Anarı anlamaq anı
Oxuculara təqdim etdiyim bu yazını düz on il bundan öncə Azərbaycan mədəniyyətinin və ədəbiyyatının görkəmli nümayəndəsi, söz və bilim adamı Anarın 70 illik yubileyi öncəsi yazmışam.
Üstündən illər keçəndən sonra məqaləni bir də oxudum və gördüm ki, ötən dövr ərzində nə Anar müəllim dəyişib, nə də mənim fikirlərim.
Düzdü, son on ildə çox hadisələr baş verib. Anar müəllim çoxsaylı əsər və məqalələr yazıb,
ölkəmizin və sosiumun aktual mövzularına yetərli münasibət bildirib. Bir neçə il əvvəl
Azərbaycan Yazıçılar Birliyinin on ikinci qurultayında yenidən, özü də yekdilliklə
Birliyimizin sədri seçilib. Amma bir neçə ay əvvəl sağlıq durumunun pisləşməsi üzündən
onu sevənləri, dostlarını əndişəyə salıb. Açıq ürək əməliyyatı keçirib. Şükür ki,
sonuc ədəbiyyatımız və bizim üçün ürəkaçan olub. İndi Anar iş başındadır və həmişə
olduğu kimi, “məğrur tənhalıqda” oturub səksən yaşa doğru gedir...Yolun açıq, ömrün uzun olsun, ustad...
Ardı...
