə baxış keçirildi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 05 may 2017-ci il tarixdə Azərbaycanın kino aktyoru və rejissoru Ceyhun Mirzəyevin xatirə gecəsi keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb görkəmli sənətkarın həyatı, aktyorluq və rejissorluq fəaliyyəti haqqında geniş məlumat verərək qeyd etdi ki, Ceyhun Mirzəyev 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirdikdən sonra Moskva şəhərində təhsilini davam etdirib. Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent, rejissor köməkçisi, rejissor vəzifələrində işləyib, həmçinin, aktyor kimi Azərbaycan tamaşaçılarının rəğbətini qazanıb. “Ögey Ana”, “Görüş”, “Lətifə”, “Yol əhvalatı”, “Yenilməz batalyon”, “Koroğlu”, “İstintaq davam edir”, “İşarəni dənizdən gözləyin”, “İmtahan” və bu kimi doxsana yaxın filmlərdə çəkilib. Son çəkdiyi və həmçinin, baş rolun ifaçısı olduğu “Fəryad” filmini isə özü görə bilmədi. Amansız ölüm ona imkan vermədi ki, heç olmasa filmin premyerasında iştirak etsin. Azərbaycan Dövlət Mükafatı laureatı, kino operatoru Kənan Məmmədov Ceyhun Mirzəyevin rejissor kimi son filmi “Fəryad”ın çəkilişləri zamanı baş vermiş maraqlı, təsirli anlardan danışdı. Azərbaycanın əməkdar artisti Elxan Qasımov bildirdi ki, Ceyhun Mirzəyev çox səmimi və vətənpərvər insan idi. Kinostudiyada onunla görüş zamanı həmişə vətənpərvərlik mövzusunda söhbətlərimiz olardı. Geyhun Mirzəyevin ürəyi daima Qarabağla döyünürdü. Azərbaycanın xalq artisti Şamil Süleymanlı Ceyhun Mirzəyevlə bağlı xatirələrindən, kino çəkilişlərində onun böyük əməyindən söhbət açdı. Vaxtsız qırılan aktyor ömrünün Azərbaycan kino sənətində ağır itki olduğunu bildirdi. Tədbir boyu görkəmli kino aktyoru və rejissoru Ceyhun Mirzəyevin çəkildiyi və özünün rejissoru olduğu filmlərdən fraqmentlər göstərildi. Tədbirdə həmçinin, Azərbaycanın xalq artisti Eldost Bayramov, AZƏR TAC-ın xüsusi müxbiri Zərəngiz Dəmirçiqayalı, kinoşünas İlqar Əsgərov, iqtisadçı İftixar Zeynalov, iki şəhid anası Dürnisə Əliyeva, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, “Respublika Veteranlar və Ağsaqqallar Şurası”nın üzvü Sevil İsrafilova, Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva, müğənni, bəstəkar Elxan Rəsuloğlu, Ağdam rayonunun məcburi köçkünü Fəxrəddin Rəcəbov, şairlər Zakir Ağdamlı və Şahlar Baba, BDU-nun tələbələri də iştirak edirdilər.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 12 aprel 2017-ci il tarixdə Azərbaycanın Əməkdar artisti Elxan Qasımovla görüş keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb görkəmli aktyor Elxan Qasımovun həyatı və Azərbaycan kino salnaməsindəki əvəzsiz xidmətləri haqqında məlumat verdi. Bildirdi ki, Elxan Qasımov M.A.Əliyev adına ADİİ-nun aktyorluq fakültəsini bitirdikdən sonra təhsilini Leninqrad DT MKİ-nun rejissorluq fakültəsində davam etdirmişdir. 1969-cu ildən C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında kino fəaliyyətinə başlamışdır. Bədii-sənədli filmlərin, eləcə də "Mozalan” süjetlərinin müəllifidir. