Şair, filosof Xaqani Şirvani - 900

Saraylara baş əyməyən, elmlə şərəflənib şöhrətə çatan şair
XAQANİ ŞİRVANİ YARADICILIĞI

Təbrizin ətəyində, Surxab kəndində, “Məqbərətüş-şüara” – “Şairlər məqbərəsi” adlanan yerdə bir məzar var. Üzü qibləyə deyil, Arazın bu tayına, qüdrətli sərkərdə-xaqanların, pirlərin, övliyaların diyarına, Şirvan şahlığına, Şamaxıya sarı baxır. Təkcə baxmır, nisgil və qürur dolu duyğularla “Şamaxı, ey mənim sevimli yurdum”, deyir. Şamaxı qüdrətli qələm sahiblərinin, mütəfəkkir şairlərin diyarıdır. Şirvani imzası, künyəsi ilə qələm çalan o qüdrətli söz ustadlarının sırasında üç əzəmətli şairin yeri başqadır, başdadır. Əfzələddin Xaqani Şirvaninin, Seyid İmadəddin Nəsiminin, Seyid Əzim Şirvanin adı gələndə sanki dünya dayanır, sükuta dalır, sonra yenidən dirilik suyu içib canlanır. Bu il Xaqani Şirvaninin anadan olmasının 900 ili tamam olur. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin imzaladığı sərəncamla Odlar Yurdu Azərbaycanın hər guşəsi Xaqani gülzarının nuruna qərq olacaq. Xaqani Şirvani 1126-cı ildə Şamaxıda anadan olub, 1199-cu ildə Təbrizdə 73 yaşında dünyaya vidan nəğməsi oxuyub. Əsl adı İbrahim olan Xaqani Şirvani 8 yaşında atasını itirib, dövrünün tanınan alim və həkimi olan, Şamaxı akademiyasının qurucusu əmisi Kafiəddin Ömər ibn Osmanın himayəsi və tərbiyəsi altında böyüyüb. Gənc yaşlarından dövrünün müxtəlif elmlərinə dərin maraq göstərən, Şərqin bir çox elmlərinə vaqif olan Xaqani bütün bunları quru, yorucu bir dillə deyil, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edib. O, bir sıra simvol və eyhamların köməyilə özü və mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olub. “Fitri istedada malik olan Xaqani əmisi Kafiəddin Ömər ibn Osmanın tövsiyəsi, Şirvanşah Mənüçöhrün istəyi ilə saraya dəvət edilib və burada böyük şöhrət qazanıb. O, klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunəsi yaradıb. Əsərləri bütün Yaxın Şərqə yayılaraq müasirlərinin diqqətini cəlb edib”. “Hər tərbiyəçi şairliyi bacarmaya bilər. Fəqət hər şair tərbiyə verməyi bacarmalıdır!” Xaqani Şirvaninin ədəbi irsi çox zəngindir. Yaxın Şərqə etdiyi səfərdən qayıtdıqdan sonra o, Şərq ədəbiyyatı tarixində epik poeziyanın ilk görkəmli nümunələrindən hesab edilən məşhur “Töhfətül-İraqeyn” məsnəvisini yazıb. “Mədain xəbərləri” adlı məşhur fəlsəfi qəsidəsində müasirləri üçün maraqlı fikirlər irəli sürüb. Qüdrəti. əzəməti ilə dünyada məşhur olan Xaqani şeirinin təsir imkanlarına, tərbiyəvi gücünə inanaraq, şairlik sənəti haqqında belə söyləyib: “Hər tərbiyəçi şairliyi bacarmaya bilər. Fəqət hər şair tərbiyə verməyi bacarmalıdır!” Ardı...