Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş
elmi-praktik konfrans

C. Cabbarlı adına Respublika Gənclər kitabxanası 21 yanvar 2011-ci il tarixdə ”Zəka və Ülviyyət”, beynəlxalq ictimai elmi jurnalı və “Zirvə” ziyalılar təşkilatı Yasamal rayon şöbəsi ilə birlikdə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirmişdir.
Ziyalıların, ictimai birliklərin, yazıçı və şairlərin, şəhid ailələrinin və KİV nümayəndələrinin iştirakı ilə keçən konfransı kitabxananın direktoru Tahir Sadıqov açmış, şəhidlərin satirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Dövlət himni səsləndirildi, tədbir boyu 20 yanvar hadisələrini əks etdirən slaydlar nümayiş etdirildi.
T. Sadıqov bildirmişdir ki, zaman bizi yanvar faciəsindən nə qədər uzaqlaşdırsa da, onun xalqımızın tarixində, müstəqillik yollarında necə mühüm, əhəmiyyətli yer tutduğu aydın görünür, şəhidlərin ruhu Vətənimizin başı üzərində dolaşır. Yanvar şəhidlərinin qanı heç vaxt yerdə qalmayacaq, üçrəngli bayrağımız tezliklə işğal altında olan torpaqlarımızda dalğalanacaqdır.
“Zirvə” ziyalılar təşkilatının prezidenti rəssam Minayə Dəyanət qızı, həmin təşkilatın Yasamal rayon şöbəsinin sədri Elmira Ağayeva bir daha bildirmişlər ki, bu mübarizəni beşikdəcə boğmaq məqsədilə keçmiş sovet imperiyaısı yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritdi.Günahsız insanları, azadlıq mücahidlərini qanına qəltan etdilər. Bakının küşələri al qana boyandı.
Vətənpərvər şair Ramiz Məmmədzadə o zamankı sovet imperiyasının vəhşi hərəkətlərindən danışmış və qeyd etmişdir ki, zaman gələcək bu faciənin qaranlıq tərəfləri açılacaq və günahkarlar layiqli cəzalarını alacaqlar.
Tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tori Nishivasi xalqımızın dərdinə şərik olduğunu bildirmiş,hamını bu mübarizə uğrunda birliyə səsləmişdir.
Tədbirdə yazıçı, astroloq F.Qurbansoy, filologiya elmləri doktoru Zahid Xəlilov, ”Qızıl Qələm” MEDİA mükafatçısı Hacı Loğman Qorqud, şair İlyas Tapdıq, professor Əsədulla Qurbanov, Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anası Hacı Rəfiqə Əsgərova, görkəmli diktorumuz Eldost Bayramov və başqaları xatirələrini söylədilər.

Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi V.Məmmədov 19-20 yanvar hadisələrinin bir iştirakçısı kimi o dövrün rəhbərlərinin biganəliyinə görə təəssüfləndiyini bildirmiş və Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş abidə kompleksindən danışdı. Hər il 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş velomarafon yarışlarının təşkilatçısı şair Məhəmməd Sübhani çıxış etmiş və şəhidlərimizin ruhlarına dualar oxudu.
Tədbirin sonunda “Unudulmaz gecə, unudulmaz faciə” adlı kitab sərgisinə və foto şəkillərə baxış keçirildi.

   

20 yanvar şəhidlərinə həsr olunmuş video çarx