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanov aktyor Elxan Qasımovun kino fəaliyyətində 18 yaşında ikən çəkildiyi “Əhməd haradadır” filmində yaratdığı Əhməd obrazının özünəməxsus yer tutmasından danışdı. AZƏR TAC-ın xüsusi müxbiri Zərəngiz Dəmirçiqayalı Elxan Qasımovu hər zaman bizə örnək olan sənətkar adlandırdı. Qeyd etdi ki, Elxan Qasımov kino sənətindəki bütün obrazlarını sevərək yaratmışdır. Şair Oqtay Rza Elxan Qasımovun kino aktyorluğu və rejissorluğu sahəsində fəaliyyətindən danışıb onu kino cəngavəri, Azərbaycan kinosunun dəyərli qəhrəmanı adlandırdı. Çıxışını ona həsr etdiyi şerlə bitirdi. Azərbaycanın Əməkdar artisti Elxan Qasımov həyatı, əlli dörd illik aktyorluq və rejissorluq fəaliyyəti haqqında geniş məlumat verdi. Çəkildiyi və çəkdiyi filmlər haqqında danışandan sonra tədbir iştirakçılarının suallarını cavablandırdı. Tədbir boyu “Əhməd haradadır”, “Biz qayıdacağıq” filmlərindən fraqmentlər nümayiş etdirildi. Tədbirdə həmçinin, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva, “Yada düşdü” jurnalının əməkdaşı Elşad Dağlı, İrəvan Teatrının aktyorları Zülfiyyə Eldar qızı, Əjdər Zeynalov, “Respublika Veteranlar və Ağsaqqallar Şurası”nın üzvü Sevil İsrafilova, Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva, müğənni, bəstəkar Elxan Rəsuloğlu, Yasamal rayonu MKS-nin böyük metodisti İradə Hüseynova, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, ADMİU-nun müəllimi Aqşin Babayev, şairə Mərcan Şahbuzlu, Solmaz Kürçaylı, şairlər Şahlar Baba, Zakir Ağdamlı, jurnalist Əhməd İsayev, yazıçı Məhərrəm Şəmkirli, 163 saylı orta məktəbin müəlliməsi Xatirə Kərimova, BDU-nun tələbələri də iştirak edirdilər.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 31 mart 2017-ci il tarixdə 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Soyqırım, milli faciə” mövzusunda tədbir keçirildi.

Tədbir vətənin azadlığı, suverenliyi uğrunda həlak olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb bildirdi ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları hələ1905-1907-ci illərdən azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirirdilər. 1918-ci ilin 30 mart 03 aprel tarixləri arasında əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlanmışdır. Nəticədə minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə azərbaycanlıların ermənilər tərəfindən soyqırım faktları ətrafında çıxışından sonra gənclərimizi tariximizi dərindən öyrənməyə səslədi. “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva erməni vandalizmindən danışandan sonra “Qarabağ. Közərən xaç” filmi haqqında geniş məlumat verdi. Şair Oqtay Rza gənclərdə vətənpərvərlik hissini gücləndirməyə səslədi və Qarabağ mövzusunda yeni yazdığı şerlərini oxudu.

Azərbaycan Pedaqoji Kollecin tələbələri Xəyalə Əliyeva, Nailə Baxşəliyeva, Ləman Vəlixanlı Azərbaycana, Qarabağa həsr olunmuş şerlərdən ibarət ədəbi kompozisiya ilə çıxış etdilər. Tədbir boyu erməni vəhşiliklərinin sübutu olan sənədli film nümayiş etdirildi. Tədbirdə həmçinin, “Respublika Veteranlar və Ağsaqqallar Şurası”nın üzvü Sevil İsrafilova, Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva, AZƏR TAC-ın xüsusi müxbiri Zərəngiz Dəmirçiqayalı, “Qlobal Dünya Müasir Azərbaycan” birliyinin təsisçisi Səbinə Babayeva, Şəhid Ailələrə Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, 7 saylı Peşə Məktəbinin müəllimi Əkbər Rüstəmov, şairlər Zakir Ağdamlı və Şahlar Baba, müğənni, bəstəkar Elxan Rəsuloğlu, “Azad Qələm” cəmiyyətinin üzvü Şükür Müseyiboğlu, “Qarabağ Əlillər Cəmiyyəti”nin üzvü Salman Xudaverdiyev, Yasamal rayonu MKS-nin böyük metodisti İradə Hüseynova, “İnsan Hüquqları Müdafiə Mərkəzi”nin üzvü Səyyd Bayramov da iştirak edirdilər. Tədbirin sonunda “Milli soyqırım” adlı kitab sərgisinə baxış keçirildi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 23 fevral 2017-ci il tarixdə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı faciəsi, faciəli Xocalı” mövzusunda tədbir keçirildi.

