Kitabxananın fəaliyyətinin 2020-ci il üçün YEKUNU

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs
bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə
də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini
nümayiş etdirən amillərdən biridir.
Heydər Əliyev, ümummilli lider.


Məlumdur ki, kitabxanalar tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, nəsildən-nəslə çatdırılmasında və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayır. Bu səbəbdən də fəaliyyətinin təkmilləşdirilməsi, əsaslı islahatlar aparılması, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi hər bir kitabxananın qarşısında duran əsas vəzifələridən birini təşkil edir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 92 ildir ki, fəaliyyət göstərir. Uzun illər ərzində kitabxana işi sahəsində dövlət proqramlarına, respublika rəhbərliyinin sərəncamlarına əməl etmək, fəaliyyətini təkmilləşdirilmək, maddi-texniki bazasının möhkəmləndirilmək, dünya standartlarına uyğun tərtibat işləri aparmaq, minlərlə oxucularına layiqli xidmət göstərmək istiqamətində fəaliyyətini davam etdirmişdir.

2020-ci il ərzində illik planda nəzərdə tutulan bəzi işlərin, tədbirlərin həyata keçirilməməsi də bir faktdır. Buna da səbəb bütün dünyanı təşvişə salan yeni koronavirus- COVID-19 pandemiyası və bu pandemiyanın respublikamızda da geniş yayılması olmuşdur. Hesabat ilinin mart ayının ortalarınadək oxuculara ənənəvi kitabxana xidməti göstərilmiş, müxtəlif mədəni-kütləvi tədbirlər təşkil edilmişdir. Lakin, mart ayının ikinci yarısından etibarən pandemiya səbəbindən kitabxananın fəaliyyəti tam onlayn şəkildə olmuşdur. Onlayn fəaliyyətdə də kitabxana oxucuları üçün sosial şəbəkələrdə fotolar, virtual sərgilər, video materiallar yerləşdirmiş, evdən canlı yayımlar təşkil etmişdir.

Kitabxana 2020-ci il ərzində öz məqsəd və vəzifələrinin məsuliyyəti ilə aşağıda göstərilən istiqamətdə fəaliyyətini davam etdirmişdir:
- Ümummilli lider Heydər Əliyevin nəsillərə örnək olan həyat yolunu, Azərbaycanın istiqlaliyyəti, daxili və xarici siyasətində, iqtisadiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında, dünya miqyasında tanınması, layiqli yer tutmasında xidmətlərini oxucular arasında söhbət-mühazirələr, kitab sərgiləri və sair kütləvi tədbirlər vasitəsilə təbliğ etmək. Bu mövzunu əhatə edən Azərbaycan, rus də digər dillərdə ədəbiyyatlarla kitabxananın kitab fondunu zənginləşdirmək;
- Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda kitabxana, kitabxana işi haqqında qəbul etdikləri qanunları oxucular arasında təbliğ etmək;
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın daxili və xarici siyasətində, həmçinin, iqtisadiyyatının, mədəniyyətinin, incəsənətinin, elmin inkişafında fəaliyyətini əks etdirən ədəbiyyatlarla kitabxananın kitab fondunu zənginləşdirmək. Bu mövzuda ədəbiyyatdan ibarət kitab sərgiləri açıb oxuculara təbliğ etmək;
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbul etdiyi qanun,qərarlar, qətnamələri, verdiyi sərəncamları oxucular arasında təbliğ etmək;
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli, 56 saylı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə əlaqədar olaraq kitabxananın kitab fondunu latın qrafikası ilə çap olunan ədəbiyyatlarla zənginləşdirmək;
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2020-ci il üçün İş Planında kitabxananın öhdəsinə düşən vəzifələri icra etmək.
- ALISA proqramı (Automated Library System of Azerbaijan) Mərkəzləşdirilmiş Elektron Kitabxana Sistemi ilə yükləmələr aparmaq;
- Elektron poçt ünvanı ryl.az @ mail.ru vasitəsi ilə əlaqələr saxlamaq;
- İl ərzində “XXI əsr Gənclər Kitabxanaları- Ənənələr, innovasiyalar. Öyrənək, öyrədək” layihəsi çərçivəsində fəaliyyət göstərmək;
- Ənənəvi kataloq və kartotekalarla müntəzəm olaraq iş aparmaq. Kataloq və kartotekalardan köhnəlmiş, istifadəyə yararsız materialları çıxarıb yeni, aktual materiallar əlavə etmək. Redaktə işi aparmaq;
- Pandemiya səbəbindən kitabxanada mədəni-kütləvi tədbirlər təşkil etmək mümkün olmadığı üçün öz fəaliyyətini İnstagram və Facebook səhifələrində “#Evdə qal. Mütaliədən qalma”, “#Evdə qal. Ədəbiyyat və mədəniyyət incilərini tanı”, “#Evdə qal. Dünyamızı və ölkəmizi tanı”, “#Evdə qal. Dünya kitabxanalarını tanı”, “#Kitab səhifələrindən mavi ekrana”, “#Böyük Vətən Müharibəsində Azərbaycan səhifəsi”, “#Tariximizin qəhrəmanlıq imzası”, “#Dünya ənənələri, ənənələr dünyası”, “#Beynəlxalq dünya təşkilatları”, “#Dünya şöhrətli azərbaycanlılar”, “#Kitabxanaçı məsləhəti” adlı və sair aksiyalar istiqamətində qurmaq. “Qarabağı qarış-qarış tanıyaq”, “Haradan başlayır Vətən”, “Kitabxanalar virtual məkanda” adlı layihələr təşkil etmək. Bu aksiyalarl çərçivəsində izləyicilərə fotolar, virtual kitab sərgiləri, video materiallar təqdim etmək;
- Kitabxananın sosial şəbəkələrində müsabiqələr təşkil etmək;
- Elektron məlumat bazalarını hazırlamaq;
- Virtual kitab sərgiləri açmaq;
- Millət vəkilləri, görkəmli sənət, peşə adamları, səhnə ustaları, jurnalistlər, şair və yazıçılar, Vətən müharibəsi qaziləri ilə canlı yayımlar təşkil etmək;
- Kitabxananın sosial şəbəkələrində hər gün əlamətdar günlər, aktual mövzular, maraqlı məlumatlar, müxtəlif sosial, siyasi, hərbi-vətənpərvərlik və mədəni xəbərlər başlığı altında məlumatlar paylaşmaq;
- Biblioqrafik icmallar və sair metodiki vəsaitlər hazırlamaq;
- İl ərzində kitabxananın kitab fondu üçün ədəbiyyat komplektləşdirərkən oxucuların maraq və tələbatlarını, ədəbiyyatın aktuallığını, informasiya, kommunikasiya, texnologiyanı əsəs tutmaq;
- Kitabxananın maddi-texniki bazasını dünya standartlarına uyğun zənginləşdirmək;
- Kitabxana gənclər kitabxanası statusunu daşımasına, 14-29 yaş həddindəki gənclərə xidmət göstərməli olmasına baxmayaraq bütün yaş qruplarına aid oxucula kitabxana xidməti göstərmək;
- İl ərzində bir neçə aktual mövzulara, yubileylərə həsr olunmuş böyük həcmli biblioqrafik vəsaitlər hazırlamaq və təqdimatını keçirmək;
- Fəal oxucuların elektron poçt ünvanlarına kitabxananın kitab fonduna yeni daxil olan ədəbiyyatların siyahısını göndərmək.

