DAVAM EDƏN MANİFEST... - 85 YAŞLI HAFİZ PAŞAYEV
İşimlə bağlı təqvim günlərinin tarixinə tez-tez baxıram... Vədəsini gözləyən mətnlər var ki, onlar məhz zamanında yazılanda lazımlı olur. 2 may tarixində doğulan şəxsiyyətləri gözdən keçirəndə bir adamın adını gördüm, barəsində düşünürək əvvəlcə ismin üzərindən keçdim...
Bizdə bir təəssürat formalaşıb, elə bilirik ki, sözünü demiş, uğurlu insanların barəsində yazmağa çox da ehtiyac yoxdur, çünki onlar xalqa yetərincə tanışdır. Ancaq yenidən qayıdıb bu düşüncəmi götür-qoy elədim. Əksinə, uğurlu insanlar haqqında daha çox danışılmalıdır ki, nümunə olsun.
Qazax Müəllimlər Seminariyasının, indiki adı ilə ADA universitetinin Qazax mərkəzinin divarında yazılmış Axundovun sitatında deyildiyi kimi: “Məndən ancaq əndazə və nümunə göstərmək idi və baniyi kar olmaq”.
Mayın 2-si tarixinə baxanda doğum gününü gördüyüm isim Hafiz Paşayev idi. Hafiz Paşayevin təkcə təhsil fəaliyyətini göz önünə gətirsək, onun portreti ən dəqiq rənglərlə sərgilənər.
Təhsil xalqın ən dəyərli nemətidir. Təhsilli toplum bütün nailiyyətlərə qadirdir. Bircə təhsillə bütün qapıları açmaq mümkündür. Məhz bu səbəbdən də həqiqi pedoqoqlar, təhsil adamları bu ali həqiqətə vaqif şəxslər olur. Tarixin bütün dönəmlərində cəmiyyətin elmli, təhsilli olmasına çalışan şəxslər dövrün ən dəyərli, təmənnasız ziyalıları olub.
Ardı...
