Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Treninq

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsinə dair Fəaliyyət Planının təsdiq edilməsi” haqqında Sərəncamına əsasən 2007-ci il 28 fevral tarixində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının nəzdində İctimai Hüquqi İnformasiya Mərkəzi yaradılmışdır. C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının nəzdində İctimai Hüquqi İnformasiya Mərkəzindən Rusiya Federasiyasının hüquqi qanunvericilik bazasına ödənişsiz daxilolma imkanı vardır. Mərkəzin açılışında respublikanın bir sıra
nazirlik, komitə, idarə və təşkilatlar, hüquq-mühafizə, məhkəmə orqanları, şəhər və rayon mərkəzi kitabxanaları sözügedən hüquqi qanunvericilik bazasına ödənişsiz daxilolma hüququ verilmişdir.
Respublikada hüquqi qanunvericilik bazası üzrə çalışan mütəxəssislər üçün C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nəzdindəki İctimai Hüquqi-İnformasiya Mərkəzində aprel ayının 20-24 – də treninqlər keçirilmişdir. Tədbiri giriş sözü ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov açaraq İctimai Hüquqi-İnformasiya Mərkəzinin 2 illik fəaliyyəti və təşkil olunmuş treninq-kurslar haqqında çıxış etmişdi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, müxtəlif nazirliklərin, idarə və təşkilatların, habelə respublikanın şəhər və rayon kitabxanalarının mütəxəssisləri də iştirak edirdilər.
Treninqlərdə "elektron formada Hüquqi İnformasiya mənbələri", "Rusiya Federasiyasının hüquqi-qanunvericilik bazası və qanunlar toplusu”, “Hüquqi İnformasiyanın rəsmi və dövri nəşrləri”, “Rusiya İmperiyasının qanunlar toplusu” bazalardan istifadə qaydaları və sözügedən bazalarda axtarışın həyata keçirilməsi və s. praktiki məşğələlər keçirilmişdi.
Treninqdə son zamanlar respublikada kitabxana - informasiya sahəsində aparılan islahatlar, hüquq sahəsində elektron resursların yaradılması və s. məsələlər haqqında məruzələr də olmuşdu.
Treninq iştirakçıları respublikada elektron resursların yaradılması, hüquqi informasiya xidməti, habelə kitabxana - informasiya sahəsində qabaqcıl təcrübə qazanmış Prezident Kitabxanasının fəaliyyəti ilə tanış olmuşdular.