|
C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 9 yanvar 2010-cu il tarixində “Xalq qəhrəmanlığı unutmur” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirlə əlaqədar Milli qəhrəmanlar” başlığı altında stol-stend açılmışdır.
Dəyirmi masada “Milli qəhrəman” qəzetinin redaktoru M.Seyidzadə, müavini N.Vəliyev, Nəsimi Rayon Polis Idarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Iş üzrə inspektor, batalyon komandirinin müavini A.Şirinov, “Qələbə Press” qəzetinin baş redaktorunun müavini M.Əlizadə, Milli qəhrəmanın döyüşçü yoldaşı H.Kərimov, V.Balakişiyev, P.Kərimov, bacısı N.Zülfüqarova və ailə üzvləri iştirak etmişlər.
Tədbiri kitabxananın direktoru açıb, Vətən qəhrəmanlıq, şəhidlik mövzusunda tez-tez keçirilən tədbirlərdən, bu tədbirlərlə mənəvi borcumuzu qismən yerinə yetirməyimizdən danışmışdır.
“Milli qəhrəman” qəzetinin redaktoru M.Seyidzadə N.Zülfüqarovun Rusiyada yaşamasından, vətəninin ağır günlərində könüllü olaraq Azərbaycana gəlib Qarabağ zonasına torpaqlarımızın müdafiəsinə getməsindən və elə orada da şəhidlik zirvəzinə ucalmasından danışmışdır.
Milli qəhrəman E.Zülfüqarov qəhrəmanın döyüşçü yoldaşı H.Kərimov, V.Balakişiyev, P.Kərimov onun son nəfəsinədək Vətən eşqi ilə yaşamasından, düşmənlə son döyüşünün ölümlə nəticələnməyini bilsə də öz əqidəsindən dönməməsindən, torpaqların azadlığını şəhidlikdən uca tutmasından danışmışlar.
Nəsimi Rayon Polis Idarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Iş üzrə inspektoru A.Şirinaov və “Qələbə Press” qəzetinin baş redaktorunun müavini M.Əlizadə öz çıxışlarında qeyd etdilər ki, bu cür milli qəhrəmanlardan ən böyük tribunalardan danışmaq bizim vətəndaşlıq borcumuzdur. E.Zülfüqarovun timsalında Vətən bütün qəhrəmanlarını əbədi yaşadır.
Milli qəhrəmanın həyat yoldaşı L.Zülfüqarova onunla bağlı xatirələrindən, Vətənin müdafiəsinə yola düşərkən son söhbətlərindən danışmışdır.
Dəyirmi masa Milli qəhrəmanlar mövzusunda tövsiyə-ədəbiyyat siyahısının oxunuşu ilə sona çatmışdır.
|