SÖZƏ SEVDALI ŞAİR SÖHRAB TAHİR YARADICILIĞI
Bizim nəsil Söhrab Tahiri həmişə xeyirxah,
nəcib, sözübütöv cəfakeş mərd və mübariz, xırda
hislərdən uzaq görmüşdür. Bizim gözümüzdə
S.Tahir inqilabçı, döyüşkən Cənubi Azərbaycan
xalqının timsalıdır. Uca boylu, iti baxışları,
şimşək gülüşləri ilə Söhrab Tahir Cənubi
Azərbaycan torpağının bir parçasıdır. Güney
Azərbaycanda sərhədsiz, maneəsiz addımlayan,
Savalandan qopan bir qaya kimi gəzən, bütün
qapıları ərklə açan, bütün evlərdə intizarla
gözlənilən, varlığında işıq, inam, qələbə gəzdirən,
özü demiş, Azər Azər babadır!
Azərbaycanın xalq şairi, nasiri, publisisti Tahiri Söhrab (Söhrab Tahir) Əbülfəz oglu 6 avqust
1926-cı ildə İranın Astara şəhərərində sənətkar ailəsində anadan olmuşdur. Şair “Səadət” və “Şapur”
orta məktəblərində 9-cu sinfədək təhsil almışdır. Lakin ailənin maddi imkanları aşağı olduğuna görə
şair təhsilini davam etdirə bilməmiş, atası ilə birgə “İran İngilis neft şirkəti” ndə işləməyə məcbur
olmuşdur. Sovet ordusunun İrana yeridilməsindən sonra, Söhrab Tahir xalq hərəkatında aktiv yer
almışdır. 1946-cı ildə Söhrab Tahir təhsil almaq üçün Bakıya gələrək Bakı Tibb İnsititunun
stomatoloq və feldşerlik fakultəsində təhsil alır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya
fakultəsində təhsilini davam etdirir.
S.Tahir 1959-1961-ci illərdə isə Moskvada Maksim Qorki Adına Ali Ədəbiyyat kurslarında
müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib,“Azərbaycan”
qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında isə redaktor
müavini, 1984-cü ildən isə “Azərbaycan” jurnalında redaktor vəzifəsinə işləmişdir. Azərbaycan
Yazıçılar Birliyi idarə heyətinin, “literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı”
nəşriyyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin pleniumunun üzvü,
Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur.
1991-ci ildə Bədii ədəbiyyatı təbliğat birosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi,
ədəbi içtimai fəaliyyətinə görə Təbrizdə “21Azər” medalı və bir sıra medallarla, Azərbaycan Ali
Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin
23 may 1998-ci il tarixli, 709 nömrəli Fərmanı ilə ona “Xalq şairi” fəxri adı verilmişdir.
Ardı...