Tədbir Azərbaycanın suverenliyi, ərazisinin toxunulmazlığı uğrunda şəhid olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı. Kitabxananın direktoru Tahir Sadıqov tədbiri ümummilli lider, dahi öndər Heydər Əliyevin "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir"- sözləri ilə açdı. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin 1 mart 1994-cü il tarixdə verdiyi Sərəncama əsasən 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Bu qanlı hadisə Azərbaycanda "Xocalı soyqırımı", digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə çıxışında bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalı etnik azərbaycanlılara qarşı törədilmiş ən qanlı faciədir. Qarabağ müharibəsi iştirakçısı Arif Məhərrəmov çıxışında qeyd etdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Hər bir xalq onun yolunda canından keçənlərin sayəsində yaşayır və ucalır. Azərbaycanı da daim qəhrəmanlar yaşadacaqlar. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. AZƏR TAC-ın xüsusi müxbiri Zərəngiz Dəmirçiqayalı Xocalı hadisələrində hərbi telefonçu Dürdanə Ağayevanın səkkiz gün ermənilərin əlində əsrlikdə qalarkən gördüyü dəhşətlərdən, işgəncələrdən danışdı. Qeyd etdi ki, vətənpərvərlik ruhunda böyüyən gənc nəsil bilməlidir ki, Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Şair Qəşəm İlqar Ruhdaş Xocalı faciəsinin tarixi, əsas səbəbkarları, erməni xəyanətindən danışandan sonra müəllifi olduğu “Xocalı yarası” şerini söylədi. Tədbirdə həmçinin, fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanov, Qarabağ müharibəsi veteranı Sabir Məmmədov, “Respublika Veteranlar və Ağsaqqallar Şurası”nın üzvü Sevil İsrafilova, “Şəhid Ailələrə Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, Ağsaqqallar Məclisinin Binəqədi Təşkilatının üzvü Vəli Qarabağlı, şair-publisist Rauf İlyasoğlu, “Peşə Yönümlü Təhsilin İnkişafına Yardım” birliyinin sədri İradə Əlili, Bakı İslam Universitetinin kafedra müdiri Elvin Talışinski, “Dünya” Ana və Uşaq ictimai birliyinin direktoru Validə Vəliyeva, “Qlobal Dünya Müasir Azərbaycan” birliyinin təsisçisi Səbinə Babayeva,“Yada düşdü” jurnalının təsisçisi Nəzakət Məmmədova, Nərimanov rayon “Veteranlar Şurası”nın üzvü Zemfira Mustafayeva, mühasib Hafiz Səfərov, jurnalist Nəzakət Bədirova, yazıçı Məhərrəm Şəmkirli, şairə Solmaz Kürçaylı, şair Zakir Ağdamlı da iştirak edirdilər. Tədbir boyu Xocalı faciəsini əks etdirən slaydlar nümayiş etdirildi. Tədbirin sonunda “Xocalı fəryadı” adlı kitab sərgisinə baxış keçirildi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 20 fevral 2017-ci il tarixdə “Günaz.az” saytının redaktoru, “Həkəri” qəzetinin baş redaktoru, şair-publisist Rauf İlyasoğlunun “Bayramsız Laçın, Laçınsız Bayram” kitabının təqdimatı keçirildi.

