Bakı şəhəri və region kitabxanaları üçün treninq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı ilə 14-18 oktyabr 2019-cu il tarixində “İnformasiya mühitində müasir gəncliyin virtual imkanları və kitabxanaların özünüifadə metodları” mövzusunda treninq keçirilmişdir. Kitabxana-informasiya sahəsində biliklərinin artırılması, kitabxanalar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi məqsədilə keçirilən treninqdə iştirakçılara informasiya mühitinin yeni virtual imkanları, bu virtual aləmdə kitabxanaların və istifadəçilərin davranış mexanizmi, kitabxanalar qarşısında duran yeni vəzifələr haqqında maraqlı məruzələr və təqdimatlar olmuşdur.

Treninq müddətində “Müasir kitabxanaların sosial şəbəkələrdə fəaliyyəti” mövzusunda C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, “İnternet forumların keçirilməsi metodikası” mövzusunda Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq-informasiya” fakültəsinin müəllimi, dosent Pərviz Kazımi, “Müasir informasiya məkanında texnoloji alətlər”- Kitabxanalarda təbliğat xarakterli vəsaitlərin hazırlanması üçün istifadə olunan proqramlar” mövzularında hüquqi informasiya şöbəsinin müdiri Günay Həsənova, “ALİSA proqramı – işləmə prinsipi, əməliyyatlar, çətinliklər, problemlərin müzakirəsi” mövzusunda kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Şəfiyeva Səadət maraqlı məruzələr ilə çıxış etmişlər.

Qarşılıqlı təcrübə və informasiya mübadiləsi şəraitində keçən treninqdə kitabxananın çap etdirdiyi yeni kitabların təqdimatı da keçirilmişdir. Kitabxananın direktoru Oruc Quliyev və dosent Pərviz Kazımi iştirakçıların böyük marağına səbəb olan bu nəşrlər haqqında ətraflı məlumat vermiş, çoxsaylı suallarını cavablandırmışlar. Müəlliflər yeni kitabları treninq iştirakılarına hədiyyə vermişlər.

Bakı, Gəncə şəhər, Xaçmaz, Şəki Quba, Qusar, Ağcabədi, Göyçay, Qax, Astara, Ağdaş, Ucar, Zərdab rayon Mərkəzi Kitabxanalarının əməkdaşlarının iştirak etdiyi treninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

“Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nda, habelə Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə Facebook səhifəsi və Youtube kanalında fəaliyyət göstərən “Kitabsevər uşaqlar” layihələrinə dair təşkil olunan növbəti treninq.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 13 noyabr 2018-ci il tarixdə Şəki, Gəncə şəhər, Qax, Ağcabədi, Göyçay, Səbail, Zərdab, Quba, Ucar, Astara, Ağdaş, Nəsimi, Qusar, Binəqədi, Nərimanov, Yasamal, Xətai rayon MKS- lərinin əməkdaşları üçün Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 20 aprel tarixli sərəncamı ilə yaradılmış “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nda, habelə Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə Facebook səhifəsi və Youtube kanalında fəaliyyət göstərən “Kitabsevər uşaqlar” layihələrinə dair təşkil olunan növbəti treninq başladı. Beş gün davam edəcək treninqdə “Corel Draw” proqramında iş, “Kitabxanalarda tətbiq olunan müasir innovativ layihələr”, “AZLİBNET-ə düzgün ədəbiyyatın seçilməsi , təhlükəsizlik məsələləri, müəllif hüquqları”, “ALİSA proqramı, kitab və dövri mətbuatın proqrama daxil edilməsi, oxucuların qeydiyyatı”, “Türkdilli dövlətlərdə müasir kitabxana xidməti”, “Elektron kitablar, audio kitablar, onların seçilməsi, onlar üzərində əməliyyatların aparılması” mövzularında məruzələr olacaqdır.