Kitabxana İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanasının təşkil etdiyi

“Qələbənin şifrəsi - BİRLİKDİR” adlı internet foruma dəvət almış, bu foruma qatılmışdır.

Kitabxananın rəsmi saytında “Virtual xidmət üçün” video resurs bazası yaradılmışdır.

Kitabxananın keyfiyyətli və fasiləsiz internet bağlantısının təmin edilməsi, kompüter və şəbəkə avadanlıqlarının işləməsi və idarə edilməsi, fondunun hərtərəfli və məqsədyönlü açılması, oxucu sorğularının operativ ödənilməsi tam təmin edilmişdir.

İstifadəçilər tərəfindən kitabxananın internet informasiya ehtiyatlarının sərbəst, maneəsiz və hamı tərəfindən bərabər şərtlərlə istifadə olunması üçün tez və asan əldə edilən şərait yaradılması, elektron kataloqun idarə olunması, ”Kataloqlaşdırma”, “Komplektləşdirmə”, “Oxucu”, “Kitab verilişi” modullarının işinin təşkili, sistemin ümumi fəaliyyətinə nəzarət və koordinasiya işi həyata keçirilmişdir.

Kitabxananın ənənəvi və elektron informasiya resurslarından (kataloq, kartoteka, internet resursları, tövsiyə və icmal xarakterli vəsaitlər və s.) sərbəst istifadə etmələri üçün tələbatçılara köməklik göstərilmişdir. ALİSA proqramı vasitəsilə kitabxananın elektron kataloquna daxil olan yeni nəşrlərin təsvirləri Azərbaycan və rus dillərində “Ölkəşünaslıq” kartotekasının uyğun bölmələrinə yerləşdirilmişdir. Həmçinin, aktual mövzularla bağlı yeni-yeni rubrikalar açılmış, köhnəlmiş materiallar kartotekalardan çıxarılmışdır.

İstifadəçilərin müxtəlif mövzularda informasiya sorğuları şifahi və əyani formada cavablandırılaraq yerinə yetirilmişdir.

