Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

“Narkomaniya, müasir yeniyetmələr, uşaq hüquqları” mövzusunda dəyirmi masa

8 dekabr 2009-cu il tarixdə C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının İctimai Hüquqi İnformasiya Mərkəzində “Narkomaniya, müasir yeniyetmələr, uşaq hüquqları” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prokurorluğunun şöbə müdiri V.Orucov, 31 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak etmişlər.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açıb müasir dövrdə ən aktual mövzuya, ən aktual problemə çevrilən narkomaniya, onun törətdiyi fəsadlar, yeniyetmələr və bu istiqamətdə aparılan işlərdən danışmışdır. V.Orucov öz çıxışında qeyd etmişdir ki, hər bir uşaq, yeniyetmə mövcud cəmiyyətdə müəyyən təsir altında olur. Gənclər baş verən hər bir yeniliyə daha tez alışır və onu öz həyatında tətbiq etməyə çalışırlar. Lakin bəzi hallarda yeniyetmələr mənfi təsirlərə meyil edirlər ki, bu da onların gələcək inkişaflarını təhlükə altında qoyur.
Narkomaniyaya meyil də, məhz bu mənfi təsirlərdəndir. Onların narkotikdən uzaqlaşdırılması cəmiyyətdə hər kəsin borcudur. V.Orucov həmçinin, fundamental hüquq, onların pozulması hallarından danışıb qeyd etdi ki, yeniyetmə, hər bir gənc öz hüquqlarını qorumaq hüququna malikdir.
10 dekabr 1948-ci il İnsan Hüquqları haqqında qəbul edilən Bəyannamədən məlumat verdiukdən sonra yeniyetmələrin hüquqlarının mühafizəsi, neqativ hallarda cinayət məsuliyyətinin labüdlüyündən danışmışdır. V.Orucov öz çıxışını şagirdlərin verdikləri suallara cavablarla bitirmiş və “Uşaq hüquqlarının araşdırılması” kitabının 5 nüsxəsini kitabxanaya, 20 nüsxəsini isə 31 saylı məktəbin şagirdlərinə hədiyyə olaraq bağışlamışdır.