Treninqin sonuncu günü iştirakçılara sertifikatlar veriləcəkdir.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

“Azərbaycan ədəbiyyatının virtual kitabxanasının oxucular arasında tətbiqi”, “Kitabsevər uşaqlar layihəsinin inkişafı” mövzularında treninq

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin II yarısı üçün iş planının 3.10 bəndinin icrası ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 14-16 noyabr 2017-ci il tarixlərdə “Azərbaycan ədəbiyyatının virtual kitabxanasının oxucular arasında tətbiqi”, “Kitabsevər uşaqlar layihəsinin inkişafı” mövzularında treninq keçirildi. Treninqin təşkil olunmasında əsas məqsəd informasiya cəmiyyətində kitabxanaların qarşısında duran yeni vəzifələr və bu vəzifələrin icrası olmuşdur. Üç gün davam edən treninqdə “Kitabsevər uşaqlar” layihəsi, “Corel Draw”proqramı, “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” və sair mövzular haqqında məruzələr edildi. Treninqdə Mingəçevir, Şəki, Şirvan şəhər, Astara, Ağdaş, Ağcabədi, Bərdə, Binəqədi, Qax, Tovuz, Xaçmaz, Zərdab rayon Mərkəzi Kitabxanalarının əməkdaşları iştirak etdilər. Treninqin sonunda iştirakçılara sertifikatlar verildi.

“İnformasiya cəmiyyətində kitabxanaların qarşısında duran yeni vəzifələr: İnformasiya texnologiyalarından istifadənin genişləndirilməsi” və “Azərbaycan ədəbiyyatının virtual kitabxanasının oxucular arasında təbliği” mövzularında treninq

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin II yarısı üçün iş planının 3.10 bəndinin icrası ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 25-27 oktyabr 2017-ci il tarixlərdə “İnformasiya cəmiyyətində kitabxanaların qarşısında duran yeni vəzifələr: İnformasiya texnologiyalarından istifadənin genişləndirilməsi” və “Azərbaycan ədəbiyyatının virtual kitabxanasının oxucular arasında təbliği” mövzularında treninq keçirildi. Üç gün davam edən treninqdə “Mobil kitabxana layihəsi”, Nazirliyin “Kitabsevər uşaqlar” layihəsi, “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” və “Amerika Guşələri”nin təcrübəsi və sair mövzular haqqında məruzələr edildi. Treninqdə Gəncə, Sumqayıt şəhər, Qusar, Quba, Xaçmaz, Göyçay, Qax, Astara rayon Mərkəzi Kitabxanalarının əməkdaşları iştirak etdilər. Treninqin sonunda iştirakçılara sertifikatlar verildi.

“Kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqi” mövzusunda treninq

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 21-25 noyabr 2016-cı il tarixlərdə “Kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqi” mövzusunda treninq keçirilib. Treninqdə aşağıda göstərilən proqramların öyrədilməsi, tətbiqi haqqında geniş məlumatlar verilmişdir: -“Mikrosoft Office” (Mətni lazım olan formata salmaq. Elektron kitabları tərtib etmək. Prezentasiyaları hazırlamaq. Elektron sənədləri çapa verən zaman kağız formatları, çap rejimləri düzgün seçmək. Şəkillərin ölçülərini azaltmaq və ya çoxaltmaq. Skanerdə kağız sənədləri elektron formata çevirən zaman parametrləri düzgün seçmək və s.) - “Fayllar üzrə əməliyyatlar” (Mətn növlü faylları PDF növünə çevirmək. Video növlü faylları lazım olan növünə çevirmək. Tədbirlərin video roliklərini youtube kanalında yerləşdirmək. Yerləşdirilən video materialların digər yerlərdə (saytlarda) yayımını etmək. Video, Audio, Data növlü diskləri yaratmaq və faylları köçürmək. Youtube saytında kanalı yaratmaq. Youtube kanalına istifadəçiləri cəlb etmək və s.) - “Windows 10 əməliyyat sistemi” (Əməliyyat sistemi (ƏS) yenilətmək. (UPDATE). Başlıca əməliyyat sistemi sazlamaq. (BİOS). Sərt diski hissələrə bölmək. (PARTATİTİON). Yaradılmış hissələri format etmək. (FORMATİNG). Əməliyyat sistemini format olunan hissəyə yazmaq və s.) (SETUP) - “Qlobal və lokal şəbəkələr” (Repeater (Təkrarlayıcı). Switch (Çevirici). HOST.) Treninqdə Ağcabədi, Kürdəmir, Qazax, Oğuz, Astara, Şəki, Zərdab, Quba, Qusar, Sabirabad, Göyçay, Hacıqabul, Salyan, Ucar kitabxanalarının əməkdaşları iştirak edirdilər. Treninqin sonuncu günü iştirakçılara sertifikatlar verilmişdir.

“Kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqi” mövzusunda treninq

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 25-29 aprel 2016-cı il tarixlərdə “Kitabxanalar innovasiya və müasir texnologiyaların tətbiqi şəraitində” mövzusunda treninq keçirildi. Treninqin təşkil olunmasında əsas məqsədin şəhər (rayon) kitabxanalarında çalışan mütəxəssislər üçün kompüterlə bağlı tələb olunan proqramların öyrədilməsi və fəaliyyətlərinin optimallaşdırılması istiqamətində təcrübə mübadiləsinin aparılmasıdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Kitab dövriyyəsi və nəşriyyatlarla iş” şöbəsinin müdiri vəzifəsini icra edən Aslan Cəfərov bu gün kitabxalarda müasir informasiya texnologiyalarının tətbiq olunmasının oxucular üçün operativ informasiya tələbatının təmin olunması demək olduğunu bildirdi. O, bildirdi ki, müasir dövrün kitabxanaları rəqəmsal informasiya massivləri ilə işləyən istifadəçilər üçün intellektual asudə vaxt mərkəzlərinə çevrilmişdir. Treninq iştirakçılarına “Power Point”, “Photoshop” proqramları üzrə vizual dərslərin təşkili, “Youtube”da kanalların yaradılması və oraya videoların yüklənməsi, kitabların PDF formatına salınması, “Nero” proqramı vasitəsi ilə optik disklər üzrə əməliyyatların aparılması, internet modemlərinin, xabların (Switch) quraşdırılması, kitabxanada lokal şəbəkənin yaradılması, ALİSA proqramının adminstrasiya bölməsinin düzgün işlənməsi, “Mikrosoft Office” proqramının öyrədilməsi, interaktiv proqramların tətbiqi və sair mövzularda geniş məlumatlar verilmişdir. Treninqdə Ağcabədi, Abşeron, Qəbələ, Qubadlı, Beyləqan, Balakən, Masallı, Neftçala, Şəmkir, Şamaxı, Salyan, Sabirabad, Hacıqabul, Laçın, Cəlilabad, Tovuz, Xızı, Yardımlı, Füzuli, Kəlbəcər rayon, Lənkəran, Şirvan, Mingəçevir, Yevlax şəhər kitabxanalarının, Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetin, Respublika Elmi Tibb Kitabxanasının, AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşları iştirak etdilər. Treninqin sonunda iştirakçılara sertifikatlar verildi.

"Kitabxana işinin modernləşdirilməsi, kitabxanaların fəaliyyətinin optimallaşdırılması" mövzusunda treninq

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18-22 aprel 2016-cı il tarixlərdə "Kitabxana işinin modernləşdirilməsi, kitabxanaların fəaliyyətinin optimallaşdırılması" mövzusunda treninq keçirilir. "Kitabxana işinin modernləşdirilməsi, kitabxanaların fəaliyyətinin optimallaşdırılması" mövzusunda keçirilən treninqdə “Kompüterdə quraşdırma, sazlama, diaqnostika işləri”, “Microsoft Office paketinin proqramları və elektron sənədlərlə işlənmə qaydaları”, “Fayllar üzrə əməliyyatlar”, “Portallar üçün kontentlərin hazırlanması və yerləşdirilməsi qaydaları” mövzuları üzrə təlimlər davam edəcəkdir. Həmçinin, treninqin birinci günü “Kitabxanalarda biblioqrafik arayışların yerinə yetirilməsi” mövzusunda da təlim keçiriləcək, treninq iştirakçılarının bütün sualları cavablandırılacaqdır. Treninqdə Polis Akademiyasının, Azərbaycan Dövlət Tibb Universitetinin, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının, Ağstafa, Bərdə, Astara, Beyləqan, Füzuli, Zərdab, Ucar, Şəki, Şamaxı,Sumqarıt, Siyəzən, Samux, Salyan, Sabirabad, Neftçala, Qusar, Quba, Qazax, Qaradağ, Qax, Xaçmaz, Göyçay kitabxanalarının əməkdaşları iştirak etmişlər. Treninq sabah öz işinin davam etdirəcəkdir.

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.