Tədbir Azərbaycanın suverenliyi, ərazisinin toxunulmazlığı uğrunda şəhid olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı. Təqdimat mərasimini giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb “Bayramsız Laçın, Laçınsız Bayram” kitabının Rusiya Federasiyasında hərbi xidmətini başa vurub Azərbaycana qayıdan kimi könüllü olaraq Qarabağ uğrunda gedən müharibəyə qoşulan, şəhid olduğu 7 iyun 1992-ci il tarixə qədər əsl qəhrəmanlıq yolu keçən Bayram Məmmədovun qısa, lakin şərəfli döyüş yolundan bəhz etməsindən danışdı. Həmçinin, qeyd etdi ki, Bayram Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2005-ci il 30 iyun tarixli sərəncamı ilə ölümündən sonra Azərbaycan Respublikasının “Vətən uğrunda” medalı ilə təltif edilib. Şair-publisist Rauf İlyasoğlu çıxışında bildirdi ki, “Bayramsız Laçın, Laçınsız Bayram” əsəri 2008-ci ildə çap olunmuş “Heyf səndən, ay Laçın” kitabının davamı olaraq yenidən işlənmiş və əlavə materiallar da daxil edilməklə oxuculara təqdim edilmişdir. Kitaba Bayram Məmmədovun atasının xatirələri, nəsihətamiz kəlamları, eləcə də igid qəhrəman haqqında məqalələr, şerlər, döyüş dostlarının və doğmalarının xatirələri daxil edilmişdir. Bayram Məmmədovun atası Məhəmməd Məmmədov çıxışına oğlunun cəbhəyə gedərkən son dediyi “Əgər şəhid olsam bütün Azərbaycan sənin balan olacaq” sözləri ilə başladı. Birinci Qarabağ müharibəsində ön cəbhəyə yollanan Bayramın ilk döyüş yolunun Ağdam istiqamətindən düşməsindən və bu yolu şərəflə davam etdirməsindən danışandan sonra “Oğlumun şəhid olması mənim üçün baş ucalığıdır” dedi. Professor, yazıçı-publisist Ziyadxan Nəbibəyli, Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi ictimai birliyinin sədri Aygün Zamanlı, şairə Mərcan Şahbuzlu, “Şəhid ailələrinə Dəstək” ictimai birliyinin üzvü Almaz Zeynalova, “Bayramsız Laçın, Laçınsız Bayram” kitabının gənc nəslin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində çöx böyük əhəmiyyət kəsb etməsini, bu kitabın bütün orta məktəblərdə mütləq təbliğ olunmasının vacibliyini xüsusi vurğuladılr. Təqdimat mərasimində həmçinin, Azərbaycan Kooperasiya Universitetinin müəllimi, professor Zahid Məmmədov, professor Tofiq Seyidzadə, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Məmmədov, Əmək və Müharibə veteranı, daxili xidmət polkovniki Həmid Cəfərov, ehtiyatda olan polkovnik Sücəddin Abdullayev, fəlsəfə elmləri doktoru Əsədulla Qurbanov, əməkdar jurnalist Bəbir Yusifov, Bayram Məmmədov adına Minkənd orta məktəbin direktoru İlqar Şahverdiyev, şair-publisist Məmməd Qəhrəmanoğlu, türk şair-publisist Fəsi Alıoğlu, “Qarabağ Əlillər Cəmiyyəti”nin sədri Salman Xudaverdiyev, Nərimanov rayon “Şəhid ailələrinə Dəstək” ictimai birliyinin sədri Elçin Əzizov, şair Oqtay Rza, şairə Mənsurə Alışlı, Bayram Məmmədovun ailə üzvləri, döyüş yoldaşları da iştirak edirdilər. Təqdimat mərasimində orta məktəb şagirdləri Ayxan İmanov və Fatimə Fitayeva qəhrəmanlıq mövzusunda şerlər söylədilər, Minkənd məktəbinə həsr olunmuş film nümayiş etdirildi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 02 fevral 2017-ci il tarixdə “Gənclər gələcəyimizdir” mövzusunda görüş keçirildi.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra başladı. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb 2 fevral tarixinin Gənclər Günü kimi elan edilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Qeyd etdi ki, məhz ulu öndərin ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulmuş, prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz dahi rəhbər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilmiş, 1997-ci ildən isə verdiyi sərəncama əsasən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlamışdır. Tahir Sadıqov həmçinin, çıxışında Azərbaycan gənclərinin inkişafımızın hər sahəsində uğurlarından və torpaqlarımızın toxunulmazlığı naminə göstərdikləri qəhrəmanlıqlardan da danışdı. Yasamal Rayonu İcra Hakimiyyətinin nümayəndəsi Vaqif Məmmədov bildirdi ki, bu günün gəncliyinin hərbi-vətənpərvərlik tərbiyəsi çox yüksəkdir. Gənclərimiz öz uğurları ilə dünyanın hər yerində Azərbaycan bayrağını qaldırırlar. Əgər Rusiya Federasiyasında Vladimir Putinin sərəncamı ilə bir Azərbaycan gənci İqtisadi İnkişaf Nazirinin müavini təyin olunursa, bu yalnız respublikamız üçün böyük fəxrdir. Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva çıxışında qeyd etdi ki, bu günün gəncliyi Azərbaycanın sabahı, gələcəyidir. Azərbaycanın öz gəncləri ilə fəxr etməyə sözün əsl mənasında haqqı vardır. Çünkü, bu günkü gənclik Azərbaycanı hər bir sahədə dünya miqyasında təmsil etməyə qadirdir. Bakı Dövlət Universitetinin tələbəsi Ədilə Ramazanova, Pedaqoji Universitetin tələbəsi Çinarə Nağıyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Leyla Əsədullayeva 2 fevral Gənclər Gününün elan olunma tarixindən danışandan sonra bu günkü Azərbaycan gənclərinin idman, elm, incəsənət və digər sahələrdə respublikamızın adına uğur, qələbə yazmalarından, himnimizi səsləndirib bayrağımızı qaldırmalarından söhbət açdılar. Tədbirdə həmçinin, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, Respublika Qadınlar Cəmiyyəti Nərimanov rayon şöbəsinin üzvləri Rəna Xudiyeva, Təranə Qasımova, Yeganə Ələkbərova, psixoloq, psixoterapevt Şəfəq Qurbanova, şair-publisist Şahlar Baba, şairə Mərcan Şahbuzlu, AMEA-nın əməkdaşı Cahangir Qocayev, Azərbaycan Radiosunun diktoru Eldost Bayramov, “Şəhid Ailələrə Sosial Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, “Ədalət.az” saytının rəhbəri Yasəmən Qəyyumlu, Bakı milyonçusu Ağamusa Nağıyevin nəvəsi Dilarə Ağamusa, BDU-nun, Azərbaycan Dillər Universitetinin tələbələri də iştirak edirdilər. Bədii hissədə aktyor Əli Nur şer söylədi, “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyinin üzvü, müğənni, bəstəkar Elxan Rəsuloğlu və Asəf Zeynallı adına Kollecin tələbə ansamblı musiqi proqramı ilə Ceyhun Qənbərovun ifasında bir neçə mahnıyla çıxış etdilər. Tədbirin sonunda “Azərbaycan gəncliyi, Azərbaycanın gələcəyi” adlı kitab sərgisinə baxış keçirildi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 19 yanvar 2017-ci il tarixdə qanlı yanvar faciəsinin 27- ci ildönümünə həsr olunmuş “Qara yanvar, qanlı tarix” mövzusunda anım günü keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb bildirdi ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə ötən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılmışdır. 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilmişdir. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi” ictimai birliyinin prezidenti Tofiq Əlizadə çıxışında qeyd etdi ki, 20 Yanvar Azərbaycanın taleyinə yazılmış təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Artıq 20 yanvar faciəsindən 27 il ötməsinə baxmayaraq günahkarlar mütləq cəzalandırılmalıdırlar. “Carçı nyus” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda günahsız insanların qətlə yetirilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu, Azərbaycan xalqının milli oyanışını, ərazi bütövlüyünü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi olmuşdur. Tədbirdə həmçinin, yazıçı-publisist Şahlar Baba, Bakı Dövlət Universitetinin kitabxanaçılıq və informasiya fakültəsinin tələbələri də iştirak edirdilər. Tədbir boyu 20 yanvar faciəsini əks etdirən qısa metrajlı film nümayiş olundu. Tədbirin sonunda “Azərbaycanın qan yaddaşı- 20 yanvar” adlı kitab sərgisinə baxış keçirildi.

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.