İl ərzində fonda daxil olan yeni kitabların annotasiyalı biblioqrafik göstəricisi hazırlanmışdır.

Kitabxanada hər il tarixi-əlamətdar günlərə, görkəmli şəxsiyyətlər, şair və yazıçıların yubileylərinə həsr olunmuş Azərbaycan və rus dillərində kitab sərgiləri açılmış, müxtəlif mövzuları əhatə edən söhbət-mühazirələr, görüşlər, dəyirmi masalar, elmi-praktik konfranslar, ədəbi-bədii gecələr, anım günləri, kitab təqdimatları keçirilirdi. 2020-ci il ərzində də bu səpkili tədbirlərin təşkili planlaşdırılmışdı. Lakin, pandemiya səbəbindən tədbirlər ilin mart ayının ikinci yarısınadək kitabxanada, sonra isə ilin sonunadək sosial şəbəkələrdə təşkil olunmuşdur.

İl ərzində kitabxanada “Cəfər Cabbarlının biblioqrafiyası”, “Yeni kitablar: annotasiyalı biblioqrafik göstərici (2020№1)” adlı biblioqrafik göstəricilər, “Kitabxanalarda biblioqrafik icmalların hazırlanması və keçirilməsi”, "Kitabxanalarda biblioqrafik arayışların yerinə yetirilməsi” adlı metodik vəsaitlər, “Aida İmanquliyeva - 80”, “Əbdürrəhim bəy Haqverdiyev- 150” adlı elektron bazalar, “Dünya ədəbiyyatının dahisi” ( Rus yazıçısı Anton Pavloviç Çexov-160), “Sözün Zəlimxan zirvəsi” (Şair Zəlimxan Yaqub - 70), “Gənclər işıqlı sabahımızdır” (2 fevral - Azərbaycan Gəncləri günü), “Milli musiqimizin korifeyləri”, “Qəhrəmanlıq tariximizin 20 yanvar səhifəsi”, “Səməd bəy Mehmandarov-165”, “Xocalı faciəsinə dair vəsaitə yeni ədəbiyyatların (2019-2020) əlavəsi” adlı ədəbiyyat siyahıları, “Böyük ictimai-siyasi xadim, həkim və yazıçı Nəriman Nərimanov -150”, “Kitabxanalarda biblioqrafik icmalların hazırlanması və keçirilməsi” adlı slaydlar, “Şah İsmayıl Xətai”, “Nəriman Nərimanov -150”, “Ümummilli lider Heydər Əliyev-97”, “Məhəmməd Füzuli", “Süleyman Sani Axundov-145”, “Ələsgər Ələkbərov-110”, “Həsən Seyidbəyli-100”, “Xalq artisti Amaliya Pənahova -75”, “Xalq şairi Məmməd Araz”, “Cərrah, ictimai və dövlət xadimi Mustafa Topçubaşov”, “Azərbaycan opera müğənnisi Lütfiyar İmanov”, “Azərbaycan aktyoru, rejissor, ssenarist Lətif Səfərov”,

“Qarabağın görkəmli şəxsiyyətləri” adlı virtual sərgilər, “Xocalı soyqırımı, -qan yaddaşımız!”, “Ekologiya və ətraf mühit”, “Antarktika-200”, “Əhmədiyyə Cəbrayılov -100”, “Şuşa abidələri” adlı biblioqrafik icmallar, “Əsrin gözəli Leyla Bədirbəyli-100” adlı daycest, “Qəhrəmanlıq unudulmur” (Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov-110), “Xocalının cəngavəri” (Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev) adlı biblioqrafik yaddaşlar, “Əsrin gözəli” (Xalq artisti Leyla Bədirbəyli - 100), “Ürək deyir, yaşa hələ” (Xalq artisti Əlibaba Məmmədov - 90) adlı bukletlər, “Qəhrəmanlıq zirvəsi” (Azərbaycanın Milli Qəhrəmanları Mirələsgər Seyidov-50, Tahir Həsənov-50, Xanoğlan Məmmədov-45, Erşad Məmmədov -45, Faiq Rəfiyev-65, Nazim Babayev -45, Nazim Quliyev -55), “Qəhrəmanlar unudulmur” (Azərbaycanın Milli Qəhrəmanları Mirəsgər Seyidov- 50, Tahir Həsənov- 50) adlı informasiya bülletenləri hazırlanmışdır.

