Professor Mahirə Hüseynova - 65

Professor Mahirə Hüseynovanın filologiyamızın inkişafında rolu

Görkəmli dilçi alim, ədəbiyyatşünas, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Prezident təqaüdçüsü, Əməkdar müəllim, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova 4.11.1960-cı ildə Naxçıvan MR Babək rayonunda anadan olub, Xalxal kəndinin orta məktəbində oxuyub, 1978-ci ildə Bakı şəhərində orta təhsilini başa vurub.1984-cü ildə ADPU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.Təyinat üzrə 10 il Bakı şəhəri Mehdiabad qəsəbə orta məktəbində müəllim işləyib.

2009-cu ildə ADPU-da Müasir Azərbaycan dili kafedrasında müəllim kimi işə başlayıb. 2012-ci ildə filologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. 2014-də baş müəllim, 2015-də dosent seçilib. Mahirə xanım elə həmin ildən eyni kafedranın müdiri vəzifəsinə seçilib. O, 2017-ci ildə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.2019-cu ildə filoloji fakültənin dekanı seçilib. Eyni ildə professor elmi adını alıb. 2021-ci ildə Əməkdar müəllim fəxri adına və Prezident təqaüdünə layiq görülüb. O, 2021-ci ildən ADPU-da beynəlxalq əlaqələr üzrə prorektordur. AYB-nin üzvü (2009), Dövlət Dil Komissiyası nəzdində Monitorinq Mərkəzi Müşahidə Şurasının üzvüdür (2020). Mahirə xanım “Filoloq” qəzetinin və “Linqvistika problemləri” beynəlxalq jurnalının təsisçisi və baş redaktorudur. Eyni zamanda, “Meh” adlı ədəbi dərnəyin yaradıcısı və rəhbəri olmuşdur (2019). AAK-ın filologiya və pedaqogika üzrə ekspert şurasının sədri, bir neçə beynəlxalq mükafatın laureatıdır. Qərbi Azərbaycan icması idarə heyətinin üzvüdür.

Professor Mahirə Hüseynovanın dünyagörüşünün formalaşmasında və taleyində görkəmli alim və tanınmış ictimai xadim Həsən İbrahim oğlu Mirzəyevin xüsusi rolu olmuşdur. Həm ailə mühitində, həm də elmi-ədəbi mühitdə professor Həsən Mirzəyev Mahirə xanım üçün əsl ustadlıq və müəllimlik nümunəsi kimi qəbul edilmişdir.

Mahirə xanımın pedaqoji fəaliyyətində diqqəti çəkən məziyyətlərdən biri də ondan ibarətdir ki, tədris prosesində bir sıra seçmə fənlərin tədrisinin təşəbbüsçüsü olmuş, həmin fənlərin proqramlarını çap etdirmiş, metodik vəsait hazırlamışdır. Məsələn, “Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası” (Bakı, 2014); “Həsən Mirzəyev və Azərbaycan dilində feil” (Bakı, 2014);”Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası” (Bakı, 2014); “Müasir Azərbaycan dili” (Bakı, 2018) seçmə fənnləri üçün proqramlar bunlardan sadəcə bir neçəsidir. Onun hazırladığı “Müasir Azərb.dili: aşıq və el şairlərinin yaradıcılığında diakektizmlərin öyrədilməsinə dair” (Bakı, 2015) metodik vəsaiti və 420 səhifəlik “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin linqvistik təhlili” (Bakı, 2018) dərsliyi dilimizin yüksək səviyyədə tədrisinə əhəmiyyətli dərəcədə kömək göstərmişdir.



Ardı...