Məhəmməd Füzuli humanizmi və ideya saflığı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 yanvar 2024-cü ildə hərtərəfli biliyə malik, insana ilahi məhəbbət aşılayan, oxucusunu ülvi ideyalarla yaşamağa çağıran və pedaqoji fikrin inkişafında müstəsna yer tutan Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi ilə bağlı Sərəncam imzalamışdır.
Şərq mədəniyyətini qiymətli inci əsərləri ilə zənginləşdirən ustadlardan biri də Məhəmməd Füzulidir. Hərtərəfli biliyə malik, insana ilahi məhəbbət aşılayan, oxucusunu ülvi ideyalarla yaşamağa çağıran və pedaqoji fikrin inkişafında müstəsna yer tutan Məhəmməd Füzuli gahdan bir elm adamı kimi, gahdan astronom kimi, gahdan psixoloq, filosof kimi, gahdan bioloq kimi, gahdan həkim kimi, gahdan da musiqiçi kimi bəşər mədəniyyəti tarixində silinməz izlər buraxmışdır. Təbii, deyə bilmərik ki, Füzuli elmin müəyyən bir sahəsinə aid xüsusi bir əsər yazmışdır. Lakin hər bir əsərində rast gəldiyimiz fikirlər və mülahizələr bizə onu deməyə əsas verir ki, Füzuli elmi təfəkkürün pik nöqtəsində dayanmışdır. M.Füzulinin əsərlərini oxuduqca görürük ki, Füzuli həm də yüksək mülahizəyə malik bir pedaqoq olmuşdur. Füzuli öz elmi və düşüncələrini irəli sürərkən lazım gələndə Sokratdan, Platondan, Aristoteldən, Miletli Falesdən, Anoksaqordan, Miletli Empedokldan, Pifaqordan, Plutarxdan, Heraklitdən, İbn Sinadan, digərlərindən də sitatlar gətirir və bu kimi alimlərin fikrini ehtiramla şərh edir. Qeyd etmək lazımdır ki, Məhəmməd Füzuli ilk öncə panteistdir. O, hər bir varlıqda, hər bir hadisədə Allahın təzahürünü, onun özünü görür, bu bütün müqəddəs varlıqlara, ilahi şəxsiyyətlərə – Məhəmməd Peyğəmbərə, həzrəti Əliyə, onun övladları imam Həsənə, imam Hüseynə aiddir.
Deməli, Məhəmməd Füzuli belə qənaətə gəlir ki, Allah hər şeydə vardır, o hər şeydə mövcuddur, buna görə də əslində gizlin deyildir. M.Füzuli sevmək üçün nəcib sifətlər, zəngin mənəviyyat, əhdə vəfalı olmağı təbliğ edirdi. Əxlaqın mənşəyi və mahiyyətini düzgün aydınlaşdıran Məhəmməd Füzuli belə nəticəyə gəlir ki, əgər məsələ ata sözünü və ya müdrik sözləri sadəcə əzbərləməkdən ibarət olsaydı, onda əxlaq tərbiyəsinə ehtiyac qalmazdı, retsep və düsturlar verməklə cəmiyyətdəki əxlaqi qəbahətləri asanlıqla aradan qaldırmaq olardı. Əxlaqi prinsip və qayələrin toqquşduğu bir cəmiyyətdə yaşayıb-yaradan Məhəmməd Füzuli həyatın hər növ haqsızlıqlarına ədalətsizliyə, hüquqsuzluğa, zorakılığa qarşı daim qiyam qaldırmışdır.
Lütfün əlası sözün mənasını bilməkdir – deyən Məhəmməd Füzuli az sözlə nəcib insani xüsusiyyətləri obrazlı şəkildə ifadə etmişdir. Söz sənətinin dahi ustadı “Füzuli özünün az bir zamanda böyük şöhrət qazanmasına baxmayaraq, biliksiz şeirin təməli olmadığını bilərək, elmləri dərindən öyrənməyə başlamışdır”.
Ardı...
