Gülhüseyn Hüseynoğlu-100

Gülhüseyn Hüseynoğlu ədəbiyyatşünas - müşfiqşünasdır

Gülhüseyn Hüseynoğlu ədəbiyyatşünas - müşfiqşünasdır. Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinə dair onlarla maraqlı məqalənin müəllifi olsa da, elmi - ədəbi ictimaiyyət onu daha çox görkəmli müşfiqşünas kimi tanıyır. O, böyük şairin indiyə qədər iyirmidən artıq kitabını tərtib, redaktə edib nəşr etdirmişdir. G. Hüseynoğlu M. Müşfiq haqqında ilk monoqrafiyanı yazmış, ilk disseratsiyanı müdafiə etmiş, ali məktəb tələbələri üçün ilk dərs vəsaitini hazırlayıb çap etdirmişdir. “Müşfiq” monoqrafiyası (Bakı, 1968) şair haqqında bu günə qədər əsas elmi mənbə olaraq qalmaqdadır. Həcmcə kiçik, ancaq məzmun-mündərəcə etibarilə böyük “Müşfiq” monoqrafiyası belə başlanır: “Böyük fitri istedad, coşqun ilham, böyük səmimiyyət, poeziyaya bütün varlığı ilə vurğun bir şəxsiyyət... Bəli, Müşfiq haqqında düşünməyə, yaxud yazmağa başlar-başlamaz öncə xəyalda bu keyfiyyətlər, bu sifətlər canlanır”... G. Hüseynoğlu həmin monoqrafiyada müasir Azərbaycan poeziyasının banilərindən biri olan Müşfiqin həyatı, yaradıcılığının əsas mərhələləri, lirikası, epik poeziyası, uşaqlar üçün yazdığı əsərlər barəsində yığcam bir şəkildə bəhs etmiş, kitabını metaforik olduğu qədər də real olan aşağıdakı sözlərlə bitirmişdir: “Müşfiqin şeiri də, özü də ürəklərdədir! Ürəklərdə!”. Ardı...