Kitabxana pandemiya səbəbindən öz fəaliyyətini İnstagram və Facebook səhifələrində “#Evdə qal. Mütaliədən qalma”, “#Evdə qal. Ədəbiyyat və mədəniyyət incilərini tanı”, “#Evdə qal. Dünyamızı və ölkəmizi tanı”, “#Evdə qal. Dünya kitabxanalarını tanı”, “#Kitab səhifələrindən mavi ekrana”, “#Böyük Vətən Müharibəsində Azərbaycan səhifəsi”, “#Tariximizin qəhrəmanlıq imzası”, “#Dünya ənənələri, ənənələr dünyası”, “#Beynəlxalq dünya təşkilatları”, “#Dünya şöhrətli azərbaycanlılar”, “#Kitabxanaçı məsləhəti” adlı və s. aksiyalar, “Qarabağı qarış-qarış tanıyaq”, “Hardan başlayır Vətən”, “Kitabxanalar virtual məkanda” adlı layihələr istiqamətində davam etdirmişdir. Bu aksiyalar çərçivəsində izləyicilərə yüzlərlə fotolar, virtual kitab sərgiləri, video materiallar təqdim edilmişdir.

İl ərzində izləyicilərlə kitabxananın instaqram səhifəsində “Sevilənlər, sevənlər” rubrikası altında Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini, millət vəkili Fazil Mustafa, “Qızıl qələm” mükafatı laureatı, yazıçı Elxan Elatlı, yazıçı, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, əməkdar jurnalist Varis Yolçuyev, yazıçı, filosof-şərqşünas, psixoloq, teoloq Rövşən Abdullaoğlu, Azərbaycan Respublikasının əməkdar artisti, Akademik Milli Dram Teatrın aktrisası, Prezident Mükafatçısı Mehriban Xanlarova, dosent, “Məlhəm” Humanist Qadınlar İctimai Birliyinin sədri, şair, dramaturq Xədicə Murad, naşir, tərcüməçi, "Qanun" jurnalının baş redaktoru Şahbaz Xuduoğlu, həkim-psixoterapevt, klinik psixoloq Əli Nağıyev, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti Yanında Əhv Məsələləri Komissiayasının üzvü Rəşad Məcid, əməkdar incəsənət xadimi, nasir, şair, kinodramaturq Baba Vəziroğlu, Azərbaycan-Polşa əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycanın Polşa səfirliyinin medalına layiq görülmüş Günel Anarqızı, əməkdar incəsənət xadimi, İstanbul bələdiyyəsinə bağlı şəhər teatrı bədii rəhbərinin müavini, aktrisa Məlahət Abbasova, “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” ictimai birliyinin sədri, mədəniyyət işçisi, jurnalist, ictimaiyyətçi İradə Əlili, Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri, psixoloq Elnur Rüstəmov, Bakı Dövlət Universitetinin insan hüquqları və informasiya hüququ UNESKO kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev, yazıçı-publisist Şərif Ağayar, “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı, Azərbaycanın əməkdar artisti, opera müğənnisi, xanəndə Gülüstan Əliyeva, transpersonal psixoloq İlqar Kərimov, həkim-narkoloq Asif Kəngərli, şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Seyman Aruz, Amerika Birləşmiş Ştatlarında yaşayan həmyerlimiz, Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin prezidenti Münəvvər Vahabova, Vətən müharibəsi qazisi Mais Zeynalov və Azərbaycan Ordusunun zabiti Əli İbrahimli, qazilər Orxan Məmmədzadə, Müseyib Məmmədov, Samir Məmmədov və Elnur Əkbərov ilə canlı yayımlar təşkil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 30 dekabr tarixdə 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar kitabxana iIlin əvvəlində Quba, Xaçmaz, Qazax, Ağstafa, Şirvan, Göyçay, Tovuz, Tərtər, ümumilikdə on beş rayonla əlaqə saxlayıb onların MKS-lərində könüllülər qrupu yaratmış, elektron poçt ünvanları, instaqram, facebook ünvanlarını götürüb siyahılaşma etmişdir. Buna əsas məqsəd könüllülərin köməkliyi ilə bir sıra kompaniyaların, müsabiqələrin keçirilməsi olmuşdur.

Həmçinin, kitabxananın könüllüləri Bakı şəhərinin Yasamal, Səbail, Nəsimi rayonlarının imkansız ailələrinə müxtəlif ərzaq məhsulları ilə maddi yardım göstəriblər. Vətən müharibəsinin yaralı qaziləri ilə xəstəxanalarda görüşüb problemləri ilə maraqlanıblar.

2020-ci hesabat ili ərzində kitabxannın kitab fonduna yeni 1 473 nüsxə ədəbiyyat daxil olmuş və 118 nüsxə silinmişdir. 01 yanvar 2021-ci il tarixə kitabxananın kitab fondunu 144 112 nüsxə ədəbiyyat və elektron informasiya daşıyıcılarından 2 428 ədəd disk, 2 024 nüsxə not yazısı, 1 721 ədəd nadir qrammafon valları təşkil edir.

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.