SƏMƏD VURĞUN... VƏ SƏMƏDOĞLULAR
Müasir Azərbaycan ədəbi-ictimai təfəkküründə bütün miqyası, parlaqlığı ilə ortada (və diqqət mərkəzində) olan bir kult var - Səməd Vurğun kultu!.. Keçən əsrin ortalarında meydana çıxan bu kultun yaranmasının ən azı üç səbəbi barədə ayrıca danışmaq olar... Birincisi o idi ki, Səməd Vurğun Allahın bütün dövrlər və zamanlar üçün yetirdiyi nadir istedad idi. İkincisi o idi ki, Səməd Vurğun yalnız fərdi istedad təzahürü olaraq meydana çıxmadı, eyni zamanda özünəqədərki ədəbi-mədəni prosesi (sələflərini) tam gücü ilə mənimsəyib eyni miqyası gələcəyə (xələflərinə!) ötürə bildi. Və üçüncüsü (həmişə olduğu kimi) o oldu ki, Azərbaycan cəmiyyəti, etnik-mədəni sistemi öz təbii intellektual-psixoloji inersiyası ilə Allahın (eləcə də Səməd Vurğunun) missiyasına lazımi hörmət (və ehtiram) ilə yanaşdı. Əlbəttə, müasir dövrün ən böyük Azərbaycan şairinə elə azərbaycanlılar arasında daş atanlar da oldu ki, bu da təsadüfi, yaxud yeni bir şey deyil. Vaxtilə Peyğəmbərə də daş atırdılar... Sevənləri isə əməlli-başlı daş-qalaq edirdilər... Səməd Vurğunun ruhunu incitmək əlbəttə, günahdır, ancaq Səməd Vurğun kultunun müzakirə mövzusu olması tamamilə təbiidir. Çünki demokratizmə, hər bir insanın fikrinə, mövqeyinə hörmət olunduğu müasir dünyada heç nə müzakirəsiz qəbul edilə bilməz. Hətta həkimlərin hesablamasına görə, bu gün insanların təxminən beşdən biri psixi xəstəlikdən əziyyət çəksə belə... Müzakirə mövzusu nə ola bilər?.. Ən populyarından (və ən populistindən!) başlayaq... Necə oldu ki, Səməd Vurğun 30-cu illərin repressiyalarından sağ çıxdı? Ardı...
