Biblioqraf alim, qayğıkeş ziyalı
Dəyərli biblioqraf alim, səriştəli təşkilatçı, gözəl pedaqoq, tələbələrin sevimli müəllimi Nadir
İsmayılovun bu günlərdə 65 yaşı tamam oldu. O, Bakı Dövlət Universitetində təhsil alarkən
tanıdığım ilk müəllimlərdəndir. 21 il ərzində Nadir müəllimi həm müəllim, həm səriştəli alim, həm
də ata qayğısı ilə tələbələrinin təəssübünü çəkən, onlara təkcə universitetdə deyil, iş həyatında da
dəstək olan, hər zaman köməyə çatan təvazökar insan kimi tanımışam.
Nadir İslam oğlu İsmayılov 1956-cı il fevral ayının 5-də Beyləqan rayonunun Əmirzeyidli
kəndində anadan olub. 1973-cü ildə Şahsevən kənd 1 saylı orta məktəbi bitirib. 1974-1979-cu illərdə
BDU-nun Kitabxanaşünaslıq-biblioqrafiya fakültəsində təhsil alıb. Əla qiymətlərlə oxuduğuna görə
Cəfər Cabbarlı adına təqaüdə layiq görülüb, təhsil ocağını fərqlənmə diplomu ilə bitirib.
Nadir müəllim bir müddət M.F.Axundzadə adına Azərbaycan Respublika Dövlət
Kitabxanasının (indiki Azərbaycan Milli Kitabxanası) Elmi-metodiki şöbəsində böyük kitabxanaçı
vəzifəsində çalışıb. 1979-1982-ci illərdə BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının əyani
aspirantı olub. 1982-ci ildən BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində
Biblioqrafiyaşünaslıq kafedrasının müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 1987-ci ildə Moskva
Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Təbabət üzrə məhəlli kitabxana-biblioqrafiya
ehtiyatlarının inkişafı, müasir vəziyyəti və təkmilləşdirilməsi yolları (Azərbaycan materialları
əsasında)” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi (fəlsəfə doktoru)
alimlik dərəcəsi alıb. 1992-ci ildən dosent kimi Azərbaycanda təbabətin biblioqrafiyası,
biblioqrafiyaşünaslıq, biblioqrafiyaşünaslığın tədrisi metodikası, soraq biblioqrafiya xidmətinin
təşkili və idarə olunması və s. fənləri tədris edir.
Nadir İsmayılov 3 monoqrafiya, 9 kitab, 100-dən çox məqalənin müəllifidir. Bunlardan
“Xəzər dənizi və neft” (2003), “Biblioqrafik tərtibatın metodikası” (2004), “Kitabxanada
ölkəşünaslıq üzrə biblioqrafik fəaliyyətin təşkili” (2004), “Heydər Əliyev və Azərbaycan elmi”
(2010), “Kitabxanalarda biblioqrafik işin təşkili və metodikası” (2018) adlı kitablar xüsusilə
əhəmiyyətlidir. Alim “Azərbaycan Respublikasında kitabxana-biblioqrafiya və informasiya
resursları: formalaşması, müasir vəziyyəti və təkmilləşdirilməsi yolları” mövzusunda elmlər
doktorluğu dissertasiyasını da tamamlayıb.
Ardı...
