Xalq qəhrəmanı Abbasqulu bəy Şadlinski - 140

ABBASQULU BƏY ŞADLİNSKİ: BİR ELİN, ELATIN DEYİL, BÜTÖV AZƏRBAYCAN XALQININ QƏHRƏMANI

Hər bir xalqın yaşaması, inkişaf etməsi və tanınması onun qüdrətli və qeyrətli övladlarının hesabına mümkün olur. Belə övladlar əsasən Vətənin, xalqın dar günlərində parlayıb üzə çıxır.

Belə görkəmli şəxsiyyətlərdən biri də, Azərbaycanın hərb tarixində və ictimai-siyasi həyatında özünəməxsus iz qoymuş Abbasqulu bəy Şadlinskidir O, xüsusilə Naxçıvanın və Qərbi Azərbaycan torpaqlarının müdafiəsində göstərdiyi rəşadətlə tanınır.

Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 24 fevral 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olmuşdur. Şadlinskilər sülaləsi XVII əsrdə yaşayan Binnətalı Sultan adlı bir şəxslə başlayıb və indiki Şadlinskilər onun 4 oğlunun – Aslan Sultan, Kəlbalı Sultan, Niftalı Sultan, Bala Sultan Şadlinskinin nəslindəndirlər. Yaşadıqları İrəvan quberniyasının Vedibasar mahalında Şadlinskilər həmişə tərəqqipərvər və mütərəqqi fikirləri ilə fərqlənib, xalqımızın haqq mübarizəsində ön sıralarda olublar. Bu nəslin kökü orta əsrlərdə Azərbaycan dövləti olan Şəddadilər dövlətinin qurucularından biri – Şadlılar tayfası ilə bağlıdır. Gəncədə yaşayan Şadlılar XIV əsrin axırlarında İrəvana köçüblər.

Abbasqulu bəy uşaq yaşlarında ikən Xanbaba bəy vaxtsız vəfat etmişdir. Balaca Abbasqulu ikisinifli rus-tatar məktəbini bitirmişdir. Bir müddət Vedidə mirab işləmişdir. 1902-ci ildə atadanqalma kiçik torpaq sahəsini əkib-becərməklə məşğul olmuşdur. Rusiyada 1905-1907, İranda 1905-1911-ci illər inqilabları onun ictimai-siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərmişdir. Rusiyada 1907-ci il Fevral inqilabından sonra Şadlinski həyatını xalq işi uğrunda mübarizəyə həsr etmiş, kommunistlərə rəğbət bəsləmişdir.



Ardı...